Şənbə , 10 Yanvar 2026

Digər ölkələr

Avropa İttifaqı sərhədlərə nəzarəti sərtləşdirəcək

Avropa İttifaqı (Aİ) oktyabrın 12-dən ümumi Avropa sərhəd keçid sistemini tətbiq edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” teleradio şirkəti məlumat yayıb. “Avropa sərhədlərdə nəzarəti sərtləşdirir: hava limanlarında barmaq izlərinin götürülməsi və üz təsvirlərinin qeydə alınması üzrə geniş miqyaslı layihə başlayır”, – “Yle” yazıb. Şirkətin məlumatına görə, sistem ilk növbədə saxta pasportları olan şəxslərin aşkarlanmasına yönəlib. EES (“Entry”/”Exit System”) …

Read More »

Rusiya Prezidenti: Ukraynada əcnəbi hərbçilər qanuni hədəfimiz olacaq

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, döyüş əməliyyatlarının davam etdiyi şəraitdə Ukrayna ərazisində xarici kontingentlərin yerləşdirilməsi Rusiya silahlı qüvvələri üçün qanuni hədəf kimi qiymətləndiriləcək. Boyukmillet.com xəbər verir ki, o, bunu X Şərq İqtisadi Forumunun plenar iclasında deyib. “Döyüş əməliyyatları zamanı orada əcnəbi qoşunlar yerləşdiriləcəksə, onları qanuni hədəflər hesab edəcəyik”, – Rusiya lideri vurğulayıb. V.Putin eyni zamanda qeyd edib ki, uzunmüddətli sülhə …

Read More »

Pentaqon: Venesuelanın iki hərbi təyyarəsi ABŞ HHQ gəmisinin yaxınlığından uçub

Venesuelanın iki hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından uçub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. “Son dərəcə təxribatçı bu addım bizim narkoterrorla mübarizə əməliyyatlarımıza mane olmaq məqsədi daşıyırdı”, – məlumatda deyilir. Bildirilir ki, Venesuela kartelinə ABŞ-nin hərbi narkotiklərlə mübarizə və antiterror əməliyyatlarına daha da mane olmağa, çəkindirməyə və ya müdaxilə …

Read More »

Dövlət Departamentinin keçmiş əməkdaşı Çinə casusluq etdiyinə görə 4 il müddətinə həbs olunub

Virciniya ştatının Şərq dairəsi məhkəməsi ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşını məxfi məlumatları Çin kəşfiyyat xidmətlərinə ötürdüyünə görə 4 il həbs cəzasına məhkum edib. Boyukmillet.com Amerika mətbuatına istinadən xəbər verir ki, bu barədə məhkəmə materiallarında deyilir. İstintaqa görə, 42 yaşlı Maykl Çarlz Skina internetdə özünü ona beynəlxalq konsaltinq şirkətlərinin işçiləri kimi təqdim edən insanlarla tanış olub. 2022-ci ilin aprel ayından müxtəlif elektron …

Read More »

Tramp Avropadan Rusiya neftinin alışını dayandırmağı tələb edir

ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə telefon danışıqları zamanı bəyan edib ki, Avropa Rusiya neftinin alışını dayandırmalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Məlumata görə, Tramp söhbət zamanı vurğulayıb ki, Avropa İttifaqının Rusiya neftini alması bu ölkəyə ildə 1,1 milyard avro qazandırıb.

Read More »

Ukraynaya uzaqmənzilli raketlərin tədarükü ilə bağlı razılıq əldə olunub

“Arzuedənlər koalisiyası” ölkələri Ukraynaya uzaqmənzilli raketlər tədarük etməyə hazır olduqlarını təsdiqləyib. Boyukmillet.com Britaniya hökumətinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer sentyabrın 4-də koalisiyanın Parisdə keçirilən iclasında bildirib.  O, iclasa videokonfrans formatında qatılıb. “Arzuedənlər koalisiyası”nın son hərbi planlarının müzakirəsi zamanı baş nazir qeyd edib ki, qrup ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ukraynaya sarsılmaz dəstək öhdəliyi götürüb …

Read More »

Gürcüstan və Türkiyə gənclər siyasəti üzrə əməkdaşlıq memorandumu imzalayıb

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, sənədin əsas məqsədi gənclər siyasəti sahəsində tərəfdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsidir. Gürcüstan Təhsil Nazirliyinin məlumatına görə, memorandumu Gürcüstanın təhsil naziri Givi Mikanadze və Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak imzalayıblar. Nazir Givi Mikanadzenin …

Read More »

ABŞ-dən olan nümayəndələr Zəngəzur dəhlizinin detallarını müzakirə üçün Ermənistana gedəcəklər

Növbəti həftə ABŞ-nin müxtəlif dairələrindən olan nümayəndələr “Tramp Marşrutu” (TRIPP, Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə erməni qəzeti “Joqovurd” mənbələrə istinadən yazır. Qəzetin məlumatına görə, amerikalı nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq. “Hazırda rəsmi …

Read More »

Putin Rusiya-Azərbaycan münasibətlərində problemlərin olduğunu etiraf edib

Ölkələr arasında münasibətlərdə həmişə cari vəziyyətdən irəli gələn hansısa suallar yaranır. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Pekində keçirilən mətbuat konfransında bildirib. “Problemlər var. Amma bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə salamlaşdıq, iki-üç kəlmə kəsdik. Lakin hesab edirəm ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq”- o qeyd …

Read More »

Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib

Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində avqustun 31-i gecəsi baş verən 6 bal gücündə zəlzələdən sonra Türkiyədən yardım istənilib. Çağırış əsasında Türkiyə Xarici İşlər Nazirliyi ilə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD), eləcə də Türkiyə Qızıl Aypara Cəmiyyətinin koordinasiyasında hazırlanan humanitar yardım ləvazimatları Kayseridəki Erkilet hava …

Read More »