Cümə axşamı , 9 May 2024

Milli Məclis

Milli Məclis şəhid jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Milli Məclis iyunun 4-də Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. Sədr bildirib ki, Kəlbəcərdəki hadisə ilə bağlı bütün parlamentlərarası işçi qruplarının rəhbərlərinə rəsmi məktub göndərilib: “Həmçinin, mənim tərəfimdən MDB PA təşkilatına və Avropa Şurası Parlament Assambleyası spikerlərinə məktublar ünvanlanıb”. …

Read More »

Deputat: “Azərbaycan pandemiya ilə mübarizədə ən fəal iştirak edən ölkələrdən biridir”

“Azərbaycan COVID-19 pandemiyası ilə bağlı mübarizə tədbirlərini ən uğurlu şəkildə təşkil edən ölkələrdən biridir. Bu gün koronavirusla mübarizə sahəsində əldə olunmuş nəticələr bu sahədəki fəaliyyətin düşünülmüş, riskləri nəzərə alan strategiya əsasında qurulduğunu söyləməyə əsas verir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov deyib. Deputat bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər bir tərəfdən pandemiyanın təsiri nəticəsində iqtisadiyyatın daha çox zərər …

Read More »

Əmək və sosial siyasət komitəsinin iclasında 7 məsələyə baxılıb

İyunun 2-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, komitənin sədri Musa Quliyev bildirib ki, iclasın gündəliyinə birinci oxunuşda müzakirəyə çıxarılan 7 məsələ daxil edilib. Bunlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə; “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə; Əmək Məcəlləsində, Mülki Məcəllədə, …

Read More »

Vətən müharibəsi qazisinin atasına Milli Məclisdə vəzifə verilib

Milli Məclis Aparatında şöbə müdirinin müavini vəzifəsinə təyin edilən şəxsin Vətən müharibəsi qazisinin atası olduğu məlum olub. Boyukmillet.com-un xəbərinə görə, Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin olunan Eldar İsmayıl oğlu Əsgərovun oğlu Sabir Əsgərov Vətən müharibəsi qazisidir. Qeyd edək ki, E.Əsgərov ötən ilin sentyabrında könüllü olaraq Vətən müharibəsinə yollanan igidlərimizdən biri olan Sabir Əsgərovun atasıdır. …

Read More »

Parlament Vətən Müharibəsi qəhrəmanlarına 46 gün məzuniyyət verilməsi barədə layihəni təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Read More »

Milli Məclisin iclası başlayıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. “Report”un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 18 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. “Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 3. “Dənizçinin şəxsiyyət sənədi haqqında …

Read More »

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub – SİYAHI

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bakı Apellyasiya Məhkəməsinə hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, sənəd parlamentə Azərbaycan Prezidentinin imzasıyla daxil olub. Sənədə əsasən, aşağıdakı şəxslərin Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb: 1. Həmidov Həmid Üzeyir oğlu 2. Hüseynov Azər Soltanhəmid oğlu 3. Tağızadə Mirzə Nəsib oğlu 4. Babayev Zəki Baba oğlu …

Read More »

Ali Məhkəməyə hakimlər təyin edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, sənəd parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub. Sənədə əsasən, aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb: 1. Dadaşov İlqar Ağababaş oğlu 2. Əhmədov Əhməd Abbas oğlu 3. Əliyev Ələsgər Əliabbas oğlu 4. Kərimov Fərhad Abdulkərim oğlu …

Read More »