Azərbaycan və Macarıstan arasında qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişafı müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, nazir Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, qarşılıqlı səfərlərin və keçirilmiş tədbirlərin iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti, qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişaf vektorları barədə fikir mübadiləsi …
Read More »Volqoqradda hərbi hissədə yanğın olub
Rusiyanın Volqoqrad vilayətində yerləşən hərbi hissədə yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Boçarov bildirib. “Kotluban yaşayış məntəqəsinin yaxınlığında yerləşən hərbi hissələrin birinin ərazisində, yanğın baş verib. Yanğın FHN və Müdafiə Nazirliyinin qüvvələri ilə operativ olaraq lokallaşdırılıb və söndürülüb. Xəsarət alanlar yoxdur, mülki obyektlərə ziyan dəyməyib”, – qubernator deyib. Hazırda yanğının başlama səbəbləri aydınlaşdırılır.
Read More »Zəngilanda nəqliyyat-logistika sahəsi üzrə beynəlxalq konfrans işə başlayıb
Bu gün Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Boyukmillet.com xəbər verir ki, konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Tədbirin məqsədi trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi …
Read More »“Milan”ın futbolçusu qeyri-qanuni mərc oynamaqda ittiham edilir
İtaliyanın “Milan” klubunun futbolçusu Alessandro Florentsi qeyri-qanuni mərc oynamaqda ittiham olunur. Boyukmillet.com xəbər verir ki, Turin prokurorluğu 32 yaşlı müdafiəçini şübhəli şəxs qismində reyestrə daxil edib və hazırda araşdırma aparılır. İtaliyalı oyunçu diskvalifikasiya ilə üzləşə bilər. Daha əvvəl İngiltərənin “Nyukasl” komandasında çıxış edən Sandro Tonali oxşar ittihama görə artıq cəzalandırılıb. O, qarşıdakı Avropa çempionatı da daxil olmaqla, 12 ay futbol …
Read More »Azərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb
Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Çin Xalq Respublikasının Pekin şəhərində təşkil edilmiş tədbirdə Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və “China Tourism Group” (CTG) arasında strateji tərəfdaşlığa dair üçtərəfli memorandum imzalanıb. Memoranduma əsasən, Çin mərkəzi hökumətinin “China Tourism Group” (CTG) holdinqi tərəfindən Azərbaycan turizm məhsullarının təşviqi, yeni turizm məhsullarının inkişaf etdirilməsi, onlayn reklam, sosial media vasitəsilə …
Read More »Azərbaycan təbii qaz ixracını 24 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 22 milyard 916 milyon 030,25 min kubmetr həcmində təbii qaz ixrac edib. Boyukmillet.com xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 12 milyard 271 milyon 972,13 min ABŞ dolları təşkil edib. Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci ilin ilk 10 ayındakı dövründən 24,68 % çox, dəyəri isə 16,25 % azdır. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracında …
Read More »Nazir müşaviri: “Zəngəzur dəhlizi Qafqazın dünya ilə tarixi əlaqəsini bərpa etməyə imkan verəcək”
Zəngəzur dəhlizinin bərpası Cənubi Qafqaz regionunu Şərqlə Qərbi birləşdirən əvvəlki roluna qaytaracaq. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov “Xəzər həftəsi 2023” forumu çərçivəsində jurnalistlərə deyib. “Zəngəzur dəhlizi vaxtilə Sovet İttifaqını Yaxın Şərqlə birləşdirən etibarlı marşrut kimi fəaliyyət göstərib. Dəhliz ilə bağlı bizim məqsədimiz pozulmuş əlaqələri bərpa etməkdir”, – E. Məcidov bildirib. E.Məcidov qeyd edib ki, …
Read More »Rusiya XİN: “ABŞ ilə münasibətlər hər an kəsilə bilər”
“Vaşinqtonun günahı ucbatından Rusiya ilə ABŞ arasında münasibətlərin hər an kəsilmək riski var”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Açıqlamaya əsasən, Rusiya-ABŞ münasibətləri Vaşinqtonun təqsiri ilə hər an kəsilmək təhlükəsi ilə üzləşir, ancaq bu, Moskvanın seçimi deyil. Nazirlik qeyd edib ki, RF ilə Ştatlar arasında münasibətlərdəki ən dərin böhranın əsas səbəbi Vaşinqtonun Moskva və Pekini …
Read More »Azərbaycanda elektrik enerjisi istehsalı 1 % artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 24 032,8 milyon kVt/s elektrik enerjisi istehsalı edilib. Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 278,5 milyon kVt/s və yaxud 1,2 % çoxdur. O cümlədən, hesabat dövründə İES-lər üzrə 22 213,8 milyon kVt/s, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 819 milyon kVt/s elektri kenerjisi istehsal edilib. …
Read More »Xidmət rəsmisi: “İqlim dəyişikliyi meşə ekosisteminə ciddi təsir göstərir”
“Planetimizin qlobal ekoloji problemlərindən biri olan iqlim dəyişikliyi digər sahələrdə olduğu kimi, meşə ekosistemlərinə də təsirsiz ötüşmür”. Boyukmillet.com xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev deyib. Onun sözlərinə görə, bu təsirlər özünü tez və ya da gec göstərə bilir: “Zərərverici həşəratların sayının çoxalması, meşə yanğınlarının artması, invaziv növlərin daha geniş ərazilərdə yayılması kimi hallar özünü daha tez …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar