Şənbə , 21 Sentyabr 2024

Hərbi

Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Read More »

Heydər Əliyevin 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə” həsr olunmuş fakültənin Tələbə Elmi Cəmiyyətinin V elmi-praktik konfransı keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, konfransda Tibb İdarəsinin və Hərbi Tibb Fakültəsinin tibb xidməti zabitləri, Milli Müdafiə Universitetinin, Azərbaycan Tibb Universitetinin müəllim-professor heyəti, tələbə və kursantlar iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin …

Read More »

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar aprelin 10-dan 24-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən …

Read More »

Zakir Həsənov azad edilmiş ərazilərə gedib, yeni istifadəyə verilən hərbi obyektlərə baxış keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən hərbi obyektlərə baxış keçirib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri ilk olaraq yeni istifadəyə verilmiş texniki-təmir məntəqəsində görülən işlərlə tanış olub. Məruzə edilib ki, texniki-təmir məntəqəsində avtomobil, zirehli texnika, eləcə də raket-artileriya silahlarının cari və orta təmirinin aparılması üçün bütün imkanlar yaradılıb. …

Read More »

Zakir Həsənov Komando Dağ Təlim Mərkəzini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə aprelin 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komando Dağ Təlim Mərkəzini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri mərkəzdə Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdiyi “Komando başlanğıc kursu”nun gedişatı ilə tanış olub. Məruzə …

Read More »

Türkiyə MN: “İndiyədək Azərbaycana 20 MEMATT minatəmizləyən maşın təhvil vermişik”

“Bu günə qədər Azərbaycana Türkiyənin istehsalı olan 20 MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) minatəmizləyən maşın təhvil vermişik”. Bunu “Report”un Cəbrayıla ezam olunmuş əməkdaşına Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Yasin Arslan deyib. Onun sözlərinə görə, “MEMATT” minatəmizləyən texnikası 500 metr məsafədən idarə olunur: “Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr …

Read More »

Azərbaycan Ordusunun Naxçıvandakı birləşmələrinə həyəcan siqnalı verilib

“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü tədris ilinə hazırlıq planı”na uyğun olaraq tabelikdə olan birləşmə və hissələrlə ərazidə komanda-qərargah təlimi keçirilib. Əlahiddə Ümumqoşun Ordunun Mətbuat Xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, təlimin ilkin mərhələsində birləşmə, hissə və bölmələrin təlim döyüş həyəcan siqnalı ilə qaldırılaraq döyüş təyinatı rayonlarına çıxarılması və döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər yerinə yetirilib. Döyüş təyinatı rayonlarında …

Read More »

Azərbaycan Ordusunda döyüş maşınları ilə praktiki çalışmalar yerinə yetirilib, şərti düşmən hədəfləri məhv edilib

Quru Qoşunlarının 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Heyətlər tərəfindən döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Çalışmalarda əsas diqqət hərbi qulluqçuların bilik …

Read More »

Hərbi Dəniz Qüvvələrində reyd toplantısı keçirilib

Təsdiq olunmuş hazırlıq planına əsasən, Xəzər Dənizinin Azərbaycan Respublikasına məxsus hissəsində Hərbi Dəniz Qüvvələri gəmilərinin iştirakı ilə reyd toplantısı keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, toplantının keçirilməsində əsas məqsəd reyd xidmətinin təşkili, dəniz vərdişlərinin təkmilləşdirilməsi, eləcə də gəmi ekipajları arasında uzlaşmanın təmin edilməsi olub.

Read More »