Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Rusiya və Türkiyə liderlərinin görüşünün gündəliyi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, V.Putin Ankarada türkiyəli həmkarı R.T.Ərdoğanla Ukraynadakı durumu müzakirə edəcək. Liderlər, həmçinin ikitərəfli məsələlər və regional durum barədə danışacaqlar. D.Peskov qeyd edib ki, Ankara Moskva ilə münasibətlərinə görə, təzyiqlərə baxmayaraq, müstəqil siyasətini qoruyur. Xatırladaq ki, daha əvvəl V.Putinin fevralın …

Read More »

Gəncədə 25 memarlıq abidəsinin fasadına vurulan qanunsuz reklam lövhələri sökülüb

Gəncədə 25 memarlıq abidəsinin fasadına vurulan qanunsuz reklam lövhələri sökülüb. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Gəncə şəhərinin Heydər Əliyev, Nizami, Atatürk prospektlərində, Cavadxan və Mirzə Abbas Abbaszadə küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinin fasadına qanunsuz vurulmuş reklam lövhələri aşkarlanıb. Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən aparılan …

Read More »

Şuşada növbədənkənar Prezident seçkilərində mindən artıq seçici səs verəcək

Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Şuşada 1 189 nəfər seçici səs verəcək. Bunu “Report”un Şuşa şəhərinə ezam olunmuş əməkdaşına 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairə seçki komissiyasının azad edilən Şuşa şəhərində yeni yaradılan 105 saylı seçki məntəqəsinin katibi Elnur Məhərrəmov deyib. O bildirib ki, məntəqədə 7 fevral növbədənkənar prezident seçkiləri günü 1 189 nəfər seçici səs verəcək və artıq bildirişlərin paylanması prosesi …

Read More »

MDB missiyası seçkilərə hazırlığın monitorinqinin nəticələrinə dair aralıq hesabat dərc edib

Bütün səviyyələrdəki seçki komissiyaları Azərbaycanda seçkilərin keçirilməsi üçün zəruri tədbirləri görür: hər şey ölkə qanunvericiliyinə ciddi şəkildə uyğun təşkil olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə MDB müşahidəçilər missiyasının seçkilərə hazırlıqla bağlı monitorinqinin nəticələrinə dair aralıq hesabatında bildirilib. Seçki kampaniyasının monitorinqi çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər ölkə ərazilərində olmuş, dairə və məntəqə seçki komissiyalarının işi ilə yaxından tanış olublar. Buraya Abşeron, …

Read More »

Müdafiə Nazirliyi: “Ermənilər Xocalı və Şuşa ətrafında meşəlik əraziləri minalayıb”

Vətən müharibəsindən sonra 480 km-a qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Qarabağ iqtisadi rayonunda minalar asasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb.

Read More »

Bakıda avtomobildən 11 kiloqramdan çox narkotik aşkarlanıb

Bakının Nizami Rayon Polis İdarəsi əməkdaşları Masallı rayon sakini, əvvəllər məhkum olunan Orxan Məmmədovun avtomobilindən 11 kiloqramdan çox narkotik aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Ondan 50 ədəd metadon həbi götürülüb. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı isə oradan ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə və 300 ədəd metadon həbi …

Read More »

Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Hər bir Azərbaycan gəncinə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, bütün təşəbbüslərində uğurlar diləyirəm!”. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.

Read More »

Şirvan sakinindən “TT” markalı tapança müsadirə edilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə …

Read More »

Əməkdar jurnalist vəfat edib

Əməkdar jurnalist Rəhman Orxan vəfat edib. “Report”un Sumqayıt bürosu məlumat verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər. Jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Əməkdar jurnalisti fəxri adına layiq görülüb. Rəhman Orxan Şəki rayonu Sarıca kəndində dəfn olunacaq.

Read More »

Türkiyədə ağır yol qəzasında 19 nəfər yaralanıb

Türkiyədə Şimali Mərmərə magistral yolunun Çekmeköy ərazisində avtobusun eyni istiqamətdə hərəkət edən yük avtomobilinə çırpılması 19 nəfərin yaralanması ilə nəticələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə İHA yazıb. “TRT Haber”ə görə, avtobus ölkənin Sivas şəhərindən İstanbula doğru hərəkət edirdi. Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Read More »