Cümə , 17 Yanvar 2025

İdman

Azar oyundan razı, nəticədən narazıdır

“Real”ın futbolçusu Eden Azar La Liqanın 24-cü turunda “Selta” ilə keçirdikləri matç (2:2) haqda danışıb. Boyukmillet.com -un məlumatına görə, Belçika yığmasının üzvü komandasının sərgilədiyi oyundan razı qalıb. Bununla belə, Azar nəticədən narazı qaldığını da vurğulayıb: “Zədədən qayıtdıqdan sonra durumum yaxşıdır. Düzdür, ilk 10 dəqiqədə özümü bir qədər yorğun hiss etdim. Amma sonra vəziyyət düzəldi və normal şəkildə oynadım. “Real” bu görüşdə …

Read More »

Gürcüstan komandaları Azərbaycan çempionatına qoşuldu

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçiriləcəyi yer müəyyənləşib.  Boyukmillet.com -un məlumatına görə, fevralın 18-dən həm Super Liqada, həm də Yüksək Liqada ardıcıl 4 gün qarşılaşmalar təşkil olunacaq. Buna Gürcüstan komandalarının Bakıya gəlməsi səbəb olub. Bu gün paytaxta gələn qonşu ölkə təmsilçiləri sabahdan çempionatda mübarizəyə başlayacaqlar. Oyunlara iki arena – Dərnəgül Voleybol Mərkəzi və …

Read More »

Avropa çempionatı: Bu gün son 5 güləşçimiz mübarizəyə qoşulur

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatının 6-cı yarış günündə son 5 çəki dərəcəsində mübarizəyə start veriləcək.  Boyukmillet.com-un məlumatına görə, bu gün sərbəst güləşçilər 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq çəkilərdə qüvvələrini sınayacaqlar. Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq.  Mübarizəyə 1/4 finaldan başlayacaq İntiqam Vəzirzadənin (61 kq) ilk rəqibi Hamza Alaca (Türkiyə) olacaq. 74 kq-da Hacımurad Hacıyev təsnifat mərhələsində …

Read More »

İngiltərə futboluna ağır zərbə – “Mançester Siti” Avropadan qovuldu

“Mançester Siti” iki il müddətinə Çempionlar Liqasından kənarlaşdırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, UEFA “şəhərlilər”lə bağlı maliyyə fırıldaqçılığını təsdiqləyib. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Premyer Liqa təmsilçisi iki il ərzində Avropa yarışlarında iştirakdan məhrum edilib və 30 milyon avro məbləğində cərimələnib. Beləliklə, “Mançester Siti” 2020-21 və 2021-22 mövsümlərində Çempionlar Liqası və Avropa Liqasında oynamayacaq. Qeyd edək ki, “Mançester Siti”nin …

Read More »

Azərbaycanlı voleybolçu Macarıstan Kubokunun qalibi oldu – FOTOLAR

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan Kubokunun qalibi olub. Boyukmillet.com-un məlumatına görə, ölkənin “Vaşaş” klubunda oynayan 27 yaşlı idmançı finalda “Nyiregyhaza” ilə görüşdə iştirak edib. Qarşılaşma Abduləzimovanın komandasının 3:1 (27:25, 25:17, 24:26, 28:26) hesablı qələbəsi ilə yekunlaşıb. 

Read More »

Millimiz Avropa çempionatında qrupda qaldı

Badminton üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Fransanın Lyeven şəhərində keçirilən Avropa çempionatında çıxışını başa vurub. Boyukmillet.com – un məlumatına görə, 5-ci qrupda yer alan yığma son turda Çexiya ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.  Qeyd edək ki, komanda qrup mərhələsində İslandiyaya 2:3, Almaniyaya isə 0:5 hesabı ilə uduzub. 

Read More »

“Mançester Yunayted” koronavirusa görə futbolçusunu məşqə buraxmadı

İngiltərənin “Mançester Yunayted” klubu transfer dönəmində Çinin “Şanxay Şenxua” komandasından heyətinə qatdığı futbolçu Odion İqalodan yararlana bilmir. Boyukmillet.com “Mirror”a istinadən xəbər verir ki, 31 yaşlı nigeriyalı hücumçu koronavirusa yoluxma ehtimalına görə kollektivdən ayrı düşüb. Klub rəhbərliyi iki həftəlik inkubasiya dövründən sonra problem çıxmayacağı təqdirdə, oyunçunun məşqlərə qatılmasına icazə verəcək. Qeyd edək ki, Çində koronavirusa görə bir sıra beynəlxalq idman yarışları …

Read More »

Abdullah Avcı Azərbaycan millisi ilə bağlı qərar verdi

Türkiyəli məşqçi Abdullah Avcı futbol üzrə Azərbaycan millisində işləmək niyyətində deyil. Boyukmillet.com “TRT Spor”a istinadən xəbər verir ki, AFFA 57 yaşlı mütəxəssisə təklif göndərsə də, tərəflər arasında görüş baş tutmayıb. Bildirilib ki, türkiyəli məşqçinin planlarına milli komandada işləmək daxil deyil. Onun Azərbaycan millisindən rəsmi təklif gələcəyi təqdirdə imtina edəcəyi də vurğulanıb. Qeyd edək ki, Abdullah Avcı son olaraq ölkəsinin “Beşiktaş” …

Read More »

Çeyz Keri: “Bakı bizim üçün ideal məkandır”

“2020-ci ildə “Formula 1″ üzrə dünya çempionatının daha coşqulu keçəcəyini gözləyirik”.  Boyukmillet.com-un məlumatına görə, bunu “Formula 1” Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri Bakı Konqres Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfransda çıxışında deyib.  O bildirib ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisinin bir çox faydaları var. Keri ölkəyə maddi qazanc, Azərbaycanın dünyaya tanıdılması və …

Read More »

Azərbaycanda “Formula 1” ilə əlaqədar 10 min iş yeri açılır

“Formula 1″ üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hər il ölkədə 10 min yeni iş yeri açılır”. Boyukmillet.com-un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Bakı Konqres Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfransda çıxışında deyib.  O bildirib ki, böyük tədbirlər zamanı ekoloji cəhətdən düzgün davranmaq lazımdır.  Qeyd edək ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi …

Read More »