“Bakı Metropoliteni” QSC “Xocəsən” elektrik deposundakı tikililərdə asma tavanın, pəncərə və qapıların hazırlanıb-quraşdırılması (1), eləcə də 8 saylı ventilyasiya şaxtasının kompozit materialla üzlənməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Nimex” və “Almetcon” MMC-lərdir. Qalib şirkətlərə müvafiq olaraq 5,355 milyon manat və 4,327 milyon manat, ümumilikdə isə 9,682 milyon …
Read More »Azərbaycanda daha iki yeni ixtisas üzrə həkimlər hazırlanacaq
Son illər Azərbaycan Tibb Universitetində yeni ixtisaslar üzrə mütəxəssis hazırlanmasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, universitetin İctimai səhiyyə fakültəsinin dekanı Anar Ağayev yeni ixtisasların yaradılması zərurətindən danışıb. O, İctimai səhiyyə fakültəsinin I kursunda Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə 38, Tibb bacısı ixtisası üzrə isə 34 tələbənin təhsil aldığını bildirib: “Hər iki ixtisasın tədris proqramları Avropa tədris proqramlarına uyğun şəkildə …
Read More »İİTKM: Azərbaycan qeyri-neft ixracını 25%-dən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanın ixracının dəyəri 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 907,6 milyon ABŞ dolları təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayında bildirilir. Sənədə əsasən, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon dollar və yaxud 25,4% artıb. …
Read More »“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu yarımfinal mərhələsinin nəticələrini elan edib. Boyukmillet.com xəbər verir ki, yarımfinal mərhələsinə müsabiqənin əvvəlki mərhələlərini uğurla başa vuran 309 iştirakçıdan 298 nəfəri qatılıb. Onlardan 112 nəfəri finalda iştirak etmək hüququ qazanıb. Yarımfinalda strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi səriştələri əsasında …
Read More »Kəlbəcərə qanunsuz daxil olmaq istəyənlər saxlanılıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, iyunun 29-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən 6 nəfər saxlanılıb. Həmin şəxslər polis …
Read More »Terrorçu birləşmənin tərkibində döyüşmüş 13 erməninin məhkəməsi keçirilir
Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə iclası …
Read More »Bu gün 17 mindən çox abituriyent imtahan verəcək
Dövlət İmtahan Mərkəzi bu gün növbəti imtahanlar keçirəcək. Boyukmillet.com xəbər verir ki, imtahanlar Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran rayonlarında təşkil olunacaq. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – …
Read More »Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır
Prezident İlham Əliyevin iyunun 17-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama əsasən, bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır. Boyukmillet.com xəbər verir ki, sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə …
Read More »İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti üçün 600-dən çox müraciət daxil olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən …
Read More »Bakıda avtomobil gənc qadını vurdu
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Mahmudova Gülnarə İbad qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub. G.Mahmudova reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar