Çərşənbə , 24 Aprel 2024

Dünya

Akademik Milli Dram Teatrında Yaşar Nurinin xatirə gecəsi keçiriləcək

Noyabrın 15-də Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin 65 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək. APA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq. Xatirə gecəsinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir. Mərasimdə Y. Nurinin kino, televiziya və teatr tamaşalarından fraqmentlər nümayiş …

Read More »

Nuşirəvan Məhərrəmli: “TRT 1-lə bağlı məsələ həllini tapacaq”

“Türkiyənin TRT 1 telekanalının Bakı və Abşeron yarımadasında açıq yayımda bərpası üçün danışıqlar aparılır, bu məsələ həllini tapacaq”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, Azərbaycan telekanalları üçün mövcud olan şərtlər TRT 1 üçün də tətbiq edilə bilər: “Sadəcə TRT 1-in rəqəmli formatda yayımı üçün Teleradio İstehsalat Birliyi ilə müqavilə imzalanmalı, şərtlər …

Read More »

Xəbərdarlıq: qeyri-sabit hava – yağış, qar

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-10° isti, gündüz 10-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer …

Read More »

Əhalinin nəzərinə: Qazanxanalar günün sonuna tam gücü ilə işləyəcək

“Azəristiliktəchizat” ASC-nin balansında olan bütün qazanxanalar bu gün günün sonunadək tam güclə işləməyə başlayacaq. Bu sözləri Trend-ə qurumun müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib. Onun sözlərinə görə, şirkətin balansındakı qazanxanalarda sınaq işləri aparılıb və onlar qış mövsümünə hazırdır. R.Əliyev özəl şirkətlərə məxsus qazanxanaların isitmə sisteminin başlama müddətinin özlərinin təyin etdiklərini deyib: “Azərbaycanda qazanxanalara sahib olan bir sıra özəl qurumlar …

Read More »

Ucarda partlayışda yanan ailənin 3 üzvünün vəziyyəti ağırdır

Ucarda evdə baş verən partlayış nəticəsində xəsarət alan bir ailənin 3 üzvünün vəziyyəti həddindən artıq ağırdır. Bu barədə Trend-ə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib. Şöbə müdiri bildirib ki, hadisə nəticəsində xəsarət alanlardan Zakir Məlikov və həyat yoldaşı Şamama Şərifovanın bədəninin 80 faizi, övladları Ağa Məlikovun …

Read More »

Qazaxıstanda Nursultan Nazarbayevin şəkli olan əsginas buraxılacaq

 Qazaxıstanda ölkənin ilk və yeganə prezidenti Nursultan Nazarbayevin şəkli olan əsginas buraxılacaq. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, banknotun buraxılması ölkədə dekabrın 1-də qeyd olunan ilk prezident gününə həsr olunub. “Xəbər” telekanalının məlumatına görə, artıq əsginas Astanada keçirilən Qazaxıstan Milli Bankının “Qazaxıstanın müstəqilliyinin 25 il: milli valyuta” adlı konfransda nümayiş etdirilib. Nursultan Nazarbayevin şəkli olan əsginas 10 min təngə …

Read More »

Hamlet Xanızadənin 75 illik yubileyi qeyd edilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında görkəmli sənətkar, teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadənin 75 illik yubileyi keçirilib. İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə xalq artistləri Fuad Poladov, Rafiq Əzimov, Rasim Balayev, Nurəddin Mehdixanlı, Flora Kərimova, tanınmış tele radio aparıcısı Rahib Azəri, Akademik Milli Dram teatrının digər aktyorları və Xəzər rayonunun elm …

Read More »

Moskvada terror aktının qarşısı alınıb – İŞİD-çilər saxlanılıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatı ilə əlaqəsi olan qruplaşmanın 5 üzvünü saxlayıb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, saxlanan şəxslər İnquşetiyada və Moskvada terror aktları hazırlayırmışlar. FTX-nin keçirdiyi əməliyyat nəticəsində iki partlayıcı maddə və digər silah-sursat da ələ keçirilib.

Read More »

Oklahomada Azərbaycanla ABŞ strateji tərəfdaşlığı müzakirə edilib

Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndə heyəti Oklahoma ştatına səfər edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Oklahoma ştatının vitse-qubernatoru Todd Lamb, senator Ceyms Lankford, Oklahoma Milli Qvardiyasının komandanı, general Robbi Aşer və digər ştat rəsmilərilə görüşlər keçirib. Vitse-qubernator Todd Lamb ilə görüş zamanı tərəflər Oklahoma ştatının Azərbaycan-ABŞ əməkdaşlığının genişlənməsi və dərinləşməsində xüsusi rolunu qeyd ediblər. …

Read More »

Xətaidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində icra başçısının sabiq müavini ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Report”un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xətai Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Qafur Rəhmanov ifadə verib. O, Xətai rayon ərazisində …

Read More »