Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının üç həkimi cəzalandırılıb

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının səlahiyyətli şəxsləri cəzalandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda deyilir. “Səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir. Jurnalist Aynur Elgünəşin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, tibb ocağının baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah …

Read More »

Şəmkirdə torpaq çöküb, 2 nəfər xəsarət alıb

Şəmkir rayonunda baş verən hadisənin təfərrüatı məlum olub. “Report” un Qərb Mərkəzinin məlumatına görə, həyatyanı sahədə artezian quyusu qazılan zaman torpaq çökməsi baş verib. Nəticədə iki nəfər – 32 yaşlı Rövşən Məmmədov və 36 yaşlı Tural Qələndərli torpağın altında qalıb. Sonra onların hər ikisi yaralı vəziyyətdə torpağın altından çıxarılıb. Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların həyatı təhlükələri yoxdur. Faktla …

Read More »

Bakıda xəstəxanada qadının ölümü ilə bağlı cinayət işi başlanılıb

Mayın 11-də Arzu Süleymanovanın “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda iş üzrə …

Read More »

Emmanuel Makron sillələndi – VİDEO

Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib. “Boyukmillet.com xəbər verir ki, dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb. Bu zaman bir kişi E.Makronun üzünə sillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər. Mühafizəçilər E.Makronu hadisə yerindən uzaqlaşdırıblar. O, yenidən olay yerinə qaytımaq istəyib. Amma dövlət başçısının təhlükəsizlik xidməti buna icazə verməyib. Hadisəyə görə …

Read More »

135 mindən çox təhsil işçisi peyvənd olunub

Azərbaycanda vaksinasiya prosesi başladığı vaxtdan indiyədək ümumtəhsil müəssisələrində çalışan 135 279 (61%) işçi heyəti birinci doza peyvəndlənmədə iştirak edib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. Yaş aralığına görə müəllimlərin peyvəndlənmə göstəricilərinə gəlincə, 18-29 yaş arası heyətin 40%-i, 30-39 yaş arası heyətin 53%-i, 40-49 yaş arası heyətin 64%-i, 50 yaşdan yuxarı heyətin 68%-i birinci doza peyvəndlənmədə iştirak ediblər. “Peyvəndlənmədə …

Read More »

Azərbaycanda həkim barəsində cinayət işi açılıb

Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyevin koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul etməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. Bu barədə “Report”a Bərdə Rayon Prokurorluğundan məlumat verilib. Qeyd edilən məlumatla əlaqədar Bərdə Rayon Prokurorluğunda yoxlama aparılmaqla toplanmış material üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və …

Read More »

Azərbaycan və Türkiyə Tbilisidə birgə sərgi təşkil edəcək

Türkiyə və Azərbaycanın Gürcüstandakı səfirliklərinin birgə təşkilatçılığı ilə Tbilisidə sərginin keçirilməsi planlaşdırılır. Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib. Onun sözlərinə görə, sərgi hər iki ölkənin mədəni irsinə həsr olunacaq: “Hazırda tədbirin təşkili ilə bağlı müzakirələr aparılır. Sərgini pandemiyadan sonra təşkil edəcəyimizə, Türkiyə və Azərbaycanın Gürcüstanda mədəni diplomatiyasının yeni vüsət alacağına inanıram”. Səfir qeyd edib ki, Türkiyə, Azərbaycan …

Read More »

163 tibb müəssisəsinə əlilliyin qiymətləndirilməsi üçün səlahiyyət verilib – SİYAHI

Əlilliyin qiymətləndirilməsində operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq və bu sahədə işin keyfiyyətini yüksəltmək məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki 163 tibb müəssisəsi müəyyən olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, tibb müəssisələrinin siyahısı müəyyənləşdirilərkən onların imkan və potensialı nəzərə alınıb, maddi-texniki baza və kadr resursları yüksək səviyyədə olanlar əlilliyin qiymətləndirilməsi ilə bağlı …

Read More »

Diaspor Komitəsi: Novosibirskdə azərbaycanlının öldürülməsi barədə məlumat yalandır

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın Novosibirsk şəhərində azərbaycanlının öldürülməsi barədə məlumatlara münasibət bildirib. Dövlət Komitəsinin Mətbuat Xidmətindən “Report”a bildirib ki, bununla bağlı informasiya həqiqəti əks etdirmir. “Bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə infoteka24 teleqram kanalına istinadən yayılan videoda Novosibirskdə daha bir azərbaycanlının öldürülməsi ilə bağlı məlumat verilib. Bildiririk ki, yayılan məlumat həqiqəti əks etdirmir və Ermənistan xüsusi xidmət orqanlarının …

Read More »

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı açıqlama

“Azərbaycan iqtisadiyyatının bərpası sürətlə davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. “Bu ilin yanvar-may aylarında qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% artaraq 908 mln dollar təşkil edib. 5 ayda ümumi ixracın dəyəri isə illik müqayisədə 14,6% artıb”, – deyə o, qeyd edib.

Read More »