Cümə , 17 May 2024

Dünya

Azərbaycan dünya ölkələrini sülhə, həmrəyliyə çağırır

Bəxtiyar Hacıyev – Trend: Azərbaycanda növbəti möhtəşəm beynəlxalq idman tədbiri – IV İslam Həmrəyliyi Oyunları, idman və dostluq bayramı başa çatdı. Bakı müxtəlif ölkələrin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqə qurmaq şəraiti yaratdı. Düz 15 gün ərzində dünyanın diqqəti Azərbaycana cəmləndi, ölkəmizin belə irimiqyaslı idman yarışını yüksək səviyyədə təşkil etdiyini gördü. Dünyada artıq …

Read More »

UCI “Tour d’Azerbaidjan-2017″dəki təşkilatçılığı yüksək qiymətləndirib

Mayın 3-7-də keçirilmiş 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017” veloturunun yüksək təşkilatçılığı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən yüksək qiymətləndirilib. Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib. Bildirilir ki, AzVİF-ə UCI-dan daxil olmuş məktubda qeyd olunur ki, beynəlxalq federasiyanın şosse velosipedi üzrə yarışlarının komissarları “Tour d’Azerbaidjan-2017″yə olduqca yüksək qiymət veriblər. Bütün mərhələlər zamanı təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olunması da …

Read More »

Rusiya Dövlət Sosial Universiteti ÜAK-la bağlı bəyanat yayıb

Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bu ölkənin Ədliyyə Nazirliyinə ünvanlanmış bəyanat yayıb. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır ÜAK-la əməkdaşlıq edir. Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə …

Read More »

“Azərsun Holdinq” çay yığımına start verib

“Azərsun Holdinq” tərəfindən yerli fermerlərdən çay qəbulu prosesi davam edir. Bu barədə Trend-ə şirkətdən məlumat verilib. Şirkət hər il yerli fermerlərə çay əkinlərinin həyata keçirilməsi üçün müxtəlif maddi, texniki və aqrar yardım ayırıb. “Azərsun Holdinq” tərəfindən həyata keçirilən çay qəbulu bütün bölgəni əhatə edir. Milli markalarımızın dünya bazarlarına çıxarılması, “Made in Azerbaijan” brendinin təbliği və Azərbaycan çayının bütün dünyada tanıdılmasını …

Read More »

Azərbaycan Prezidenti: IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib: “Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş …

Read More »

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyə başsağlığı verib. Başsağlığında deyilir: “Hörmətli xanım Baş nazir, Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş …

Read More »

Prezident İlham Əliyev və xanımı IV İslam Həmrəyliyi Oyunlarının qalibləri, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə iştirak ediblər

Mayın 23-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər. Prezident İlham Əliyev görüşdə nitq söyləyib. Sonra IV İslam Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının …

Read More »

Elmar Məmmədyarov: Həlli uzadılmış münaqişələrə qeyri-seçimli və vahid mövqedən yanaşılmalıdır

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, D.MakAlister Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdikləri görüşü yüksək qiymətləndirib və faydalı müzakirələrin aparıldığını diqqətə çatdırıb. E.Məmmədyarov Avropa Parlamentin deputatlarının səfərin və bu kimi dialoqun Azərbaycanla Avropa İttifaqı arasında …

Read More »

Rusiyalı politoloqun təşkil etdiyi “Xocalı petisiyası”nın təqdimatı keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlandığı petisiyanın təqdimatı Gəncədəki ali təhsil məktəblərində keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, təqdimat mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov, Gəncə Dövlət Universitetinin (GDU) humanitar məsələlər …

Read More »

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman yarışları başa çatıb. Trend-in məlumatına görə, Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub – 75 qızıl, 50 gümüş, 37 bürünc medal. 71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub. Medalların ümumi sayına görə isə Türkiyə ilk yerdədir – 195 medal. Azərbaycan 162, İran idmançıları isə 98 …

Read More »