Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İrandan Azərbaycana 19 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

Noyabr ayının 29-da saat 17:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ərus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram …

Read More »

Qızılca sadəcə səpkidən ibarət deyil, yüksək yoluxuculuğa malikdir, ölümə səbəb olur – XƏBƏRDARLIQ

Qızılca xəstəliyi sadəcə səpkidən ibarət bəsit bir infeksion xəstəlik deyil. Xəstəliyin profilaktikasında peyvəndlənmənin əhəmiyyəti vacibdir. Boyukmillet.com xəbər verir ki, peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur. Belə ki, milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşında olmaqla 2 doza şəklində kombinə olunan qızılca, parotit, məxmərək (QPM) peyvəndi ilə aparılır. Həkimlər vurğulayırlar ki, qızılca yüksək kontagiozluğa malik …

Read More »

Rusiya və Gürcüstan sərhədində 3 400-ə yaxın yük maşını qalıb

“Yuxarı Lars” keçid məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar 3 400-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb. Qeyd olunur ki, “yaşıl zona”da 250 avtomobil var və onların “Yuxarı Lars”dan keçmək üçün 12 saat vaxtı var. Bu gün Rusiya tərəfdən Gürcüstana ümumilikdə 3380 yük maşınının daxil olacağı gözlənilir. Xatırladaq …

Read More »

PA rəsmisi: “İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq”

“İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev parlamentdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib. “Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyat tam bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə …

Read More »

Kənd Təsərrüfatı Nazirliyi kredit və güzəştlərlə bağlı 9 aylıq göstəriciləri açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyi 5 473 ədəd kənd təsərrüfatı texnikasının və avadanlığının alınması üçün 43,9 milyon manat kredit və 65 milyon manat güzəşt ayırıb. Boyukmillet.com xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Bakıda keçirilən “Fermerlərin dəstəklənməsi və Dövlət-Özəl sektoru Əməkdaşlığı” mövzusunda tədbirdə bildirib. Bundan başqa, o qeyd edib ki, hesabat dövründə 2 513 baş damazlıq heyvanın maliyyələşdirilməsinə …

Read More »

Bakıda Rəqəmsal İmkanlar Mərkəzi yaradılacaq

İqtisadiyyat Nazirliyi Bakıda Rəqəmsal İmkanlar Mərkəzi yaratmağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “İnMerge İnnovasiya Sammiti”ndə bildirib. “Mərkəz şirkətlərimizə məhsuldarlığını və rəqabət qabiliyyətliliyini artırmaq üçün innovasiyaları və prosesləri rəqəmsallaşdırmaqda kömək edəcək. Eyni zamanda, novatorlarımız Mərkəzdə rəqəmsal yeniliklərini nümayiş etdirə biləcək. Biz həmçinin bütün rəqəmsallaşdırma və innovasiya prosesində şirkətlərimizə kömək edəcək inteqrasiya olunmuş …

Read More »

MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşünün vaxtı məlum olub

Dekabrın 26-da Sankt-Peterburqda MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib. “Dekabrın 25-26-da Sankt-Peterburqda iki mühüm tədbir keçiriləcək. Dekabrın 25-də prezidentlər səviyyəsində Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali Şurası, dekabrın 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü gözlənilir”, – o bildirib. Qeyd edək ki, S.Lebedev bunu Minskdə MDB …

Read More »

TANAP ilə Türkiyə və Avropaya nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə bu ilin noyabrın sonunadək təqribən 55 milyard kubmetr həcmində qaz ötürülüb. Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas …

Read More »

Azərbaycanda dövlətə məxsus 2 iri müəssisənin özəlləşdirilməsinə başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətə məxsus 2 iri müəssisənin özəlləşdirilməsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun müəssisələrə təşkil etdiyi mediaturda bildirilib. Məlumata görə, bunlardan biri vaxtilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus olan və sonradan dövlətin balansına keçən “Akkord Mərmər Qranit” MMC-nin bazasında yaradılmış “Bakı Mərmər Qranit” MMC-dir. Müəssisənin özəlləşdirilməsi üçün komissiya yaradılıb, inventarlaşdırma aparılıb, …

Read More »

Sərhəddə Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin görüşü başlayıb

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə dövlət komissiyasının sərhəddə görüşü başlayıb. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yayıb. Görüş Qazaxla sərhəddə keçirilir. Azərbaycan tərəfini baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfi onun erməni həmkarı Mqer Qriqoryan təmsil edir.

Read More »