Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı bəyanat yayıb. Boyukmillet.com bəyanatı olduğu kimi təqdim edir: Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının BƏYANATI 1988-ci ildən etibarən Azərbaycana qarşı əsassız torpaq iddiaları nəticəsində 20 %-dən artıq torpaqlarımızı işğal edən, 1 milyondan artıq soydaşlarımızı qaçqına, məcburi köçkünə çevirən, misli görünməmiş Xocalı soyqırımını törədən Ermənistan nəhayət ki, 44 gün davam edən Vətən Müharibəsində darma-dağın edilərək …
Read More »Baş katib Ermənistanın KTMT-nin sessiyasında iştirak etməməsinə münasibət bildirib
KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) baş katibi İmanqali Tasmaqambetov Ermənistanın qurumun Belarusun paytaxtı Minskdə keçirilmiş sessiyasında iştirak etməməsinə münasibət bildirib. Boyukmillet.com TASS-a istinadən məlumat verir ki, o, bundan qəti nəticə çıxarmağın mənasız olduğunu bildirib: “Ermənistan bizim müttəfiqimiz olub və qalır”. Qeyd edək ki, iclas noyabrın 23-də baş tutub. Xatırladaq ki, son zamanlar rəsmi İrəvanın təşkilatdan çıxacağı barədə iddialar var.
Read More »Azərbaycanda hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz va Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. “Report” bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, xəbərdarlıqda deyilir ki, bu gün gündüzdən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb, şimal küləyi noyabrın 28-i səhərə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s-dək güclənəcəyi gözlənir. Dalğanın hündürlüyü 2-4 metr, …
Read More »Qədir Hüseynov Azərbaycan çempionu olub
Şahmatın rapid və blits növləri üzrə kişilər arasında Azərbaycan çempionatına yekun vurulub. Federasiyadan verilən məlumata görə, Bakı Şahmat Klubunda təşkil olunan yarışda şahmatçılar əvvəlcə rapid, son gündə isə blitsdə mübarizə aparıblar. Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib. İki yarışın yekununa əsasən, 11 xal toplayan Qədir Hüseynov Azərbaycan çempionatının qalibi olub. Abdulla Qədimbəyli 9,5 xalla ikinci yeri tutub. …
Read More »Şirvanda avtomat tapılıb, 11 tüfəng isə polisə təhvil verilib
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 19 ədəd patron aşkarlanaraq götürülüb. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 11 şəhər …
Read More »Nə? Harda? Nə zaman? intelektual oyununun qalibi “Azertexnolayn” oldu
“Azertexnolayn” MMC “Azmade Group” şirkətlər qrupuna daxil olan şirkətlər və əməkdaşlar arasında korporativ bağları gücləndirmək, zəka və əyləncəni bir araya gətirmək məqsədilə Nə? Harda ? Nə zaman ? intellektual oyunu çərçivəsində keçirilən “Zəka dolu Əyləncə” adlı tədbirin iştirakçısı olub. Tədbirdə açılış nitqi edən “Azmade Group” şirkətlər qrupunun idarə heyətinin sədri Emruz İsgəndərov bu kimi tədbirlərin kollektiv arası münasibətlərdə əhəmiyyətini vurğulayıb, …
Read More »ABŞ-yə məxsus gəmi Yəməndən ballistik raketlərlə atəşə tutulub
Bu gecə, noyabrın 27-də Yəmənin husi qruplaşmasının nəzarətində olan ərazilərdən ABŞ-nin “USS Mason” gəmisinə iki ballistik raket atılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ ordusu Mərkəzi Komandanlığından bildirilib. Məlumatda hücum nəticəsində gəmilərdən heç birinə ziyan dəymədiyi qeyd olunub. Eyni zamanda hadisənin “Central Park” tankerini ələ keçirən 5 silahlının həbsindən sonra baş verdiyi vurğulanıb.
Read More »Laçına qayıdanların yeni şəraitə adaptasiyasına kömək üçün təlimlər keçirilib
31 ildən sonra Laçın şəhərinə qayıdan sakinlərin yeni şəraitə adaptasiyasına kömək edə biləcək təlimlər təşkil olunub. “Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi “Azad Laçında yeni həyata dəstək” layihəsi çərçivəsində Laçına səfər təşkil edib. Layihənin məqsədi doğma yurduna geri dönən insanların yeni şəraitə adaptasiyasına kömək göstərmək və onların yeni bilik və bacarıqlar …
Read More »Türkiyə sahillərində yük gəmisi saya oturub
Kamboca bayraqlı “Vamos” yük gəmisi Türkiyənin Qara dəniz sahilində Kastamonu əyaləti yaxınlığında fırtına şəraitində saya oturub. Boyukmillet.com xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb. Qeyd olunub ki, gəmidə ikisi Türkiyə vətəndaşı olmaqla 11 dənizçi olub. Məlumatda bildirilir ki, xilasedicilər dənizçiləri təxliyə etməyə başlayıblar, lakin bu, güclü külək səbəbindən çətinləşib. Türkiyənin Fövqəladə Hallar Departamenti ölkə ərazisinin müəyyən yerlərində …
Read More »“Haber Global”ın yutub kanalı Avropada izlənməsinə görə birinci yerdədir
Qurulduğu ilk gündən Türkiyə və dünyaya doğru xəbəri ən sürətli şəkildə çatdıran “Haber Global”ın yutub kanalı Avropada izlənməsinə görə birinci yerdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə yutubun rəsmi ölçü partnyorları “Social Blade” və “VidIQ” statistika açıqlayıb. Məlumata görə, “Haber Global” yutubda 2 milyon abunəçiyə çatan ilk xəbər kanalı olub və son bir ildə bu kanalda 1 milyard 125 milyon …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar