Bazar ertəsi , 17 Mart 2025
Drone Cameras

Bakıda narahatlıq: Niqablı qızlar küçələrdə dolaşır

Son günlər paytaxtn bir neçə ərazisində pərəncəli (niqab – red.) qız uşaqlarına təsadüf edilir.

“Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova da yaranan vəziyyətdən narahatdır. Onun sözlərinə görə, bir neçə müddət bundan öncə eyni ərazidə dəfələrlə gördüyü həmin azyaşlılar pərəncəyə bürünüb. Yəni, azyaşlının yalnız baş hissəsi örtülüdür. 

M.Zeynalova bu hadisənin təhlükəli ola biləcəyini ehtimal edir: “Bu qız uşaqlarının yalnız baş hissəsi örtülüdür. Onları Yasamal rayonu ərazisi, Azərbaycan Nəşriyyatının qabağında, “Tarqovu” ərazisində görmək mümkündür. Bu qızları bir müddət bundan öncə başı açıq görmüşdüm. Bu məsələdən narahat oldum. Görəsən kimsə buna nəzarət edirmi?”.

Daxili işlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidoğlu məsələyə belə münasibət bildirib:“Burda təhlükəli olan nədir? Vətəndaşdır. Tək başı bağlı xanım deyil, şübhəli şəxs, əşya gördükdə 102 xidmətinə zəng edərək məlumat vermək lazımdır. İki nəfər qız turist də ola bilər. Fakt olmalıdır”.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir