İspaniya “Barselona”sı heyətini 2 yeni futbolçu ilə gücləndirib. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalist Viktor Malo özünün tviter səhifəsində paylaşım edib. Onun sözlərinə görə, Kataloniya təmsilçisi yerli “Atletik”dən İnyiqo Martinesi və İngiltərənin “Mançester Siti” klubundan İlkay Gnüdoğanı transfer edib. Hər iki oyunçu ilə rəsmi müqavilə cari mövsümün sonunda imzalanacaq. Həmçinin, “Barselona”nın Madrid “Atletiko”sunda çıxış edən Yannik Karraskonun da xidmətində …
Read More »Dünya Kubokuna qatılacaq Azərbaycan gimnastları bəlli olub
Aprelin 14-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları bəlli olub. Boyukmillet.com xəbər verir ki, 3 gün davam edəcək yarışda milli komandanın 8 üzvü qüvvəsini sınayacaq. Fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri – Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla …
Read More »Qurban Qurbanov: “Daha baxımlı oyun sərgiləyə bilərdik”
“Daha baxımlı oyun sərgiləyə bilərdik”. Boyukmillet.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis qələbə münasibəti ilə futbolçularını təbrik edib: “Vacib üç xal qazandıq. Burada oynamaq asan deyil. Hər bir halda futbolçular çox əziyyət çəkdilər. “Şamaxı” oyundan-oyuna xoş təsir …
Read More »Premyer Liqa: “Qarabağ” “Şamaxı”nın, “Qəbələ” “Sabah”ın qonağı olacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXVIII tura yekun vurulacaq. Boyukmillet.com xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk matçı Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edəcək. Meydan sahibləri 20 xalla 9-cu pillədə qərarlaşıb. “Köhlən atlar” 71 xalla liderdir. Tura Bakıda yekun vurulacaq. “Sabah” avrokuboklara iddialı “Qəbələ”ni qəbul edəcək. Paytaxt təmsilçisi 62 xalla 2-ci, qonaqlar 36 …
Read More »“Liverpul”un avtobusuna hücum olub, klub əməkdaşı xəsarət alıb
Kimliyi bəlli olmayan şəxslər “Liverpul”un “Mançester Siti” ilə oyunundan sonra “qırmızılar”ın avtobusuna hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb. Məlumata görə, mersisaydlıların oyundan sonra evə qayıtdığı avtobus hücuma məruz qalıb və zədələnib. Nəqliyyat vasitəsinin pəncərəsinə kərpic atıldığı, nəticədə məşqçilər korpusunun nümayəndələrindən birinin xəsarət aldığı bildirilir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. “Şəhərlilər” də kənarda qalmayıb …
Read More »“Qalatasaray”ın prezidenti Azərbaycana təşəkkür edib
Türkiyə “Qalatasaray”ının prezidenti Dursun Özbek “Qarabağ”la Bakıda keçirdikləri xeyriyyə oyunundan sonra Azərbaycana təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı funksionerin adından klubun rəsmi tviter hesabında təşəkkür məktubu paylaşılıb. “Qardaş ölkə Azərbaycanın seçilən komandası “Qarabağ”la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi …
Read More »Beynəlxalq arenada 100 və daha çox qol vuran futbolçuların siyahısı açıqlanıb
Beynəlxalq arenada 100 və daha çox qol vuran futbolçuların adları açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, son olaraq İngiltərə millisinin və “Tottenhem” klubunun hücumçusu Harri Keyn siyahıya düşüb. O, millidə 55, klubda isə avrokuboklarda 45 qolla yadda qalıb. Ümumilikdə 27 oyunçunun yer aldığı siyahıya Kriştianu Ronaldu başçılıq edir. Portuqaliyalı ulduz futbolçu UEFA və …
Read More »Fransa millisinin hücumçusu yeni rekorda imza atıb
Fransa millisinin futbolçusu Olivye Jiru yeni rekorda imza atıb. Boyukmillet.com xəbər verir ki, hücumçu buna İrlandiyaya səfərdə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə matçında nail olub. Təcrübəli forvard 2000-ci ildən Fransa yığmasında rəsmi görüşdə iştirak edən ən yaşlı oyunçu adına sahib çıxıb. Jiru bunu 36 yaş 178-ci günündə bacarıb. O, əfsanəvi müdafiəçi Lilian Tyuramı (36 yaş 164 gün) geridə …
Read More »Fatih Terim Türkiyə klubunu ala bilər
Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim “Bodrumspor” klubunu ala bilər. Boyukmillet.com xəbər verir ki, 70 yaşlı mütəxəssis artıq I Liqa təmsilçisi ilə danışıqlara başlayıb. “Trabzonspor”un yeni prezidenti Ertuğrul Doğan Terimi baş məşqçi postuna gətirmək istəsə də, bu gerçəkləşməyib. Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004, 2011-2013 və 2017-2021-ci illərdə “Qalatasaray”da, 1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə Türkiyə millisində …
Read More »Türkiyə Super Liqasını tərk edəcək klubların sayı bəlli olub
2022/2023 mövsümünün sonunda Türkiyə Super Liqasını tərk edəcək komandaların sayı bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. TFF “Hatayspor” və “Qaziantep”in zəlzələ səbəbindən çempionatda iştirakını dayandırdığı üçün dörd əvəzinə iki klubun 1-ci Liqaya düşəcəyini açıqlayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar