Cümə axşamı , 26 Fevral 2026

Dünya

Flora Kərimova: “Yenidən səhnəyə çıxmaq istəyirəm”

Bir müddət əvvəl gözündən əməliyyat olunan Azərbaycanın məşhur estrada müğənnisi, xalq artisti Flora Kərimovanın səhhətində irəliləyiş var.Bu barədə “Report”a sənətçi özü məlumat verib.“Hər şey qaydasındadır. Gün keçdikcə özümü daha da yaxşı hiss edirəm. Yenidən səhnəyə çıxmaq istəyirəm. Ancaq təəssüf ki, televiziyalar məni efirlərə dəvət etmirlər”, – deyə, o, əlavə edib.Qeyd edək ki, xalq artistinin əməliyyat olunmasına səbəb insultdan sonra yaranan …

Read More »

Əli Nasirin məzarındakı baş daşına qondarma “Talış Muğan Respublikası”nın “bayrağı” taxıldı – Foto

Azinforum.az xəbər verir ki,  sosial şəbəkələrdə bir neçə gün bundan əvvəl rəhmətə gedən şair Əli Nasirin məzarının fotoları paylaşılıb. Həmin fotolardan birində məzardakı baş daşının yerində üç rəngdən ibarət  parçanın qoyulduğu və qəbrin başında bir  neçə nəfərin dua etdiyi öz əksini tapıb.  Hiss edilir ki, həmin “bayraq” hansısa simvolikanı ifadə edir. Məzardakı parçanın hansı mənanı ifadə etməsilə bağlı ekspertlərə müraciət etdik. …

Read More »

Diasporumuzdakı “pişik”

Bu qeydlərimin Həmrəylik Günü ərəfəsində işıq üzü görməsini elə diasporumuzun əziz xətrinə – bayram ovqatlarını təlx etməmək naminə rəva görmədim. Bir də axı həmrəylik mövzusu şampan şərabı deyil ki, yığılıb ancaq ilin son günü partladaq. Açıq danışsaq, sözümün canı sırf həmrəylik də deyil… Müxtəsəri, ötən ilin son iş günlərindən birində e-mail ünvanımı yoxlayan zaman tragikomik bir mənzərənin şahidi oldum. Nöşün …

Read More »

Gözəlliyə dözümünüz olsun

Murad Köhnəqala Xəbər portallarında qənşərimə gözəl bir azərbaycanlı uşağın fotosu çıxdı. Xəbər və şərhlərdən anladım ki, Banu adlı bu uşaq sosial şəbəkələrdə xeyli məşhurdu və deyilənə görə bir milyona yaxın izləyicisi var. Ağsifət, mavigözlü, gözəl çöhrəli qızcığazın pozitiv fotoları ürəyimi açsa da, xalqımın (xüsusən də qadınların) yazdığı şərhlər səhər-səhər qanımı qaraltdı. Acıdım, əsəbiləşdim, xəcalət çəkdim! Təsəvvür edin, iki uşaq anası …

Read More »

Ukraynalı deputatlar Azərbaycana gəlir

Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri fevralın 19-da Azərbaycana səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko məlumat verib. Onun sözlərinə görə, səfərdə əsas məqsəd iki ölkənin parlamentləri arasında əməkdaşlığı canlandırmaqdır. Deputat qrupunun Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşləri planlaşdırılır.

Read More »

Ceyhan limanından 322 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb

2017-ci ilin yanvar ayı ərzində 2 mln. 48 min 786 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. SOCAR-dan “APA-Ecoonmics”ə verilən məlumata görə, bu həcmin 1 mln. 398 min 440 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər Ceyhan limanından 321 mln. 883 min 385 ton Azərbaycan …

Read More »

Xaçmaz sakini dəm qazından zəhərlənib

Xaçmazda 35 yaşlı qadın dəm qazından zəhərlənib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini Hüseynova Ramilə İsaməddin qızı dəm qazından zəhərlənib. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R. Hüseynovanın vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırma aparılır.

Read More »

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçiriləcək

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçiriləcək. APA-nın məlumatına görə, ikinci dəfə baş tutacaq marafon bu il də “Küləyə qalib gəl” şüarı altında təşkil olunacaq. İdmanın inkişafına dəstək vermək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil ediləcək, layihənin icrasını isə Sport …

Read More »

Rejissor Rafiq Dadaşov vəfat edib

Rejissor Rafiq Dadaşov dünyasını dəyişib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, Rafiq Dadaşov fevralın 5-də vəfat edib. O, bu gün Bakıda dəfn olunacaq. Qeyd edək ki, Rafiq Dadaşov 20 iyul 1946-cı ildə Bakıda anadan olub. 1963-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb. 2002-ci ildə Azərbaycan …

Read More »

Lionel Messi daha bir rekorda imza atıb

Lionel Messi La Liqanın XXI turunda “Atletik”lə oyunda (3:0) daha bir dəfə cərimə zərbəsindən fərqlənib. Apasport.az saytının məlumatına görə, bu, argentinalının “Barselona” formasında vurduğu 27-ci belə qoldur. 29 yaşlı super ulduz bununla da əfsanəvi Ronald Kumanı geridə qoyub və komandanın rekordçusu olub. Hazırda “Everton”un baş məşqçisi olan hollandiyalı Kuman katalonların heyətində cərimə zərbəsindən 26 qol vurmuşdu.

Read More »