Avqustun 9-da Astanada Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə “Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanı”nın təntənəli təqdim edilməsi mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər.
Read More »Qazaxıstan Prezidenti: “Mərkəzi Asiyada ticarət-nəqliyyat əməkdaşlığını genişləndirməyə tərəfdarıq”
Qazaxıstan Mərkəzi Asiyada ticarətin və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət görüşündə çıxışı zamanı bildirib. Onun fikrincə, birgə infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsi 5 Mərkəzi Asiya ölkəsinin iqtisadiyyatının daha da inkişafına töhfə verəcək: “Regionun tranzit və nəqliyyat potensialının daha da inkişaf etdirilməsi, eləcə də …
Read More »Türkiyənin aerokosmik şirkətinin nümayəndəliyi nizamnamə kapitalını 3 dəfə azaldır
“Türk Aerokosmik Sənayesi Anonim Şirkəti”nə məxsus “Turkish Aerospace Azerbaijan” MMC nizamnamə kapitalını 1 milyon dollar və yaxud 3 dəfə azaldır. “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, şirkətin kapitalı 1,5 milyon ABŞ dollarından 500 milyon ABŞ dollarına endiriləcək. Kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhər, Yasamal rayonu, H.Cavid prospekti, ev 25 ünvanına …
Read More »Mətbuat Şurası “Azərbaycan media landşaftı üzrə məlumat bazası” layihəsi çərçivəsində növbəti konfransını keçirib
Azərbaycan Mətbuat Şurasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırılan “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində növbəti konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə jurnalistlər, redaktorlar, QHT təmsilçiləri iştirak ediblər. MŞ sədri Rəşad Məcid icra etdikləri layihənin mahiyyəti barədə məlumat verib və layihəni dəstəklədiyi üçün QHT Agentliyinə təşəkkür edib. O bildirib ki, Azərbaycan mediasının dinamik …
Read More »Ermənistanın sabiq prezidentinin qardaşı və oğulları prokurorluğa çağırılıb
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan, həyat yoldaşı və oğulları qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı iş üzrə prokurorluğa dəvət ediliblər. Boyukmillet.com xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onlara məxsus əmlakın mənşəyini öyrəndikləri və müsadirə olunmasının zəruriliyi barədə xəbərdarlıq edib. Bununla belə, nəzarət qurumu konkret olaraq hansı əmlakın müsadirə edilməsinin planlaşdırıldığını və onun dəyərini açıqlamır. Bu qeyri-müəyyənliyin səbəbi …
Read More »Mərkəzi Asiya ölkələrinin liderləri VI Məşvərət görüşündə iştirak etmək üçün Akordaya gəliblər
Mərkəzi Asiya ölkələrinin liderləri dövlət başçılarının VI Məşvərət görüşündə iştirak etmək üçün Astanadakı Akorda iqamətgahına gəliblər. Bu barədə “Report”un Astanaya ezam olunmuş əməkdaşı xəbər verir. Bildirilib ki, ali qonaqları Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Read More »Sumqayıtda evdə partlayış olub, xəsarət alan var
Sumqayıt şəhərində evdə partlayış olub, xəsarət alan var. Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin “Betonzavod” adlanan ərazisində qeydə alınıb. Partlayış nəticəsində Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Nağıyev Turac Telman oğlu termiki yanıq xəsarətləri alıb. O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hadisəyə ilkin səbəb kimi qaz sızması göstərilir.
Read More »Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib
İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidi, leytenant Samir Əliyevin anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rəsmi şəxslər iştirak ediblər. Qeyd edək ki, S.Əliyev 1999-cu il avqustun 9-da Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olub. 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb, o, …
Read More »Ukraynalı nazir: “Azərbaycan qazının ölkəmizlə tranzitinə dair konkret təklif yoxdur”
Hazırda Azərbaycan təbii qazının Ukrayna ərazisi vasitəsilə tranzitinə dair konkret müqavilə təklifləri yoxdur. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin energetika naziri Qerman Qaluşenko bildirib. “Masada konkret sənəd olmalıdır. Müzakirə edilə biləcək konkret təklif yoxdursa, hesab edirəm ki, bununla bağlı şərh vermək hələ ki, tezdir. Nə vaxt mümkün təşəbbüslər praktiki təkliflərə çevrilsə, o zaman bu barədə danışacağıq”, – o qeyd edib. …
Read More »Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri Qazaxıstan XİN-ə gəliblər
Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri XİN başçılarının toplantısında iştirak etmək üçün Qazaxıstan Xarici İşlər Nazirliyinə gəliblər. Boyukmillet.com xəbər verir ki, görüş mətbuata qapalı keçiriləcək.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar