Bazar ertəsi , 20 May 2024

Dünya

Vladimir Putin prezident İlham Əliyevə məktub göndərib Böyüt

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin. Ötən 25 il ərzində sosial-iqtisadi və elmi-texniki inkişafın aktual məsələlərinin həllində Azərbaycanın qazandığı uğurlar hamı tərəfindən etiraf edilir. Sizin ölkəniz dünya arenasında haqlı olaraq böyük nüfuz …

Read More »

Filmlərimiz Qahirə Beynəlxalq Film Festivalında

“İçəri şəhər” və “Qırmızı bağ” bədii filmləri 35-ci Qahirə Beynəlxalq Film Festivalına dəvət alıb. Festival noyabrın 15-dən 24-dək Misirin paytaxtı Qahirədə keçiriləcək. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, filmlərimiz festivalın “Panorama” proqramında nümayiş etdiriləcək. Hər iki film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. “İçəri şəhər” filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu …

Read More »

Azərbaycan “National Geographic Traveler Awards 2016” mükafatının liderləri sırasına qoşulub

“TurStat” analitik agentliyi “National Geographic Traveler Awards 2016” mükafatının internet-səsverməsinin ilkin nəticələrini açıqlayıb. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Azərbaycan “Müalicəvi istirahət” və “İlin kəşfi” nominasiyaları üzrə öndə lider ölkələr sırasındadır. Eyni zamanda ölkəmiz “Ekskursiyalı istirahət” və “Dağ xizəyi istirahəti” nominasiyaları üzrə də siyahıda yer alıb. Hazırkı vəziyyətə görə, Rusiya çimərlik, ekskursiyalı, ailəvi, dağ xizəyi və eko istirahət nominasiyalarında liderdir. …

Read More »

Sevinc Babayevanın oğlunun işi məhkəmə baxışına verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkum 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. “Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə işin baxışa verilməsi elan olunub. Məhkəmənin baxış iclası oktyabrın 21-nə təyin edilib. Qeyd edək ki, hadisə bu il fevral ayının 4-də Bakının Binəqədi rayonunda baş verib. Rayonun …

Read More »

Almaniyada Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən kitab çap olunub

Almaniyalı alim, Berlin Azad Universitetinin dosenti Mixael Raynhard Hessin “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı alman dilində nəşr edilib. Kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin orta əsrlərdən başlayaraq tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin İran və Osmanlı ərazilərindən kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanın 1991-1993-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi və digər …

Read More »

Los-Ancelesdə Azərbaycandakı multikultural və dini vəziyyətlə bağlı tədbir keçirilib

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə bu şəhərin müxtəlif xristiyan dini icmalarının rəhbərlərinin iştirakı ilə geniş tədbir keçirilib.Azərbaycanın Los-Ancelesdəki baş konsulluqdan “Report”a verilən məlumata görə, tədbirdə, şəhərdə fəaliyyət göstərən Koreya, Çin və digər Asiya mənşəli icmalara, həmçinin Latino icmasına məxsus kilsələrin rəhbərləri, aparıcı din xadimləri, müxtəlif xristiyan təşkilatlarının liderləri və KİV təmsilçiləri iştirak ediblər.Tədbirdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu …

Read More »

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbul təşkil edilib

Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbul təşkil edilib.“Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.Azərbaycanın dövlət himni səslənib.Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.Rəsmi qəbul konsert proqramı ilə davam edib.

Read More »

Səudiyyə Ərəbistanının kralı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İham Əliyevə təbrik məktubu göndərib. “Report” xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri cənab İlham ƏliyevəƏs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu. Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının …

Read More »

Borçalı İctimai Birliyinin sədri bəyanat yaydı – Gürcüstandakı seçkilərlə bağlı…

8oktyabr 2016-cı ildə Gürcüstan parlamentinə seçkilər günü Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş qarşıdurma və bəzi sakinlərin həbsi ilə bağlı Borçalı İctimai Birliyinin sədri Kərəm Məmmədovun Gürcüstanın dövlət rəhbərliyinə və ictimaiyyətinə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik: Oktyabrin 8-də keçirilən parlament seçkiləri Gürcüstanda yaşayan bütün millətlərin həyatında tarixi səhifə açmışdır. Bu seçkilər qardaş ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyacağına …

Read More »

Liviyada terrorçularla döyüşlərdə 13 əsgər həlak olub

Liviyanın Sirt şəhərində İŞİD terror qruplaşmasının silahlıları ilə döyüşlərdə 13 liviyalı əsgər həlak olub. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, daha 30 hərbçi yaralanıb. Terrorçuların itkisi barədə məlumat verilmir. Silahlılara qarşı əməliyyat iyunun əvvəlində başlayıb. Liviya hökuməti şəhərin əksər ərazilərinin terrorçulardan təmizləndiyini bildirir. Qeyd edək ki, avqustun 1-dən ABŞ hərbi aviasiyası İŞİD-in Sirtdəki mövqelərinə hava zərbələri endirir.

Read More »