Çərşənbə , 24 Aprel 2024

Dünya

Qanunsuz ov edən şəxslər saxlanılıb

Azərbaycanda qanunsuz ov edən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Baş Mil-Muğan kollektorunun sahilində qanunsuz quş ovladığı üçün İmişli rayon sakini Rüfət Qəmbərov və Bakı şəhər sakini Habil Şirinov saxlanılıb. R.Qəmbərovdan və H.Şirinovdan 2 ədəd tüfəng, 40 ədəd patron, 2 ov quşu götürülüb. Nəqliyyatda Baş Polis …

Read More »

Bakıda taekvando üzrə Qran-pri turnirinin final mərhələsi və komandalararası dünya çempionatı keçiriləcək

Dekabrın 9-10-da Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində taekvando üzrə Qran-pri turnirinin final mərhələsi, dekabrın 12-13-də isə komandalararası dünya çempionatı keçiriləcək. AZƏRTAC xəbər verir ki, Dünya Taekvando Federasiyasının və Azərbaycan Taekvando Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq Qran-pri turnirinin finalında dünyanın reytinqli 16 kişi və qadın taekvandoçuları mübarizə aparacaqlar. Turnirin qalibləri 6 min dollar və 80 reytinq xalı, finalçılar 3 min dollar …

Read More »

Tokioda Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlərə dair təqdimat maraqla qarşılanıb

Tokioda yerləşən “Gələcək Əsrin Sənaye Naviqatorları” Forumunun növbəti iclasında “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyi – iqtisadi nailiyyətlər” adlı təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb. Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə keçirilən təqdimatda Gündoğar ölkənin aparıcı universitetlərinin alimləri, böyük şirkətlərin rəhbər heyəti və işgüzar dairələrin nümayəndələri iştirak ediblər. Səfir Gürsel İsmayılzadə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri barədə ətraflı məlumatı iştirakçıların diqqətinə çatdırıb. …

Read More »

Bakıda 7-ci beynəlxalq ətraf mühit sərgisi açılıb

Noyabrın 16-da Bakı Ekspo Mərkəzində 7-ci Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) öz işinə başlayıb. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir. AZƏRTAC xəbər …

Read More »

TÜRKSOY-un mənzil-qərargahında böyük şair Səməd Vurğunun yubileyi qeyd olunub

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və milli kitabxanaları tərəfindən Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə anma mərasimi keçirilib. TÜRKSOY-un mənzil-qərargahında keçirilən mərasimdə türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, paytaxt ictimaiyyətinin nümayəndələri, səfirliyimizin əməkdaşları, ədəbiyyatsevərlər, QHT və KİV təmsilçiləri iştirak ediblər. Tədbirin əvvəlində görkəmli şairin dərin mənalı həyat və yaradıcılığından …

Read More »

Türkiyə İsrailə yeni səfir təyin etdi

Türkiyə İsraillə münasibətlərin normallaşmasından sonra bu ölkədə öz səfirini təyin edib. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezidentin sözlərinə görə, bu vəzifəyə Kamal Ökəm təyin olunub. Yeni səfir bu təyinata qədər Türkiyə baş nazirinin xarici siyasət üzrə müşaviri olub. Xatırladaq ki, ötən gün İsrail Türkiyədə öz səfirini təyin etmişdi. Bu vəzifəyə …

Read More »

Kabulda partlayış – yaralananlar var

Əfqanıstanın paytaxtı Kabulda partlayış baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı iki nəfər xəsarət alıb. Məlumata görə, partlayıcı qurğu Milli Təhlükəsizlik İdarəsinə (NDS) məxsus nəqliyyat vasitəsinə yerləşdirilib. Polis araşdırma aparır.

Read More »

Azərbaycan vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək reytinqə layiq görülüb

Azərbaycan Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamı vergi orqanları qarşısında mühüm vəzifələr müəyyən edib. Vergilər nazirinin müşaviri Riyad Hüseynovun “Vergilər” qəzetinə müsahibəsinin əsas mövzusu nazirliyin beynəlxalq sahədə apardığı işlər barədədir. – Riyad müəllim, ölkədə aparılan vergi islahatları çərçivəsində beynəlxalq sahədə görülən işlərin ümumi istiqamətlərini necə səciyyələndirmək olar? – Azərbaycan Respublikasının Prezidenti …

Read More »

Hyustonda Azərbaycan Dövlət Bayrağı Günü təntənəsi (FOTO)

ABŞ-ın Hyuston şəhərinin meriyasında Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə rəsmi tədbir təşkil olunub. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta xüsusilə bu tədbirdə iştirak etmək məqsədilə Hyustona səfər edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə həmçinin Hyuston meriyası nümayəndələri, ABŞ Konqresi və Texas ştatının Assambleyasının üzvlərinin təmsilçiləri, bir sıra ölkələrin Hyuston şəhərindəki …

Read More »

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edir. Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edir. Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi. “Belə …

Read More »