Cümə , 20 Fevral 2026

Futbol

“Neftçi” Azərbaycan çempionatında 11-ci qələbəsini qazanıb  

Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib. Boyukmillet.com xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan turun açılış oyununda “Neftçi” və “Gəncə” klubları üz-üzə gəliblər. Pley-off zonasında qərarlaşan “Neftçi” rəqibi üzərində 97:62 hesablı rahat qələbəyə sevinib. Bu, Bakı təmsilçisinin çempionatda 11-ci qələbəsi olub. Ən məhsuldar basketbolçular “Neftçi”dən DiAncelo Stüart (17 xal, 7 ribaund), “Gəncə”dən İrşad Hant (19 xal, 11 ribaund) …

Read More »

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 50-ci qolu vuraraq yeni rekorda imza atıb. Boyukmillet.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XX turun “Kəpəz”lə səfər matçına (2:1) təsadüf edib. Ağdam klubunun yubiley qolunun müəllifi Toral Bayramov olub. “Qarabağ” ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub. Bu, yarışın yeni rekordudur. Bölgə …

Read More »

“Qarabağ” Xankəndidəki oyun üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb

“Qarabağ” Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final oyunu üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb. Boyukmillet.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, MOİK-lə qarşılaşmaya özəl hazırlanmış məhdud sayda sertifikatlı formalar fanşopda satışdadır. İşğaldan azad olunduqdan sonra Xankəndi şəhər stadionunda təşkil olunan tarixi qarşılaşmanın əzəmətini və qürurunu özündə əks etdirən 100 ədəd özəl qablaşdırmalı və sertifikatlı futbol …

Read More »

I Liqada dava düşmüş oyunla bağlı qərarlar verilib

AFFA İntizam Komitəsi I Liqanın XII turunda keçirilmiş “Karvan” – “Zaqatala” oyununda yaşananlarla bağlı qərar verib. Boyukmillet.com xəbər verir ki, Yevlax təmsilçisinin futbolçusu Amil Orucov 86-cı dəqiqədə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün ikisi şərti olmaqla üç oyunluq cəzalanıb. “Karvan” 200 manat ödəyəcək. 90-cı dəqiqədə meydan sahiblərinin digər oyunçusu Ruslan Voronsov təcavüzkar davranış (rəqibi təpiklə …

Read More »

Bu gün Azərbaycan Premyer Liqasında ilin son oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq. Boyukmillet.com-un məlumatına görə, ilk olaraq ötən gündən təxirə salınmış “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu reallaşacaq. Matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb, görüş dayandırılarkən isə “Turan Tovuz” hesabda 2:1 öndə olub. Saat 12:00-da başlanacaq qarşılaşma 81-ci dəqiqədən davam edəcək. Meydan sahibləri hazırda 19 xalla 8-ci, Naxçıvan təmsilçisi …

Read More »

MOİK-in baş məşqçisi: “Tarixi torpaqlarımızda oyunun keçirilməsinə görə Ali Baş Komandanımıza, Ordumuza minnətdarlığımızı bildiririk”

“Oyunun tarixi torpaqlarımızda keçirilməsinə görə Ali Baş Komandanımıza, Ordumuza minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün buradayıq”. Boyukmillet.com-un məlumatına görə, bunu MOİK-in baş məşqçisi Qəzənfər Abbasov Xankəndidə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis meydanda əllərindən gələni etdiklərini bildirib: “Rəqibin gücü hər kəsə bəllidir. Onları təbrik edirəm. Qurban …

Read More »

Azərbaycan Kuboku: azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri Xankəndiyə çatıblar

“Qarabağ” və MOİK arasında keçiriləcək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununa gedən azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri və jurnalislər Xankəndiyə çatıblar. Boyukmillet.com xəbər verir ki, Bakıdan çıxan avtobuslar 6 saat yol qət ediblər. Qeyd edək ki, qarşılaşma saat 14:00-da başlayacaq. Bu matçın qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək. Xankəndidəki görüş 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu olacaq.

Read More »

“Qarabağ” – MOİK oyununun hakim təyinatları açıqlanıb

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununun təyinatları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Xankəndi şəhər stadionunda keçiriləcək qarşılaşmanı Əli Əliyev idarə edəcək. Bu gün baş tutacaq görüşə saat 14:00-da start veriləcək. 14:00. “Qarabağ” – MOİK Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu VAR: Cavid Cəlilov AVAR: Kamran Bayramov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Emin Cəfərov

Read More »

Bu gün “Qarabağ” “Neftçi”ni qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turuna yekun vurulacaq. Boyukmillet.com xəbər verir ki, turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq: saat 20:00-da “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Bu, iki komanda arasında ölkə çempionatları çərçivəsində 93-cü qarşılaşma olacaq. Əvvəlki 92 matçda “köhlən atlar” böyük üstünlüyə malikdir. 38 qələbəsi olan Ağdam təmsilçisi 31 dəfə heç-heçə edib. 23 görüşdən xalsız ayrılmış …

Read More »

“Qarabağ” 10-cu dəfə qış çempionu olmaqla yeni rekorda imza atıb

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qış çempionu bəlli olub. Boyukmillet.com xəbər verir ki, buna XVII turun “Turan Tovuz” – “Zirə” matçının (1:0) nəticəsi səbəb olub. Bakı klubunun məğlubiyyətindən sonra “Qarabağ”ın qış fasiləsinə birinci yerdə yollanacağı dəqiqləşib. 35 xalı olan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ikinci sırada qərarlaşan “Zirə”ni 6 xal qabaqlayır. “Qarabağ” tarixində 10-cu dəfə yeni ili lider kimi …

Read More »