Çərşənbə axşamı , 13 Yanvar 2026

Digər ölkələr

Kanada Hindistanın altı diplomatını ərazisindən çıxaracaq

Kanada hökuməti Hindistanın 6 diplomatını vətəndaşlarına qarşı törətdikləri qanunsuz hərəkətlərlə əlaqədar ölkədən çıxarmaq qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Xarici İşlər Nazirliyi bu gün açıqlayıb ki, Hindistanın altı diplomatı və konsulluq rəsmisi Hindistan hökuməti ilə əlaqəli agentlər tərəfindən Kanada vətəndaşlarına qarşı məqsədyönlü kampaniya ilə əlaqədar ölkə ərazisindən çıxarılma bildirişi alıb”, – sənəddə …

Read More »

Aİ XİN rəhbərləri İrana qarşı sanksiyaları təsdiqləyib

Avropa İttifaqı (Aİ) Rusiyaya ballistik raketlər tədarük etdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edir. Boyukmillet.com xəbər verir ki, bu barədə DPA agentliyi yazıb. Aİ-dəki mənbə bildirib ki, sanksiyalar bu silahların istehsalı və tədarükü ilə bilavasitə əlaqəsi olan şirkətlər, qurumlar və şəxslərə şamil ediləcək.

Read More »

Polşa şərq sərhədində mina sahələri yaradacaq

Polşa şərq sərhədində “Şərq qalxanı” mühəndis qurğuları kompleksinin bir hissəsi olacaq mina sahələri yaradacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa televiziyası məlumat yayıb. “Saat 13.00-da Ojişdəki poliqonda “Şərq qalxanı” elementlərinin sınaqdan keçiriləcəyi təlimlər başlayacaq”, – məlumatda bildirilib. Bu elementlər beton kirpilər, tank əleyhinə xəndəklər və minalanmış sahələrdir. Daha sonra onlardan “Şərq qalxanı”nı təchiz etmək üçün istifadə edilməsi planlaşdırılır. Bundan …

Read More »

Seul KXDR-in Cənubi Koreyaya gedən yolları partladacağını güman edir

Koreya Xalq Demokratik Respublikasının (KXDR) iqtidarının ölkəni Koreya Respublikası ilə birləşdirən yollarını partlatmağa hazırlaşdığı güman edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən bildirib. “Koreya Xalq Ordusunun 9 oktyabr tarixli bəyanatından sonra onların hərbi qüvvələri Könison və Tonhe xətləri boyunca yolların partladılması ilə əlaqəli olduğu güman edilən fəaliyyətlə məşğuldurlar”, – bəyanatda deyilir. …

Read More »

Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb, ada mühasirəyə alınıb

Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan ətrafında “Birgə qılınc – 2024B” təlimlərinə başlayıb, ada mühasirəyə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” ÇXAO-nun Şərq Döyüş Komandanlığı Zonasının bəyanatına istinadən məlumat yayıb. “Təlimlər həmçinin Tayvan müstəqillik qüvvələrinin separatçı fəaliyyətlərinə qarşı ciddi xəbərdarlıq rolunu oynayır. Bu, dövlət suverenliyini və milli birliyi (Çinin – red.) qorumaq üçün qanuni və zəruri bir tədbirdir”, – Çin …

Read More »

Litvada parlament seçkilərində hakim partiya ikinci yerə çıxıb

Litvada hakim “Vətən İttifaqı – Litva Xristian Demokratları” partiyası növbəti Seym (birpalatalı parlament) seçkilərində məğlub olsa da, uzun müddət qaldığı üçüncü yerdən ikinci yerə yüksəlməyi bacarıb. Boyukmillet.com xəbər verir ki, bu, Litvanın Mərkəzi Seçki Komissiyasının saytında onlayn rejimdə yenilənən məlumatlardan bəlli olub. Komissiyaya Litvanın ən böyük şəhərlərindən məlumatlar daxil olmağa başladıqdan sonra parlament seçkilərinin debütantı olan “Neman üzərində şəfəq” partiyası …

Read More »

Almaniyada attraksion yanğınında 11 nəfər yaralanıb

Almaniyanın şimal-qərbində yerləşən Aşağı Saksoniya federal torpağının Ler şəhərində “Qorxu yolu” attraksionunda baş vermiş yanğın nəticəsində azı 11 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilir. Polisin məlumatına görə, üç nəfər xəstəxanaya yerləşdirilib. Hadisə Şərqi Friziya bölgəsinin ən böyük xalq bayramında baş verib ki, bu bayram hər il Ler şəhərinə təxminən yarım milyon qonaq cəlb edir. …

Read More »

KİV: Tramp seçicilərin dəstəyi baxımından Harrisdən geri qalır

ABŞ-nin vitse-prezidenti Kamala Harris, demokratlardan ən yüksək dövlət vəzifəsinə namizəd olaraq, noyabr ayında keçiriləcək prezident seçkilərində səs verməyi planlaşdıran seçicilərin dəstəyi baxımından respublikaçılardan olan rəqibi Donald Trampı 2 faiz bəndi qabaqlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABC telekanalının “Ipsos” sosioloji xidməti ilə birlikdə keçirdiyi sorğunun nəticələrindən bəlli olub. Məlumata görə, potensial seçicilərin 50 %-i Harrisi dəstəkləyir, Trampa isə bu …

Read More »

Bild: Almaniya artıq Ukraynaya ağır hərbi texnika verməyi planlaşdırmır

Bundesver (Almaniya Müdafiə Nazirliyi – Qeyd) artıq Ukraynaya ağır hərbi texnika verməyi planlaşdırmır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bild” nəşri mənbəyə istinadən xəbər verib. Nəşr nazirliyin daxili sənədini nəzərdən keçirib və məlum olub ki, Bundesver Kiyevin tezliklə əks-hücum keçirə biləcəyinə inanmır: “Odur ki, bütün əsas hərbi texnikanın Ukraynaya tədarükü başa çatıb”, – deyə məqalədə vurğulanıb. Qeyd edilib ki, Almaniya …

Read More »

İsrailin şimalındakı ən böyük şəhərə Livandan raketlər atılıb

İsrail hərbçiləri səhər saatlarında Livandan ölkənin şimalındakı ən böyük şəhər olan Hayfa istiqamətində raket buraxılışı qeydə alıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, ümumilikdə beşə yaxın raket buraxılıb, onların hamısı İsrail Hərbi Hava Qüvvələri tərəfindən uğurla məhv edilib. Ölən və yaralananlar barədə məlumat verilmir. Bu arada İsrail Hərbi Hava Qüvvələri son …

Read More »