Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Rusiyada 5 uşaq atası olan azərbaycanlının qatili həbs olundu – FOTO

İyulun əvvəlində Murinoda qətl törədən 1981-ci il təvəllüdlü Tahir Ömər oğlu Kronov polis tərəfindən saxlanılıb. Sitat.info xəbər verir ki, adı çəkilən şəxs iyulun 6-sı 2023-cü ildə Lelinqrad vilayətində əslən azərbaycanlı olan 1985-ci il təvəllüdlü Ramil Mikayıl oğlu Rzayevi saat 00:00 radələrində evində  tapanca ilə qətlə yetirib.  Qatil 5 aydan çoxdur ki, hüquq mühafizə orqanları tərəfindən axtarışda idi.  Qeyd edək ki, Tahir Kronov …

Read More »

Füzulinin I yaşayış məhəlləsində yaşayan ailələrin sayı 846-ya çatdırılacaq

Füzuli şəhərində I yaşayış məhəlləsinə köçürüləcək ailələrin sayı 846-ya çatdırılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev Ağdam şəhərində keçirilən “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfransda bildirib. O qeyd edib ki, indiyə qədər Füzuli şəhərinə 358 ailə, Tərtər rayonunun …

Read More »

Azərbaycan Prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Boyukmillet.com  xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirildi. Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da …

Read More »

Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycanın Xalq artisti Ramiz Məliklə vida mərasimi bu gün Heydər məscidində keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Vida mərasimindən sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, R.Məlik 80 yaşında dünyasını dəyişib. Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, …

Read More »

Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını real adlandırıb

Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır. Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib. Onun sözlərinə görə, Ermənistan regionda kommunikasiyaların açılması üçün effektiv və konkret addımlar atmağa hazırdır: “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz regionda nəqliyyat kommunikasiyalarının …

Read More »

Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanalar quraşdırılacaq

Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən məlumat verib. Onun sözlərinə görə, Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda bu tip xəstəxanalar quraşdırılıb.

Read More »

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək. Boyukmillet.com  xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda …

Read More »

Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,49 ABŞ dolları, yaxud 0,63 % artaraq 78,31 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçersləri 74,57 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …

Read More »

Rusiya Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisini axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu axtarışa verib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Onun konkret olaraq hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb. Qeyd edək ki, 2023-cü il aprelin 21-də Moskvanın Lefortovo Rayon Məhkəməsi Budanovu qiyabi həbs edib. O, Krım körpüsündə partlayışa görə məsuliyyət daşımaqda ittiham edilib və Rusiya …

Read More »

Doğum haqqında məlumat İTSDA-nın elektron-informasiya bazasına ötürüləcək

“Diridoğulma meyarları”nda dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin kollegiyasının sədri, səhiyyə naziri Teymur Musayev qərar imzalayıb. Dəyişikliyə əsasən, TƏBİB-in tabeliyindəki tibb müəssisələri doğum haqqında məlumatı dərhal Səhiyyə Nazirliyinin yox, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron-informasiya bazasına ötürəcək.

Read More »