Bu gün Ağdaban qətliamının növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, ermənilərin 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri qətliamdan 32 il ötür. 130 evdən ibarət Ağdaban kəndi həmin gün ermənilər tərəfindən tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, …
Read More »Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Antiterror əməliyyatında yaralanıb şəhid olan zabitimiz sabah Salyanda dəfn ediləcək
Ötən ilin 19-20 sentyabrında Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu sabah Salyanda dəfn ediləcək. “Report”un Aran bürosunun məlumatına görə, şəhid Salyanın Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, Ü.Bağırov Salyan şəhərində anadan olub. O, bu gün müalicə olunduğu tibb …
Read More »Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət etsin!
Read More »Güneyli fəal həbs və şallaq cəzasına məhkum edildi
Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsi azərbaycanlı fəal İsmayıl Əhmədinin 9 ay həbs və 70 şallaq zərbəsi cəzasını təsdiqləyib. Əhmədi İslam dininin müqəddəs şeylərini təhqir etməkdə, insanları daxili və xarici təhlükəsizliyə qarşı cinayətlərə sövq etməkdə, xarici şəbəkələrlə əlaqə saxlamaqda, İslam Respublikası əleyhinə təbliğat aparmaqda ittiham olunub.
Read More »Kayseri şəhərindəki Xocalı parkında Şuşa Azərbaycan Evinin açılışı keçirilir – FOTO
Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında Şuşa Azərbaycan Evinin açılışı keçirilir. “Report”un Ankara bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayserinin Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, Kayseri Universitetinin tarix üzrə professoru Havva Selçuk Kurt, musiqi nəzəriyyəsi üzrə professor Nigar Əsgərova iştirak edirlər. Qeyd edək ki, Şuşa …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir:
Read More »Ağdamda ekskavator piyada əleyhinə minaya düşüb
Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb. Minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət yoxdur. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət …
Read More »Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış sənədi təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması məqsədilə ilkin məlumat mübadiləsini nəzərdə tutan Sazişi təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Türkiyə Respublikasının Rəsmi Qəzetində diqqətə çatdırılıb. “18 avqust 2022-ci il tarixində Bakı imzalanmış əlavəli “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və …
Read More »İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının altı üzvü zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib. “Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina və Qara bölgələrində aşkarladığı 6 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib”, – nazirliyin mətbuat xidməti qeyd edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar