Masallı rayonu Təzə Alvadı qaz paylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılıb. Boyukmillet.com-un məlumatına görə, nəticədə 2 min abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb. “Sakinlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir”-deyə, məlumatda vurğulanıb.
Read More »Ağcabədi sakinlərindən narkotik vasitə və silah-sursat götürülüb
Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Şəmsi Səfərov saxlanılıb. Şöbədə onun üzərində müvafiq qaydada aparılan axtarış zamanı əlindəki polietelin torbadan 4 kiloqrama yaxın marixuana aşkar edilərək …
Read More »Türkiyə Ordusu terrorçulara məxsus 23 hədəfi məhv edib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 23 hədəfi məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, PKK/YPG/KSK və digər terror ünsürlərini zərərsizləşdirərək xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq, sərhəd təhlükəsizliyimizi təmin etmək üçün İraq …
Read More »Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə start veriləcək
Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə start verilməsi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Tural Pirverdiyev “ASAN Radio”nun canlı efirində deyib. Onun sözlərinə görə, artıq Xocalı-Xankəndi magistral internet xəttinin tikintisinə başlanılıb: “Xocalı şəhərinə artıq prefiks təyin olunub. Böyük Qayıdış planına uyğun olaraq oraya köçürüləcək sakinlər yüksək sürətli …
Read More »Ceyhun Bayramov polşalı həmkarını regional vəziyyət barədə məlumatlandırıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub. Nazir Polşa Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə həmkarını təbrik edib. Azərbaycan və Polşa arasında ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan …
Read More »Bakıda sexdəki yanğında ölənlərin sayı 6-ya çatıb – YENİLƏNİB-12
Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb. “Report” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 15.50 Bakıda sexdə yanğın baş verən ərazidə axtarış-xilasetmə tədbirləri davam edir. “Report”un hadisə yerində olan əməkdaşının xəbərinə əsasən, bu …
Read More »Rusiya səfirliyi Bakıda sexdəki yanğında ölənlərlə bağlı başsağlığı verib
Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə müvafiq paylaşım səfirliyin sosial şəbəkələrdəki səhifəsində yerləşdirilib. “Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd edilib. Xatırladaq …
Read More »Azərbaycan alimləri Fransada Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmi pisləyib
AMEA alimləri Fransanın Evian şəhərində Azərbaycanın görkəmli şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın abidəsinin təhqir olunmasını vandalizm aktı hesab edirlər. Boyukmillet.com xəbər verir ki, məsələ akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yanvarın 15-də keçirilən Elmi Şurasının genişləndirilmiş iclasında müzakirəyə çıxarılıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib ki, X.Natəvanın Fransanın Evian şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qırmızı boyanın atılması, heykəlin selofanla …
Read More »Naxçıvanda “Elektron imza” alanların yarıdan çoxu dövlət qurumlarıdır
2023-cü ildə Naxçıvan Muxtar Republikasında “Elektron imza” alanların 51,7 %-i dövlət qurumları olub. Bu barədə yerli Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə nazirlik 700-dən çox elektron imza sertifikatını istifadəçilərə təqdim edib.
Read More »BMT və Aİ nümayəndələri Bakıda partlayışda ölənlərlə əlaqədar Azərbaycana başsağlığı verib
BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Vladanka Andreyevka Bakıda mebel sexindəki partlayışda ölənlərlə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb. “Bakının Binəqədi şəhərində baş vermiş faciəvi emalatxanada partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tez sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”, – V.Andreyevka bildirib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko da özünün …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar