Danimarka Krallığındakı “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli və Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İdarə Heyətinin üzvü Ayaz Məmmədov bu ölkənin Ahrus şəhərində Avropa parlamentinin keçmiş deputatı, Ahrus bələdiyyəsinin üzvü Hüseyin Aracla görüşüblər. AZƏRTAC xəbər verir ki, görüşdə uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbət …
Read More »Güləşçilərimiz beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
Dağıstanda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının mükafatçısı Yusup Abdusalamovun adına təşkil edilən sərbəst güləş üzrə VII açıq Respublika turniri keçirilib. AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olublar. 74 kiloqram çəki dərəcəsində mübarizə aparan “Rio-2016”nın bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin …
Read More »Bu il ilk dəfə rezidenturada həkim mütəxəssis hazırlığı aparılan bütün ixtisaslar üzrə yekun attestasiya keçiriləcək
Rezidentlərin yekun attestasiyanın I mərhələsi oktyabrın 25-də, II mərhələsi isə 27-si və 28-i tarixlərində keçiriləcək.“Report”un məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetində (ATU) rezidentlərin yekun attestasiyasının təşkilinə dair keçirilən tədbirdə universitetin rektoru Gəray Gəraybəyli deyib.Onun sözlərinə görə, bu il ilk dəfə rezidenturada həkim mütəxəssis hazırlığı aparılan bütün ixtisaslar üzrə yekun attestasiya keçiriləcək: “Attestasiyanın ilk mərhələsi Azərbaycan Tibb Universitetinin virtual test …
Read More »Dövlət Statistika Komitəsi ilə BMT-nin İqtisadi və Sosial Komissiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) arasında dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin həyata keçirilməsi məqsədilə milli strategiya və bu günədək əldə olunan nailiyyətlər müzakirə edilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr komitənin sədri Tahir Budaqovun oktyabrın 24-də BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial …
Read More »Azərbaycanlı diplomatlar İrpen şəhər gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları İrpen şəhər meri Vladimir Karplyukun dəvəti ilə İrpen şəhər gününə həsr olunmuş bayram tədbirlərində iştirak ediblər. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl diplomatlar İrpen şəhərində akademik Zərifə Əliyeva adına dostluq parkını ziyarət edərək görkəmli oftalmoloqun abidəsi önünə çiçək qoyub, abadlığına daim nəzarət olunan parkda yaradılan şəraitlə tanış olublar. Daha …
Read More »Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Read More »Azərbaycanda Milli Antidopinq Agentliyi yaradılır
Azərbaycanda idmançıların dopinqdən istifadə edilməsini aşkar etmək məqsədi ilə müstəqil Milli Antidopinq Agentliyi yaradılır.“Report”un xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.Onun sözlərinə görə, bu qurum beynəlxaq idman təşkilatlarının tələbinə əsasən yaradılacaq: “Yaradılacaq Milli Antidopinq …
Read More »Azərbaycanda qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı rəsmi xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirlyindən APA-ya verilən xəbərə görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur. Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı …
Read More »Cənubi Koreya rəhbəri prezidentlik müddətinin iki dəfə olmasını təklif edib
Cənubi Koreya prezidenti Pak Kın-Xe konstitusiya islahatının aparılmasını təklif edib. “Report” BBC-yə istinadən xəbər verir ki, bu islahat iki müddət dalbadal prezident postunda qalmağa imkan verəcək. Cənubi Koreya prezidentinin sözlərinə görə, prezident səlahiyyətlərini bir müddətlə məhdudlaşdıran konstitusiya demokratiyaya keçid dövründə yararlı idi, lakin indi köhnəlib. Konkret tədbirlər haqqında danışan dövlət başçısı bildirib ki, konstitusiya islahatı məsələsinin öyrənilməsi üçün hökumət komitəsi yaradacaq. Prezidentin nümayəndəsi …
Read More »Qətərin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
Qətərin keçmiş əmiri şeyx Xəlifə bin Həməd Əl-Taninin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq. Qətərin Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, xatirə kitabı bu gün saat 13:00-dan 15:00-dək, oktyabrın 25-də və 26-da isə saat 11:00-dan 15:00-a qədər açıq olacaq. Bundan əlavə, səfirlikdə matəm əlaməti olaraq, dövlət bayrağı endirilib. Qeyd edək ki, keçmiş əmir şeyx Xəlifə bin …
Read More »