Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Bakıda avtomobil yollarının əsaslı təmirinə 600 min manat ayrılıb

Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmirinə 600 min manat ayrılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu …

Read More »

Gələn il Azərbaycanda elektron imtahanlar keçiriləcək

Elektron imtahanların standartlaşdırılması və bu imtahanların rəqəmsal əlçatanlığının artırılması hədəfinə çatmaq üçün 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusunda elektron imtahanların keçirilməsi nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. DİM sədri bildirib ki, növbəti mərhələdə, ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşmasının aparılmasından sonra …

Read More »

İrandan Azərbaycana narkotik və silah keçirilməsinin qarşısı alınıb

Dekabr ayının 14-də saat 19:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində bağlamalarda ümumi çəkisi 11 kiloqram 970 qram narkotik vasitə marixuana, bir ədəd …

Read More »

Türkiyədə terrorla əlaqədar 9 nəfər saxlanılıb, 2 şirkətdə araşdırma aparılır

Türkiyənin Mersin və Qaziantep bölgələrində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb, 2 şirkət haqqında məlumatlar aşkarlanıb. Boyukmillet.com “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə əyalətin Jandarm Komandanlığı açıqlama yayıb. Komandanlığın açıqlamasına görə, terror təşkilatlarının fəaliyyətlərinin deşifrə edilməsi, maliyyə mənbələrinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar çərçivəsində 9 şübhəlinin şəxsiyyəti, pul toplama və təminatla məşğul …

Read More »

FHN-in əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib – SİYAHI

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, Sərəncamla Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib: “general-leytenant” ali hərbi rütbəsi general-mayor Etibar Rəsul oğlu İsmayılova “general-mayor” ali hərbi rütbəsi polkovnik Şahin Əyyub oğlu Mirzəyevə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi daxili xidmət polkovniki …

Read More »

Fidan ABŞ-dan sonra niyə dərhal Bakıya gəldi? – Sensasion detal

Türkiyə xarici işlər naziri Hakan Fidanın 9 dekabrda ABŞ-da Dövlət katibi Entoni Blinkenlə görüşdən dərhal sonra – 14 dekabrda Bakıya səfər etməsi olduqca mühüm əhəmiyyət daşıyır. Hakan Fidanın Blinkenlə Qəzzanı müzakirə etdiyi barədə məlumat qabardılmışdı. Ancaq Fidanın Bakı səfərində azərbaycanlı həmkarı ilə keçirdiyi mətbuat konfransı və bu konfransda verilən bəyanat ABŞ və Türkiyənin Cənubi Qafqazla bağlı ciddi bir mövqe yaxınlaşması …

Read More »

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib. Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Read More »

ELM və TƏHSİL NAZİRLİYİNDƏ QRANT OYUNU: layihələr kimlərə verilir? – İDDİA

Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri də bu qurumun ümumi fəaliyyəti kimi ciddi narazılıqlar doğurub. Mediada və sosial şəbəkələrin Azərbaycan seqmentində ölkənin ən çox tənqid olunan rəsmi qurumları sırasında Elm və Təhsil Nazirliyi “fəxri” ön mövqelərdə qərarlaşıb. Bəhs olunan nazirliyi növbəti dəfə “hədəf taxtası”na çıxaran fəaliyyət “Təhsildə könüllü fəaliyyətin təşkili” adlı qrant müsabiqəsinin …

Read More »

Paşinyan komandasında “təmizləmələr” həyata keçirəcək

Ermənistanın baş naziri Nikol Paşinyan komandasında “kadr təmizləməsi” həyata keçirmək qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Bildirilib ki, N.Paşinyan hakim partiya – “Mülki müqavilə”nin üzvü olmayan, onun ideyalarını bölüşməyən və “bitərəf qalmağa cürət edən” bütün məmurları, hətta yüksək rütbəli şəxsləri də mümkün qədər tez işdən çıxarmağı tapşırıb. Bura səhiyyə, idman, təhsil, o cümlədən orta …

Read More »

Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblər istifadəyə veriləcək

Növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib. Onun sözlərinə görə, azad olunan ərazilərə “Böyük Qayıdış” çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 7 təhsil müəssisəsində 550 şagird və …

Read More »