Cümə axşamı , 19 Fevral 2026

Futbol

Premyer Liqa: “Qarabağ” “Sabah”ın qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək. Boyukmillet.com xəbər verir ki, günün yeganə matçında “Qarabağ” “Sabah”ın qonağı olacaq. “Bank Respublika Arena”da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq. Meydan sahibləri 16 xalla 7-ci pillədə qərarlaşıblar. Ağdam təmsilçisi isə 26 xalla ikincidir. Azərbaycan Premyer Liqası XIV tur 20:00. “Sabah” – “Qarabağ”Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.Hakim-inspektor: …

Read More »

AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək. Boyukmillet.com xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektivdə Belçika yığmasının qonağı olacaq. “Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada …

Read More »

Paolo Maldini İngiltərə nəhəngində çalışacaq

Əfsanəvi italiyalı futbolçu Paolo Maldini İngiltərə nəhəngi “Mançester Yunayted”də çalışacaq. Boyukmillet.com xəbər verir ki, 55 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisinin idman direktoru vəzifəsini icra edəcək. Rəhbər heyətdə ciddi dəyişikliklər etməyi planlaşdıran “qırmızı şeytanlar” Maldini ilə hərtərəfli razılığa gəlib. O, 4 il texniki direktoru olduğu “Milan”dan bu ilin iyununda ayrılıb. Maldini həm də ABŞ-ın “Mayami” klubunun sahibidir. Qeyd edək ki, Paolo …

Read More »

“Araz-Naxçıvan”ın futbolçusu köhnə zədəsini yeniləyib

“Araz-Naxçıvan” klubunun futbolçusu İsmail Azzaui növbəti dəfə sıradan çıxıb. Naxçıvan təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi köhnə zədəsini yeniləyib. Belçikalı futbolçu hazırda fərdi məşqlər edir. O, üç gündən sonra komanda ilə hazırlığa qoşula biləcək. Qeyd edək ki, “Araz-Naxçıvan” noyabrın 26-da Premyer Liqanın XIV turunda “Neftçi”nin qonağı olacaq.

Read More »

“Milan”ın futbolçusu qeyri-qanuni mərc oynamaqda ittiham edilir

İtaliyanın “Milan” klubunun futbolçusu Alessandro Florentsi qeyri-qanuni mərc oynamaqda ittiham olunur. Boyukmillet.com xəbər verir ki, Turin prokurorluğu 32 yaşlı müdafiəçini şübhəli şəxs qismində reyestrə daxil edib və hazırda araşdırma aparılır. İtaliyalı oyunçu diskvalifikasiya ilə üzləşə bilər. Daha əvvəl İngiltərənin “Nyukasl” komandasında çıxış edən Sandro Tonali oxşar ittihama görə artıq cəzalandırılıb. O, qarşıdakı Avropa çempionatı da daxil olmaqla, 12 ay futbol …

Read More »

İsveç millisinin Bakıdakı açıq məşqinin vaxtı müəyyənləşib

Bakıda AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç oyunundan əvvəl mətbuat konftanslarının vaxtı bəlli olub. Boyukmillet.com xəbər verir ki, saat 14:45-də matçın reallaşacağı Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların açıq məşqi, saat 16:00-da baş məşqçi Yanne Anderssonun mətbuat konfransı olacaq. Saat 18:00-da isə “Dalğa Arena”da Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi jurnalistlər önünə çıxacaq. Yarım saat sonra yığmanın açıq …

Read More »

Almaniyadakı futbol matçında 32 nəfər iğtişaşlara görə xəsarət alıb

“Sankt-Pauli” və “Hannover 96” komandaları arasında Hamburqda keçirilmiş Almaniya II Bundesliqasının XIII tur oyununda iğtişaşlar baş verib. Boyukmillet.com xəbər verir ki, nəticədə 32 nəfər xəsarət alıb. Onlardan 17-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. İğtişaşlar “Hannover 96” azarkeşləri üçün ayrılmış sektorda başlayıb. Bu, qonaq fanatlarla təhlükəsizlik əməkdaşları arasında toqquşmaya çevrilib. Matç bir neçə dəqiqəlik dayansa da, sonradan bərpa olunub. Qarşılaşmadan sonra tərəfdarlar Hamburq …

Read More »

Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi: “Qazaxıstanla oyuna qələbə üçün çıxacağıq”

“Rəqib də, biz də güclüyük. Meydana qələbə üçün çıxacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib. Mütəxəssis finala gedən yolda qalibiyyətə ümid etdiklərini bildirib: “Mən hər zaman komandama inanıram. Amma oyunun yaxşı alınmasından çox şey …

Read More »

Azərbaycan Minifutbol Federasiyasının baş katibi: “Məqsədimiz dünya çempionu olmaqdır”

“Mundialda debüt etsək də, məqsədimiz dünya çempionu olmaqdır” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov yığmanın Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq dünya çempionatında iştirakı ilə bağlı jurnalistlərə açıqlamasında deyib. Funksioner yarışa Avropa çempionu qismində gedəcəklərini bildirib: “Hədəfimiz daşıdığımız statusa uyğundur. Çempionluğa namizədlərdən hesab edilirik. Bunu doğrultmağa çalışacağıq. Komandamıza da inanırıq”. Hüseynov baş məşqçi Elşad Quliyevin oyunçu …

Read More »

Azərbaycan Premyer Liqasında X tura Qəbələdə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq. Boyukmillet.com xəbər verir ki, son matçda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 16:30-da start götürəcək. “Qırmızı-qaralar” 7 xalla 9-cu, Naxçıvan təmsilçisi 14 xalla 5-ci pillədə qərarlaşıb. 16:30. “Qəbələ”– “Araz-Naxçıvan”Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli ƏliyevHakim-inspektor: Orxan MəmmədovAFFA nümayəndəsi: Azər ƏsgərovQəbələ şəhər stadionu Qeyd edək …

Read More »