Bazar ertəsi , 18 Noyabr 2024

İdman

Azərbaycan məktəbliləri Serbiyada 20 medal qazanıb

Serbiyanın paytaxtı Belqradda Dünya Məktəblilərinin İdman Oyunlarına yekun vurulub. Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın karate, cüdo və taekvondoçu məktəblilərinin ardınca, güləşçi yeniyetmələri də medallar qazanıb. Sərbəst güləş yarışlarında məktəblilər 8 medal əldə edib. Onlardan Sadiq Hüseynov (44 kq) və Camal Abbasov (52 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Elton Məmmədov (38 kq), Elgün …

Read More »

Nəriman Abbasov Həbib Nurməhəmmədova məxsus klubun rəhbəri ilə döyüşəcək

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşacaq. Bu barədə  27 yaşlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov məlumat verib. Onun sözlərinə görə, görüş sentyabrın 17-də Rusiyanın paytaxtı Moskvada Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində keçiriləcək. Ş.Abbasov bildirib ki, bu, Zavurovun vida …

Read More »

Azərbaycan Premyer Liqasında III turun iki oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək. Boyukmillet.com-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Tur “Sabah” – “Qəbələ” matçı ilə başlayacaq. Əyalət təmsilçisi 4 xalla 2-4-cü yerləri bölüşdürür. Hər iki görüşdə uduzan paytaxt klubu isə sonuncu – 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 11 dəfə üz-üzə gəliblər. Bunların 5-də “Sabah”, 4-də isə qonaqlar …

Read More »

İlqar Rəhimov: “Vətən müharibəsindəki zəfər paralimpiyaçıların çıxışına təsir etdi”

“Bizim komandamız çox güclüdür. Yarışdan əvvəl də bunu demişdim. Hətta proqnoz verəndə bildirdim ki, Tokioya yollanan komanda əvvəlki heyətlərdən daha yaxşıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Tokio-2020 Yay Paralimpiya Oyunlarındakı nəticələrlə bağlı jurnalistlərə açıqlamasında deyib. O, komandadakı hər idmançının nəyə qadir olduğunu bildiklərini söyləyib: “Bu məlumatlar bizə əsas verir ki, düzgün …

Read More »

Azərbaycanlı paralimpiya çempionu: “Bayrağımızı yüksəklərdə dalğalandırdım”

“Qızıl medal qazandığım üçün şadam. Bayrağımızı yüksəklərdə dalğalandırdım”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal əldə edən Azərbaycanın para-üzgüçüsü Vəli İsrafilov Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib. 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyan idmançı medalını Qarabağ əlillərinə və şəhidlərə həsr etdiyini bildirib: “Valideynlərimə, məşqçilərimə təşəkkür edirəm. Prezident İlham Əliyevə …

Read More »

MDB Oyunları: Azərbaycan idmançıları daha 3 növ üzrə mübarizəyə başlayır

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün Azərbaycan təmsilçiləri 3 növdə mübarizə aparacaqlar. Boyukmillet.com xəbər verir ki, kəmər güləşində təsnifat və medal görüşləri keçiriləcək. Bu növdə kişilərdən Nahid Vəliyev (57 kq) və Məhərrəm Eyvazov (68 kq), qadınlardan isə Sənubər Nəbiyeva (66 kq) və Aytəkin Paşazadə (76 kq) çıxış edəcək. Eyni zamanda tayboks növündə Musa Nuruzadə (57 kq) və …

Read More »

Tokio-2020: Azərbaycan paralimpiyaçıları 14-cü qızıl medalı qazanıb

Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb. Boyukmillet.com para-atlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub. O, həmçinin paralimpiya rekordunu da qırıb. Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib. Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 …

Read More »

Tokio-2020: Bu gün Azərbaycanın daha 6 paralimpiyaçısı mübarizə aparacaq

Bu gün Azərbaycanın daha 6 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq. Boyukmillet.com xəbər verir ki, onların 1-i güllə atıcısı, 2-si parataekvondoçu, 3-ü isə para-atletdir. Yelena Taranova Bakı vaxtı ilə saat 03:45-də 25 metr məsafəyə güllə atma yarışında qüvvəsini sınayacaq. Taekvondoçulardan 49 kq-da çıxış edən Röyalə Fətəliyeva 1/8 finalda tailandlı Kvansuda Puankitça ilə, 61 kq çəki dərəcəsində yer alan İmaməddin …

Read More »

DÇ-2022: Azərbaycan millisi Lüksemburqla qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Boyukmillet.com xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq. Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək. Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. …

Read More »

Azərbaycanın para-atletləri Tokio-2020-də finala vəsiqə qazanıb

Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Yelena Çebanu Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb. Bu barədə Boyukmillet.com  Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir. Məlumata görə, Yelena Çebanu (T13) 100 metr kateqoriyasında 12:16 saniyəlik nəticə göstərərək, final mərhələsinə vəsiqə qazanıb. Atletika idman növü üzrə təmsilçisi Yuliya Yanovskaya da (T13) 100 metr kateqoriyasında 12:41 saniyəlik nəticə göstərərək final mərhələsinə …

Read More »