Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycan XİN Tailand Krallığını Milli Gün münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tailand Krallığını Milli Gün münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun “X” hesabında yazılıb. “Tailand Krallığını Milli Günü münasibətilə təbrik edirik. Milli Günün mübarək, Tailand!”, – XİN-in təbrikində qeyd olunub. We congratulate the Kingdom of #Thailand on the occasion of the #NationalDay.Happy National Day, Thailand! 🇦🇿🇹🇭@MFAThai pic.twitter.com/B3jijLfttd— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 5, …

Read More »

Hərbçilərin pensiya təminatı ilə bağlı layihə ilk oxunuşdan keçib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib. Boyukmillet.com-un xəbərinə görə, layihə hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur. Azərbaycan ərazisində fəaliyyət göstərən bir …

Read More »

Azərbaycanda yaxın günlərdə orta və böyük yaşlı əhalinin peyvəndlənməsinə başlanılacaq

Azərbaycanda orta və böyük yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvəndlənməsinə (qızılca-parotit-məxmərək) yaxın günlərdə başlanılması nəzərdə tutulub. Bunu “Report”a açıqlamasında TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, peyvəndin 1-ci və 2-ci dozası arasında müddət 4 həftə olmalıdır. N.Mustafayeva bildirib ki, bir dəfə peyvənd sxemini tamamlamış və ya qızılca xəstəliyinə yoluxub sağalmış şəxsin …

Read More »

İrandan Azərbaycana 27 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 27 kq-a yaxın narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 26 kiloqram 945 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Belə ki, dekabrın 4-də saat 19:15-də “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Edişə kəndi …

Read More »

Prezident Şuşa-Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat ayırıb

Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla qırx bir kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin …

Read More »

Apelyasiya məhkəməsi Milli Məclisə işə düzəltmək adı ilə vətəndaşdan pul alanla bağlı qərar verib

Dələduzluğa görə 5 il müddətinə azadlıqdan məhrum edilən Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ümumi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışmış Hökümə Əliyevanın apelyasiya şikayəti təmin edilməyib. Apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb.Qeyd edək ki, O, 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki vəzifəsindən azad edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hökümə Əliyeva barəsində Cinayət Məcəlləsinin …

Read More »

Xankəndinin mərkəzindəki meydana Zəfər meydanı adının verilməsi təklif edilir

“Xankəndinin mərkəzindəki meydana Zəfər meydanı adı verilsin”. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı dekabrın 5-də keçirilən parlamentin plenar iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib. Deputat bildirib ki, həmin meydanda işğalda olan ərazilərimizin azad olunması əvəzsiz xidməti olan Silahlı Qüvvələrimizin qəhərmanlarının monumenti yerləşdirilsin.

Read More »

Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib

Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib. Boyukmillet.com xəbər verir ki, müəyyən fasilədən sonra Çindən Azərbaycana konteyner blok qatarı ilə ilk yükdaşıma həyata keçirilib. Bildirilib ki, Siandan yola salınan qatar artıq Bakı limanına çatıb. Çindən ölkəmizə ümumikdə 110 TEU yük – elektrik avtomobilləri, tikinti materialları, sənaye məhsulları çatdırılıb. Daşıma Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə, “Xian Free Trade Port Construction and …

Read More »

“Qarabağ”ın baş direktoru: “Akademiyanın məkanı üçün bir neçə yerə baxmışıq”

“Akademiyanın məkanı üçün bir neçə yerə baxmışıq, əlverişli olmayıb”. Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl deyib. O, baza ilə bağlı axtarışların davam etdirildiyini bildirib: “Futbol akademiyamızın koordinatoru Aftandil Hacıyevin gəlişindən sonra aşağı yaş qruplarında xeyli dəyişikliklər olub. Hazırda baza ilə bağlı axtarışlarımız davam edir. Bunu dəqiqləşdirdikdən sonra vəziyyət daha yaxşı olacaq. Variantlar üzərində müzakirələr aparılır”. Qeyd edək ki, …

Read More »

Naxçıvan Dövlət Vergi Xidməti qarşıda duran əsas vəzifələri açıqlayıb

Vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni mədəniyyətin sürətlə formalaşdırılması, şəffaf münasibətlər sisteminin qurulması qarşımızda duran əsas vəzifələrdən hesab olunur. Boyukmillet.com xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəis Abbas İsmayılov bildirib. Onun sözlərinə görə, şəffaflığın artırılması üçün ardıcıl addımlar atılır: “Məlum olduğu kimi Prezident İlham Əliyev iqtisadiyyatda şəffaflığın təmin edilməsini prioritet vəzifə müəyyən …

Read More »