Çərşənbə , 10 Dekabr 2025

Dünya

Azərbaycan Prezidenti İlham Əliyev İranın ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Read More »

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulandı. ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirdi, ölkəmizin …

Read More »

İordaniya Senatının prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumunda İordaniya Haşimilər Krallığı Senatının prezidenti Faisal əl-Fayezin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə İordaniyanın sabiq Baş nazirləri Taher əl-Masri, Abdulrauf əl-Ravabde və Abdelsalam əl-Majali daxildir. İordaniya II, III və IV Qlobal Bakı forumlarında da …

Read More »

Aparat rəhbəri: Konstitusiya Məhkəməsi ədalət mühakiməsinin humanistləşdirilməsi prinsiplərini daim tətbiq edəcək

Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci il tarixli sərəncamında təsbit edilmiş, ədalət mühakiməsinin humanistləşdirilməsi və vətəndaşların konstitusiya təminatlarının müdafiəsinə yönəlmiş prinsipləri öz fəaliyyətində əvvəllər də rəhbər tutub və bu prinsipləri bundan sonra da daim tətbiq edəcək. Bunu Trend-ə Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Rauf Quliyev deyib. Aparat rəhbəri qeyd edib ki, dövlət başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza …

Read More »

“Son hadisə Azərbaycan-Rusiya münasibətlərini poza bilməz”

Qırğızıstandakı Azərbaycan diasporunun rəhbəri Nüsrət Məmmədovun “Bizim Yol”a müsahibəsinin davamını təqdim edirik:   – Bəzi təhlilçilər iddia edirlər ki, bu məsələ xüsusilə Rusiya ilə münasibətlərdə mənfi izlər buraxacaq. Siz necə düşünürsünüz?   – Əvvəla qeyd edim ki, Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin ekstradisiyası ilə Azərbaycan hökuməti bütün dünyaya “Azərbaycan ərazisinə icazəsiz gələn …

Read More »

Xalqın inamı, dövlətin etimadı doğrulanda…

Emin HƏSƏNLİ Fevralın 13-də Səfərbərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları üçün olduqca əlamətdar gündür. Həmin gün Dövlət Xidmətinin fəaliyyətinin 5 ili tamam olur.  Səfərbərlik Xidmətinin yaranması ordu quruculuğunda aparılan islahatların məntiqi mərhələsi, mühüm tərkib hissəsi idi. Təbii ki, sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Əsası ulu öndər Heydər …

Read More »

Avstraliyalı senator parlamentdə Xocalı soyqırımı barədə danışıb

Avstraliya İttifaqı Parlamentinin Senatında Qərbi Avstraliya ştatından seçilmiş Avstraliya Liberal Partiyasının üzvü senator Kris Bak (Chris Back) Xocalı faciəsi ilə bağlı çıxış edib.“Report”un Avstraliya parlamentinin saytına istinadən verdiyi xəbərə görə, senator K.Bak çıxışında yaxın iki həftə ərzində Azərbaycan xalqının ölkə tarixinin ən qanlı faciəsinin 25-ci ildönümünü qeyd edəcəyini bildirərək, həmin gün qadın və uşaqlar da daxil olmaqla, 600 mülki şəxsin …

Read More »

Akif Çovdarov: “Səhhətim ağırdır”

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. “Report”un məlumatına …

Read More »

“Molla Nəsrəddin lətifələri” kitabı ingilis dilində çap olunub

Türk xalqlarının ortaq ədəbi irsi olan Molla Nəsrəddin lətifələri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq ingilis dilində toplu halında dərc olunub.Bu barədə “Report”a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, toplunu ingilis dilinə uzun illər Azərbaycanda yaşamış kanadalı tərcüməçi Allen Hossini çevirib.Tanınmış rəssam Vüqar Əlinin məxsusi illüstrasiyalar çəkdiyi kitab “Efendi” Nəşriyyat Evi tərəfindən yüksək poliqrafik …

Read More »

DİN: Qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər saxlanılıb

Qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilir ki, Son günlər əldə olunan əməliyyat məlumatları, eləcə də müxtəlif sosial şəbəkə və internet resurslarında Bakı Dəmir Yolu Vağzalının ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər barədə yayımlanan videomateriallar üzrə DİN rəhbərliyinin müvafiq göstərişi əsasında, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə …

Read More »