Cümə axşamı , 8 May 2025

Dünya

Türkiyədə saxlanılan deputatlardan biri sərbəst buraxıldı

Türkiyə polisi Xalqların Demokratik Partiyasının (HDP) deputatı Ziya Piri ifadəsi alındıqdan sonra sərbəst buraxıb. Trend bu barədə Türkiyənin “Hurriyet” qəzetinə istinadən məlumat verir. Prokurorluq həmçinin HDP həmsədri Səlahəddin Dəmirtaşın ifadəsini alıb və onun həbsi barədə məhkəməyə məktub ünvanlayıb. Qeyd edək ki, HDP-nin 12 deputatı ifadə verilməsi üçün prokurorluğun cağırışını nəzərə almayıblar. Saxlanılanlar arasında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağdan …

Read More »

Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş konfransda iştirak edirlər

Noyabrın 4-də Tbilisidə dahi gürcü şairi Şota Rustavelinin anadan olmasının 850-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb. İki gün davam edəcək konfransda bir sıra ölkələrdən alimlər, yazıçılar iştirak edirlər. Azərbaycanı bu tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru İrma Ratiani tədbiri açaraq dahi …

Read More »

Sabah Bakıda 16 dərəcə isti olacaq

Azərbaycanda noyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam isə buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 8-10° isti, …

Read More »

Kahramanmaraşda Qarabağ parkı açılacaq

III Beynəlxalq Kitab və Mədəniyyət Sərgisində iştirak edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupu üzvü Qənirə Paşayeva Kahramanmaraş bələdiyyə başqanı Mehmet Fatih Erkoçla görüşüb. Trend-in məlumatına görə, Mehmet Fatih Erkoç görüş zamanı Kahramanmaraşda Qarabağ Parkının salınması ilə bağlı Azərbaycan Təhsil, Mədəniyyət və Dayanışma Dərnəyinin, qurumun rəhbəri Tural Şahbazlının bələdiyyə başqanı kimi ona müraciətinə və millət vəkili Q.Paşayevanın ötən görüşlər zamanı …

Read More »

Zirehli texnika bölmələrimiz cəbhə bölgəsində təlimlərə başladı

Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyələri yoxlanılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhə bölgəsində yerləşən hərbi poliqonlarda keçirilən təlim məşqlərinin əsas məqsədi tank və digər zirehli texnika bölmələrinin döyüş qabiliyyətlərinin artırılması, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, döyüş ruhu və mənəvi-psixoloji durumun yüksəldilməsindən ibarətdir. Gündüz və …

Read More »

Azər­bay­can­da Prob­lem­li Kre­dit­lər Agentli­yi…(?)

Vü­qar Bay­ra­mov: “Ame­ri­ka­da hə­min kre­dit­lər səhmləş­di­ri­lə­rək ba­za­ra çı­xa­rı­lır” Ha­zır­da öl­kə iq­ti­sa­diy­ya­tı­nın, əsa­sən də bank sek­to­ru­nun ən cid­di prob­lem­lə­rin­dən bi­ri prob­lem­li kre­dit­lə­rin həc­mi­nin gün­bə­gün artma­sı­dır. Prob­lem­li kre­dit­lə­rin həc­mi 1,5 mil­yar­dı ke­çib. Prob­lem­li kre­dit­lə­rin həll olun­ma­sı is­ti­qa­mə­tin­də həm mət­bu­at­da, həm də mil­lət və­kil­lə­ri tə­rə­fin­dən də­fə­lər­lə fi­kir­lər səs­lən­di­ri­lib. Prob­le­min ak­tu­al ol­du­ğu ha­zır­kı mə­qam­da de­pu­tat Va­hid Əh­mə­dov ma­raq­lı tək­lif­lər­lə çı­xış edib. Mil­lət və­ki­li bil­di­rib …

Read More »

Türkiyədəki partlayışı PKK törədib: 8 ölü, 100-dən çox yaralı

Diyarbəkir şəhərində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların sayı artıb. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin Baş naziri Binəli Yıldırım hadisə nəticəsində 8 nəfərin öldüyünü, 100-dən çox şəxsin yaralandığını deyib. X X X 11:34 Bu gün Türkiyənin Diyarbəkir şəhərindəki partlayışı PKK terror təşkilatı törədib. Trend-in məlumatına görə, bu barədə Diyarbəkir valiliyinin açıqlamasında deyilir. Hadisə nəticəsində …

Read More »

İnterpol 34 yaşlı azərbaycanlını axtarır

Daha bir azərbaycanlı İnterpol vasitəsilə axtarışa verilib. Trend-in məlumatına görə, Bakı şəhərində anadan olan, 1982-ci il təvəllüdlü Emin Səmədov külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur. Azərbaycanın məhkəmə orqanı E.Səmədovun beynəlxalq axtarışa verilməsi ilə bağlı qərar çıxarıb.

Read More »

3 rayonda müəllim və valideynlərin səyyar qəbulu keçirilib

Bu gün Sabunçu, Pirallahı, və Xəzər rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. İdarədən …

Read More »

Gürcüstanın deputatı azərbaycanlıların öldürülməsi xəbərlərinə aydınlıq gətirdi

Son günlər Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı xoş olmayan xəbərlər yayılmaqdadır. Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda gürcülərlə azərbaycanlılar arasında kütləvi davanın baş verdiyi barədə məlumatlar yer alır. Hətta, soydaşlarımız arasında ölüm hallarının da olduğu bildirilir. Məsələ ilə bağlı Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Modern.az-a danışıb. O bildirib ki, bu cür məlumatlar həqiqəti əks etdirmir. “Gürcüstanın Marneuli bölgəsində yaşayan …

Read More »