Maliyyə Nazirliyi vətəndaşların müraciətlərini artıq 012 404 46 99 nömrəsi ilə deyil, “8778” qısa nömrəsi vasitəsilə qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, Çağrı Mərkəzinin xidmətindən istifadə etmək üçün vətəndaşlar “8778” qısa nömrəsinə stasionar və bütün #mobil telefonlardan birbaşa müraciət edə bilərlər. Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-a qədər fəaliyyət göstərir.
Read More »Azərbaycan qılıncoynadanları Tunisdəki Qran-pridə çıxışlarını başa vurublar
Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisi Tunisdə keçirilən Qran-pri turnirində çıxışını başa vurub. Boyukmillet.com xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta şəxsi yarışdakı ilk görüşündə İtaliya təmsilçisi Manuela Spicanı (15:8) məğlub edib. Təcrübəli idmançı ən güclü “16-lığ”a yüksəlmək uğrunda keçirilən görüşdə macar Luca Szucsa (14:15) uduzub. Təsnifat mərhələsini uğurla adlayaraq ən güclü “64-lüy”ə yüksələn Səbinə Kərimova əsas mərhələdə …
Read More »Azərbaycan komandoları təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasını zərərsizləşdib
Cari ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir. Plana əsasən, təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilib. Ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib. Sərt iqlim şəraitində keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar yüksək peşəkarlıq və dəqiqlik nümayiş …
Read More »Azərbaycan xizəkçisi İspaniya Kubokunda 4-cü yeri tutub
Azərbaycanın xizək alpinizmi üzrə milli komandası İspaniya Kubokunda iştirak edib. Boyukmillet.com xəbər verir ki, idmançılar vertikal növündə öz güclərini sınayıblar. Yarışda yığma üzvü Nəbiyulla Qalabağıyev 30-a yaxın iştirakçı arasında 4-cü yeri tutub. Qeyd edək ki, Nəbiyulla Qalabağıyev daha əvvəl Fransanın Flaine bölgəsində təşkil edilən Avropa çempionatında eyni növdə 23-cü olub.
Read More »BMT Ukraynaya humanitar yardım üçün donorlardan 4 milyard dollardan çox vəsait istəyib
BMT donorlardan 2024-cü il üçün Ukraynada zərər görən şəxslərə, ukraynalı qaçqınlara və onları qəbul edən icmalara 4,2 milyard ABŞ dolları humanitar yardım göstərməyi istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Humanitar Məsələlərin Koordinasiyası İdarəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının bəyanatında deyilir. Ümumilikdə, söhbət təxminən 10,8 milyon insana yardım göstərməkdən gedir. Ukrayna daxilində humanitar yardımın göstərilməsi üzrə işlər …
Read More »Cənubi Qafqazda dayaqlarını itirməmək üçün Putin Azərbaycan və Ermənistanı şantaj etməkdə…
Son aylarda Azərbaycanla Qərb ölkələri, xüsusilə Avropa İttifaqı arasında gərginlik artmaqdadır. Azərbaycanın Avropa Birliyi ölkələri ilə münasibətləri kəskinləşmə siyasəti hansı səbəblərdən baş verməkdədir? Məsələ ilə bağlı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin İSBAM sədri, hüquq müdafiəçisi Samir Adıgozəlli mətbuata açıqlamasında aşağıdakıları qeyd edib. ” İstər ABŞ, istərsə Avropa İttifaqı ölkələri ilə ölkəmiz arasında uçurum siyasətinin köklərini Rusiyada axtarmaq lazımdır. Azərbaycanla …
Read More »Hacıqabulda iranlı narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şəmkir rayon sakini Namiq Hüseynov Hacıqabul rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.Onun üzərinə və əlində olan torbaya …
Read More »İrandan Rusiyaya daşınan külli miqdarda narkotik vasitə aşkar edilib
Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya tərəvəz yükü daşıyan nəqliyyat vasitəsində qeyri-adi üsullarla gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib. Boyukmillet.com-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü üzərində, avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı isə …
Read More »Prezident Bakıda DSX-nin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib
Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hospital kompleksinin açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »DTX: “Xarici ölkəyə aid saxta sənədlər hazırlayan transmilli cinayətkar dəstə üzvləri saxlanılıb”
Son illər region dövlətləri arasında baş verən proseslərdən sui-istifadə edərək Azərbaycanın və digər ölkələrin vətəndaşlarını Ukrayna vətəndaşları adı altında müxtəlif dövlətlərdə yaşaya, sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz yolla Ukrayna dövlətinə aid rəsmi sənədlərlə təmin edən transmilli mütəşəkkil cinayətkar dəstənin əməlləri ifşa olunub. DTX-nin Mətbuat xidmətindən bildirilib ki, aparılan araşdırmalar zamanı, Ukraynanın Lvov şəhərində yaşamış Nuriyev İbadət Qəhrəman …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar