“Qarabağ”ın hücumçuları Musa Qurbanlı və Ramil Şeydayev 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında birlikdə 38 qol vurublar. Boyukmillet.com xəbər verir ki, Azərbaycan millisinin üzvləri müvafiq olaraq hərəyə 20 və 18 dəfə rəqib qapılarına yol tapıblar. Avropanın “Top-5” liqalarında yalnız bir tandem bundan çox qola imza atıb. “Mançester Siti”nin İngiltərə Premyer Liqasındakı ən məhsuldar oyunçuları olan Erlinq Holann və Fil Foden rəqib …
Read More »Avropa Liqası və Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər bəlli olub
UEFA Avropa Liqası və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub. Boyukmillet.com xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində bu ada Almaniya “Bayer”indən Adam Qlojek, İtaliya “Yuventus”undan Adrien Rabyo, İspaniya “Sevilya”sından Yussef En-Nesiri və İtaliya “Roma”sından Nemanya Matiç iddia edir. Konfrans Liqasında isə həftənin ən yaxşısı olmağa namizədlər İtaliya “Fiorentina”sından …
Read More »Elmar Baxşıyev: “Dinamik oyun alındı”
“Dinamik oyun alındı, hər iki komanda açıq futbol göstərməyə çalışdı”. Boyukmillet.com xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXX tur matçından sonra mətbuat konfransında deyib. 43 yaşlı mütəxəssis çətin oyun alındığını bildirib: “Neftçi”nin heyətində yaxşı futbolçuları var. Komanda şəklində meydanda futbolçular istədiyimi verməyə çalışdılar. Qalib gəldik, yolumuza davam edəcəyik. Çempionatda …
Read More »“Neftçi”nin zədəli futbolçularının son durumu bəlli olub
“Neftçi”nin zədəli futbolçuları Ataa Caber və Vato Arveladzenin son durumu bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib. O, hər iki oyunçunun fərdi məşqlərlə kifayətləndiyini bildirib. Qeyd edək ki, “ağ-qaralar” bu gün Azərbaycan Premyer Liqasının XXX turunda “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Read More »Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin 1/4 finalçıları ilə görüş keçirilib
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin 1/4 finalçıları ilə görüş və mətbuat konfransı keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edib. O, turniri keçirmə məqsədlərinə nail olduqlarını söyləyib: “Son mərhələyə yaxınlaşmışıq. Turnirdə 52 komanda mübarizə aparırdı. Qrup, pley-off mərhələlərini keçmişik və artıq 1/4 final mərhələsindəyik. …
Read More »Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa Oyunlarındakı rəqibləri bəlli olub
Çimərlik futbolu üzrə Azərbaycan millisinin üçüncü Avropa Oyunlarındakı rəqibləri məlum olub. Boyukmillet.com xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunacaq Oyunların çimərlik futbolu yarışlarında Azərbaycan millisi ilə yanaşı, İspaniya, İtaliya, Polşa, Moldova, Portuqaliya, İsveçrə və Ukrayna yığmaları birincilik uğrunda mübarizə aparacaqlar. Üçüncü Avropa Oyunlarında çimrəlik futbolu yarışları iyunun 27-dən iyulun 2-dək davam edəcək.
Read More »Konfrans Liqası: “Fiorentina”dan darmadağın, “Bazel” evdə heç-heçə edib
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Boyukmillet.com xəbər verir ki, açılış matçında turnirin pley-offunda “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belçika “Gent”i İngiltərənin “Vest Hem” klubunu sınağa çəkib. Görüşdə qalib müəyyənləşməyib. İtaliya “Fiorentina”sı Polşada “Lex”i, “Anderlext” Belçikada Niderlandın “AZ Alkmaar” komandasını məğlub edib. İsveçrə “Bazel”i isə evdə Fransanın “Nitsa” kollektivi ilə sülh bağlayıb. UEFA Konfrans Liqası1/4 final13 aprel 20:45. …
Read More »KİV: “Barselona” İlkay Gündoğanı transfer edib
İspaniya “Barselona”sı heyətini 2 yeni futbolçu ilə gücləndirib. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalist Viktor Malo özünün tviter səhifəsində paylaşım edib. Onun sözlərinə görə, Kataloniya təmsilçisi yerli “Atletik”dən İnyiqo Martinesi və İngiltərənin “Mançester Siti” klubundan İlkay Gnüdoğanı transfer edib. Hər iki oyunçu ilə rəsmi müqavilə cari mövsümün sonunda imzalanacaq. Həmçinin, “Barselona”nın Madrid “Atletiko”sunda çıxış edən Yannik Karraskonun da xidmətində …
Read More »Dünya Kubokuna qatılacaq Azərbaycan gimnastları bəlli olub
Aprelin 14-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları bəlli olub. Boyukmillet.com xəbər verir ki, 3 gün davam edəcək yarışda milli komandanın 8 üzvü qüvvəsini sınayacaq. Fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri – Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla …
Read More »Qurban Qurbanov: “Daha baxımlı oyun sərgiləyə bilərdik”
“Daha baxımlı oyun sərgiləyə bilərdik”. Boyukmillet.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis qələbə münasibəti ilə futbolçularını təbrik edib: “Vacib üç xal qazandıq. Burada oynamaq asan deyil. Hər bir halda futbolçular çox əziyyət çəkdilər. “Şamaxı” oyundan-oyuna xoş təsir …
Read More »