Cümə , 17 May 2024

Hərbi

Tovuz, Naxçıvan, Kəlbəcər, Şuşa və Xocavənd istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan …

Read More »

Müdafiə Nazirliyi: “Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək”

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Boyukmillet.com xəbər verir ki, döyüş sursatlarının utilizasiya prosesi 25.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. “Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə …

Read More »

Azərbaycan Ordusunun polkovnik-leytenantı qəflətən vəfat edib

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyir. Allah rəhmət eləsin!

Read More »

Müdafiə Nazirliyi “Dəniz komando təməl kursu”na qəbul elan edir

Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Dəniz komando təməl kursu”na könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər cari ilin fevral ayının 20-dən mart ayının 25-dək müvafiq sənədlərlə birlikdə HDQ-nin qərargahında fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. “Dəniz komando təməl kursu”na qəbul olunmaq üçün …

Read More »

Zakir Həsənov azad edilmiş ərazilərə gedib, aparılan tikinti işləri ilə tanış olub

Müdafiə naziri Zakir Həsənov azad edilmiş ərazilərdə aparılan tikinti işləri ilə tanış olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir hərbi infrastrukturun yaradılması, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər …

Read More »

Daha bir qazimiz Vətənə qayıdıb

Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanan qazimiz Ağayev Elsevər Sarvan oğlu Türkiyədəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb. “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Read More »

Hərbi qulluqçumuz Türkiyədə kursu birinciliklə bitirib

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu kapitan Yaqubov Tural Ağaəli oğlu Türkiyə Respublikasında təşkil olunan kursu birinciliklə bitirib. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Hava Tədris Komandanlığının məktəblərindən birində keçirilən ingilis dili kursunda Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Ukrayna və Mavritaniyadan olan hərbi qulluqçular iştirak ediblər. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Read More »

Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbulu qaydaları açıqlanıb

Müdafiə Nazirliyinin hərbi liseylərinə 2023/2024-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq 2 il müəyyən edilib. Bu il ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları qəbul edilirlər. Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində …

Read More »

ATU-nun Hərbi Tibb Fakültəsinə qəbul qaydaları açıqlanıb

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb və Hərbi feldşer işi ixtisasları üzrə 2023/2024-cü tədris ili üçün qəbul qaydaları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq 6 il müəyyən edilib. Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından hərbi xidmətə yararlı qərarı ilə …

Read More »