Şənbə , 6 Dekabr 2025

hadisə

Tovuzda mağazada pirotexniki vasitələr və aksiz markası olmayan tütün məmulatları aşkarlanıb

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı pirotexniki maddələrin gizli şəkildə satışı ilə məşğul olan rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr və aksiz markaları ilə markalanmamış siqaret qutuları aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Read More »

Ötən gün vətəndaşlardan 1 avtomat, 2 tapança, 10 tüfəng götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 avtomat, 2 tapança, 10 tüfəng təhvil götürüb. Boyukmillet.com xəbər verir ki, 23-24 dekabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 2 ədəd tapança və 10 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Read More »

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb 

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, rayon ərazisində 1978-ci il təvəllüdlü Şahin Qasımovu avtomobil vurub. Piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Yardımlıda dərədən 18 kiloqram narkotik aşkarlanıb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 18 kiloqram narkotik vasitə və güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, əldə edilmiş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran şəhər sakini Xalid Hüseynov Yardımlı rayonu ərazisində saxlanılıb. Həmin şəxsin …

Read More »

Goranboyda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Goranboyda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xınnalı kəndindəki qəbiristanlıqdan ümumi dəyəri 450 manat olan dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini Araz Qədimov saxlanılıb. Maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilən A. Qədimov dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf …

Read More »

Salyanda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

Salyan rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. Belə ki, “Jiquli” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb. Qəza nəticəsində bir ailənin dörd üzvü – rayonun Sarvan kənd sakinləri, 1961-ci il təvəllüdlü Abışova Gülşən Davud qızı, 1988-ci il təvəllüdlü Abışova Xanım …

Read More »

Abşeron rayon sakini Sumqayıtda itkin düşüb

Abşeron rayon sakini Sumqayıt şəhərində itkin düşüb. Boyukmillet.com xəbər verir ki, Abşeron rayon sakini 1983-cü il təvəllüdlü Məmmədov Taryel Baba oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində itkin düşüb. Faktla bağlı polisə məlumat verilib

Read More »

Şamaxıda polis əməkdaşı qohumunu güllələyərək öldürüb, daha sonra intihara cəhd edib

Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib. DİN-in mətbuat xidmətindən  bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır.

Read More »

Bakıda bank kartlarından 20 min manat oğurlayan şəxs saxlanılıb

Dekabrın 10-da və 19-da Bakı şəhər sakini olan bir nəfərin bank kartlarından hesablarındakı 20.000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.

Read More »

Azərbaycanda “İlin vəkili” nominasiyası təsis edilib

Vəkillər Kollegiyasında (ARVK) “İlin vəkili” nominasiyası təsis edilib. Bu barədə “Report”a qurumdan məlumat verilib. Bildirilib ki, bu il dekabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. VKİ sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. İclas gündəliyinə uyğun olaraq, “Azərbaycan vəkili” jurnalının yeni formatda buraxılışa verilməsi məsələsinə baxılıb və müsbət qərar qəbul edilib. Diqqətə çatdırılıb ki, baş redaktoru …

Read More »