“Sankt-Pauli” və “Hannover 96” komandaları arasında Hamburqda keçirilmiş Almaniya II Bundesliqasının XIII tur oyununda iğtişaşlar baş verib. Boyukmillet.com xəbər verir ki, nəticədə 32 nəfər xəsarət alıb. Onlardan 17-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. İğtişaşlar “Hannover 96” azarkeşləri üçün ayrılmış sektorda başlayıb. Bu, qonaq fanatlarla təhlükəsizlik əməkdaşları arasında toqquşmaya çevrilib. Matç bir neçə dəqiqəlik dayansa da, sonradan bərpa olunub. Qarşılaşmadan sonra tərəfdarlar Hamburq …
Read More »İsrail ordusu Qəzzada HƏMAS-ın 11 hərbi mövqeyini ələ keçirib
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 11 möhkəmləndirilmiş hərbi mövqeyini ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. Bildirilib ki, İsrail ordusunun bölmələri Qəzza zolağında hərbi əməliyyatları davam etdirir.
Read More »İsrail XİN başçısı Fransa Prezidentinə cavab verib
İsrailin xarici işlər naziri Eli Koen Fransa Prezidenti Emmanuel Makronun Qəzzada atəşkəslə bağlı çağırışına cavab verib. Boyukmillet.com xəbər verir ki, nazir “X” hesabında yazıb ki, bütün baş verənlərə, o cümlədən qırğına və Qəzza sakinlərinin iztirablarına görə məsuliyyəti HƏMAS və İŞİD daşıyır. “HƏMAS və İŞİD Fələstinin ən böyük düşmənidir”, – E.Koen bildirib. Nazir vurğulayıb ki, İsrail beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir: …
Read More »Azərbaycanın Kahramanmaraşda 100 milyon dollarlıq tikinti işləri aparması ilə bağlı saziş təsdiqlənib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin zəlzələ nəticəsində böyük dağıntılara məruz qalan Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar “Rəsmi Gazete”də dərc olunub. Sazişə əsasən, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərərçəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək. Azərbaycan hökuməti …
Read More »Bakıda 9-cu beynəlxalq kitab sərgisinin açılışı olub
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, deputatlar və digər rəsmi şəxslər iştirak edir. Sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və …
Read More »Kiyevə hava zərbələri endirilib
Bu gün Ukraynanın paytaxt Kiyev də daxil olmaqla bir sıra şəhər vilayətlərinə hava zərbələri endirilib. Boyukmillet.com xəbər verir ki, ötən gecədən bütün ölkə boyu kütləvi hava həyəcan siqnallarının ardınca səhər saatlarında Rusiya tərəfindən endirilən hava zərbələrinin qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınsa da onlardan şəhərə düşənlər də olub. Hücumlar nəticəsində bu dəqiqələrdə hazırda Kiyev şəhərində güclü partlayışlar baş …
Read More »Rəisi və Mirziyoyev ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər
İran Prezidenti İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammiti çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb. Danışıqlar zamanı prezident bəyan edib ki, İranın xarici siyasəti qonşu dövlətlərlə iqtisadi və siyasi əlaqələrin inkişafına yönəlib. Rəisi İran və Özbəkistan arasında qarşılıqlı razılaşmaların icrası prosesindən məmnunluğunu ifadə edərək, ikitərəfli …
Read More »Naxçıvan DSMF-yə sədr təyin olunub
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədri təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov əmr imzalayıb. Əmrə əsasən, Sahir Kamil oğlu Rüstəmov Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri təyin olunub. Qeyd edək ki, S.Rüstəmov bu …
Read More »Azərbaycanlı şagirdlər ABŞ-da beynəlxalq olimpiadada qızıl və gümüş medallar qazanıblar
ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən “The World Scholar’s Cup” beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümüş medal qazanıb. Boyukmillet.com xəbər verir ki, 40-dan çox ölkədən istedadlı şagirdlərin qatıldığı yarışın illik çempionlar turnesinin mükafatlandırma mərasimi universitetin “Woolsey Hall” auditoriyasında baş tutub. Gərgin bilik yarışında həmyerlilərimiz Məryəm Məmmadova və Rəsul Qədimxanlı həm …
Read More »İsrail ordusu Qəzzada HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdiyini açıqlayıb
İsrail ordusu Qəzzada HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdiyini açıqlayıb. Əməliyyat Qəzza zolağında Əl-Şifa xəstəxanası yaxınlığındakı hərbi məhəllədə keçirilib. 162-ci diviziyanın piyada, tank bölmələri və mühəndis qoşunları İsrail Hərbi Hava Qüvvələrinin dəstəyi və xüsusi təyinatlıların köməyi ilə 50-dən çox terrorçunu məhv edib. Qeyd edilir ki, əməliyyatın aparıldığı hərbi məhəllə HƏMAS hərəkatının strateji obyektlərindən, o cümlədən kəşfiyyat xidmətlərinin qərargahlarından ibarətdir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar