Bazar , 11 Yanvar 2026

Digər ölkələr

Ər-Riyadda Ukrayna münaqişəsi ilə bağlı əldə edilən razılaşmalar açıqlanıb, Moskva şərtlər qoyub

Ukrayna və ABŞ Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəliblər. Boyukmillet.com-un xəbərinə görə, bunu Ər-Riyadda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib. “Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin Ukrayna və Rusiyanın …

Read More »

İsrail Hərbi Hava Qüvvələri Qəzzadan atılan iki raketi zərərsizləşdirib

Qəzza zolağından olan radikallar İsrailə iki raket atıb, İsrail Hərbi Hava Qüvvələri onları zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağından İsrail ərazisinə gələn iki raketi zərərsizləşdirib”, – məlumatda bildirilib. Qeyd olunub ki, Qəzza zolağına bitişik yaşayış məntəqələrində hava hücumu həyəcanı elan edilib.

Read More »

BQXK-nın Qəzzadakı ofisinə mərmi düşüb

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki ofisinə mərmi düşüb. Hadisə nəticəsndə xəsarət alan olmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun yaydığı press-relizdə qeyd olunub. “Bütün tərəflərə aydın şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, bu gün BQXK-nın Rəfahdakı ofisi partlayıcı qurğu ilə zədələnib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. BQXK onun binalarına edilən hücumu qətiyyətlə pisləyir”, – məlumatda bildirilib.

Read More »

İsrail ordusu Rəfah şəhərinin sakinlərinə çağırış edib

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Tel-Sultan bölgəsinin sakinlərini şimala getməyə çağırıb. Boyukmillet.com -un məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Aviçai Edri bildirib. Qeyd olunub ki, İsrail ordusu bölgədə antiterror əməliyyatına başlayıb. Vurğulanıb ki, evakuasiya yalnız xüsusi ayrılmış marşrutlar üzrə mümkündür və avtomobillə hərəkət qadağandır. Bundan başqa, İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində …

Read More »

Tramp Putini dayandıra biləcəyinə söz verib

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini dayandıra biləcəyini deyib. Boyukmillet.com-un məlumatına görə, o bu barədə “Outkick” portalının jurnalisti Kley Trevisə müsahibəsində bildirib. “Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm. Mən onu dayandıra bilərəm. Biz çox rasional müzakirə apardıq. Mən insan ölümlərinin dayandırılmasını istəyirəm”, – o, əlavə edib. Tramp həmçinin, Rusiyanın davamlı qlobal demonizasiyasına baxmayaraq, Moskva ilə …

Read More »

Finlandiya yenə “ən xoşbəxt ölkə” seçildi – Azərbaycan siyahıda neçəncidir? (SİYAHI)

Artıq səkkizinci ildir ki, Finlandiya dünyanın ən xoşbəxt ölkəsi seçilir. Boyukmillet.com xəbər verir ki, tanınmış “World Happiness Report”-un dərc etdiyi yeni hesabatda 147 ölkə yer alıb və onların arasında Finlandiya birincidir. Dünya Xoşbəxtlik Hesabatı 147 ölkədə insanlar arasında aparılan qlobal sorğunun məlumatlarına əsaslanır. Ölkələr xoşbəxtlik səviyyəsinə görə əvvəlki üç ildəki orta həyat ballarına görə sıralanır – bu il hesabat 2022-2024-cü illəri əhatə edib. Hesabatda adambaşına …

Read More »

Serbiyanın Baş naziri Rusiyadan kömək istəyib

Serbiyanın Baş naziri vəzifəsini icra edən Miloş Vuçeviç Rusiyanın Baş naziri Mixail Mişustinə rəsmi məktub göndərərək ondan 15 mart mitinqin şəraitinin araşdırılmasına rusiyalı mütəxəssisləri cəlb etməyi xahiş edib. Boyukmillet.com xəbər verir ki, Vuçeviç bu barədə “X” sosial şəbəkəsində paylaşıb edib. O, müraciətin Serbiya Prezidenti Aleksandr Vuçiçlə razılaşdırıldığını vurğulayıb. Vuçeviç Rusiyadan strateji tərəfdaş kimi hüquq-mühafizə orqanlarının etirazçılara qarşı səs topundan istifadə etmələri …

Read More »

İsrailin Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi vurub

İsrailin Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi vurub. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb. “İsrailin bir neçə bölgəsində sirenlər səsləndikdən sonra Yəməndən atılan raket ölkə ərazisinə keçməzdən əvvəl İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulub”, – hərbçilərin bəyanatında deyilir.

Read More »

Səudiyyə Ərəbistanında əxlaqsız hərəkətlərə görə 50-dən çox adam həbs edilib

Səudiyyə Ərəbistanında əxlaqsız hərəkətlərə görə 50-dən çox adam saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. “Masaj salonlarında əxlaqsız hərəkətlərə, qadın və uşaqları küçə dilənçiliyinə məcbur etdiklərinə görə onlarla əcnəbi həbs edilib”, – məqalədə deyilir. Nəşr iddia edir ki, saxlanılan şəxslər xüsusilə fahişəlik və dilənçilikdə ittiham olunurlar. “İctimai əxlaq haqqında” Qanun 2019-cu ildə qəbul edilib, lakin vəliəhd …

Read More »

Şimali Makedoniyada faciə ilə bağlı 7 günlük matəm elan edilib

Şimali Makedoniya hökuməti Kocani şəhərində baş vermiş yanğında 59 nəfərin öldüyü faciə ilə əlaqədar ölkədə 7 günlük matəm elan etmək qərarına gəlib. Boyukmillet.com -un xəbərinə görə, bu barədə respublika hökumətinin saytında məlumat verilib. “Koçanidə baş verən yanğında 59 gəncin həlak olduğu, yüzlərlə yaralının xəstəxanaya yerləşdirildiyi və tibbi yardım aldığı faciəli hadisə ilə əlaqədar çağırılan hökumətin bugünkü fövqəladə iclasında ölkə ərazisində …

Read More »