Cümə axşamı , 9 May 2024

Milli Məclis

Milli Məclisin iclası başlayıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 8 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında. 2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Ailə …

Read More »

Sənədlərin notarial təsdiqinə görə rüsum dəyişdirildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilir. Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə təklif edilir …

Read More »

Milli Məclisin iclası başlayıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 22 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında. 2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” …

Read More »

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyasının fevralın 23-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, toplantının gündəliyə 22 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında. 2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında. …

Read More »

Parlament Prezidentin xüsusi nümayəndələri ilə bağlı layihəni təsdiqlədi

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Boyukmillet.com  xəbər verir ki, dəyişikliklə qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edilir. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Read More »

Azərbaycan parlamentinə yeni mətbuat katibi təyin edilib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Mehman Qayıbov təyinat alıb. O, bu təyinata qədər parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyib. Qeyd edək ki, daha əvvəl Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri …

Read More »

Milli Məclisə yeni şöbə müdiri təyin edilib – EKSKLÜZİV

Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri işdən çıxarılıb. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova müvafiq əmr imzalayıb. Əmrə əsasən, İlqar Fərzəliyev vəzifəsindən azad edilərək təqaüdə göndərilib. S.Qafarovanın digər əmri ilə isə Fərid Famil oğlu Hacıyev həmin şöbəyə müdir təyin edilib.

Read More »