“Buta Airways” aşağıbüdcəli aviaşirkəti sərnişinləri üçün Türkiyənin məşhur şəhərləri – İstanbul, İzmir və Ankara reyslərində yeni aksiyaya başlayıb. Martın 27-dən aprelin 18-dək bu şəhərlərə gediş-gəliş biletləri əldə edərkən hər bir sərnişinə çəkisi 23 kq-a qədər olan bir əlavə ödənişsiz baqaj yeri təqdim olunur. Bundan əlavə, “AZAL Miles” loyallıq proqramının iştirakçıları bu istiqamətlər üzrə hər uçuşa görə ikiqat mil qazanacaqlar. Aksiya …
Read More »Qarabağın bərpasında Belarus şirkətlərinin iştirakı müzakirə olunub
Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində Belarus şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Belarusun Baş nazirinin müavini, Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının həmsədri İqor Petrişenko ilə görüşündə bildirib. Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər …
Read More »Azərbaycanda sığortalanmayan çoxmənzilli binalarda mənzillərin satışı qadağan edilə bilər
Azərbaycanda sığortalanmayan çoxmənzilli binalarda mənzillərin satılması qadağan edilə bilər. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzədə qeyd edilib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa …
Read More »Rəşad Nəbiyev: “Yol qəzasında ölənlərin sayı dünyadakı orta göstəricidən çoxdur”
Azərbaycanda ötən il yol qəzaları nəticəsində 834 nəfər həyatını itirib ki, bu da əhalinin sayına nisbətdə həm MDB, həm də dünya üzrə orta göstəricidən çoxdur. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək “Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsinin açılış mərasimində bildirib. “Hər il dünyada 1 milyondan çox insan …
Read More »Şahmar Mövsümov: “Türkiyənin torpaq islahatarı ilə bağlı təcrübəsini Azərbaycanda tətbiq etmək istəyirik”
“Türkiyədə uğurlu torpaq islahatarı ilə tanış olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tətbiq etmək istəyirik”. Boyukmillet.com xəbər verir ki, Prezident Administrasiyasıının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, İqtisadi Şurasının üzvü Şahmar Mövsümov deyib. Ş. Mövsümov bildirib ki, səfərinin əsas məqsədi Türkiyədə aparılan torpaq islahatlarıyla tanış olmaq və bu sahədə təcrübələrini öyrənməkdir: “Bildiyinz kimi, işğaldan azad olunmuş torpaqlarımızda islahatların …
Read More »Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti (AZAL) Cahangir Əsgərov Qırğızıstanın baş nazirinin müavini Bakıt Torobayev görüşərək onunla mülki aviasiya sahəsində gələcək əməkdaşlığın məqsəd və vəzifələrini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, tərəflər əməkdaşlığın səmərəliliyinin artırılması ideyalarını nəzərdən keçirib, həmçinin ölkələr arasında hava əlaqələrinin açılması üçün müəyyən tədbirləri təyin edib. C.Əsgərov qeyd edib ki, aviasiya sahəsində səmərəli əməkdaşlıq ölkələr arasında qarşılıqlı münasibətləri …
Read More »Şuşada 70 min kubmetrlik sutoplayıcı bənd yaradılacaq
Hazırda Şuşada 25 min kubmetrlik sutoplayıcı bənd mövcuddur, gələcək layihələr çərçivəsində isə 70 min kubmetrlik su anbarının yaradılması nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin işğaldan azad olunmuş ərazilərindəki xidmət rəisi Oqtay Həziyev bildirib. “Şuşada yeni su mənbələri axtarılır. Hazırda şəhərə iki istiqamətdən gələn Zarıslı mənbəyi və Nəblər xətti mövcuddur. Bunlar da Kiçik Kirs dağının ətəyindən gəlir. …
Read More »Rəhman Hümmətov: “Beynəlxalq daşımalara dair icazənin ləğvi daşıyıcıların rəqabət qabiliyyətini artıracaq”
Dövlət Gömrük Komitəsinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində icazə blanklarının verilməsi səlahiyyətinin ləğvi yerli daşıyıcıların bazarda payının artmasına səbəb olacaq. Boyukmillet.com xəbər verir, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. O vurğulayıb ki, bu qərar yerli daşıyıcıları daha da təşviq edəcək: “Yerli avtomobil daşıyıcılarının rəqabət qabiliyyəti artacaq, maliyyə vəziyyəti yaxşılaşacaq, beynəlxalq …
Read More »Azərbaycan və Britaniya arasında Orta dəhlizlə bağlı müzakirələr aparılıb
Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Orta dəhliz layihəsini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld özünün “Twitter” hesabında yazıb. Görüşdə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld və Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov da iştirak edib. “Orta dəhliz layihəsinin təşəbbüsündə Azərbaycanın xüsusi …
Read More »Rəşad Nəbiyev: “Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 57 % artıb”
2023-cü ilin yanvar ayı ərzində Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 843 min ton olub, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 % çoxdur. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında yazıb. Nazir qeyd edib ki, bu ilin yanvar ayında daşınmış yüklərin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 306 min ton çoxdur: “Daşınan yüklərin 535 min tonu dəmir yolları, 308 min tonu avtomobil …
Read More »