Cümə axşamı , 2 Aprel 2026

Region

Paşinyan: Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya fayda gətirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya son dərəcə nəzərəçarpan faydalar gətirəcək. Boyukmillet.com xəbər verir ki, o, bunu “Fox news”a müsahibəsində bildirib. “Bu saziş həyata keçirildikdən sonra İran Fars körfəzindən Qara dənizə qədər dəmiryol infrastrukturuna çıxış əldə edəcək. Rusiya və İran arasında dəmir yolu əlaqəsinin qurulması mümkün olacaq”, – baş nazir …

Read More »

Ərdoğan 185 general və admiralı yeni vəzifəyə təyin edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 185 general və admirala yeni vəzifə verib. Boyukmillet.com xəbər verir ki, prezidentin bununla bağlı sərəncamı “Resmi Gazete”də yayımlanıb. Sərəncama əsasən, Quru Qoşunları Komandanlığında 119, Hərbi Dəniz Qüvvələri Komandanlığında 35, Hərbi Hava Qüvvələri Komandanlığında isə 31 general və admiralın vəzifələri dəyişib. Türkiyə Prezidentinin sərəncamı ilə ordu generalı Bəxtiyar Ersay Birinci Ordu Korpusuna komandir təyin olunub. Qeyd edək …

Read More »

Paşinyan Qırğızıstana getməkdən İMTİNA ETDİ – SƏBƏB

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Avrasiya Hökumətlərarası Şurasının avqustun 14-15-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək iclasında iştirak etməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib. Onun sözlərinə görə, Paşinyanın tədbirə qatılmamasının səbəbi onun avqustun 12-dən 15-dək məzuniyyətdə olmasıdır. İclasda Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək. Toplantıda Aİİ …

Read More »

Türkiyə XİN rəhbəri Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında danışıb. Türkiyə XİN başçısı vurğulayıb ki, Suriyada xalqın təhlükəsizliyi və azadlığı əsas prioritetdir: “Suriyadakı qardaşlarımızın məhz buna ehtiyacı var və əməkdaşlıq içində olduğumuz ölkələrlə birlikdə buna nail …

Read More »

Qırğızıstan-Özbəkistan sərhədindəki keçid məntəqəsi bağlanıb

Qırğızıstan və Özbəkistan sərhədindəki “Otukçu” keçid məntəqəsi müvəqqəti bağlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb. Bununla əlaqədar vətəndaşlar saat 07.00-dan 23.00-dək fəaliyyət göstərən “Apkan” sərhəd məntəqəsinə yönləndiriləcəklər. Keçid məntəqəsi güclü su axınları nəticəsində “Otukçu” və “Tul” keçid məntəqələri arasındakı körpünün dayaqlarının yuyulması ilə əlaqədar olaraq bağlanıb.

Read More »

Azərbaycan vətəndaşının da daxil olduğu 34 əcnəbi Gürcüstandan deportasiya olunub

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti nazirliyin digər müvafiq qurumları ilə birgə həyata keçirdiyi kompleks tədbirlər nəticəsində son günlər ərzində 34 əcnəbi ölkədən çıxarılıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Məlumata görə, deportasiya olunanlar arasında Azərbaycan vətəndaşı da var. Ümumilikdə isə Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşları deportasiya …

Read More »

Rusiyanın sənaye obyektləri dron hücumuna məruz qalıb, bir nəfər ölüb, yaralılar var

Rusiyanın Arzamas şəhərinə dron hücumu zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin “Telegram” kanalında bildirib. “Bu gecə Ukrayna PUA-ları Nijni Novqorod vilayətində iki sənaye zonasına hücum edib. Təəssüf ki, Arzamasda hücumu dəf edərkən insan tələfatı və zərərdən qaçmaq mümkün olmayıb. Bir əməkdaş yerindəcə ölüb, iki yaralı xəstəxanaya çatdırılıb”, …

Read More »

Ermənistanda Dövlət Gəlirləri Komitəsinin sabiq sədri saxlanılıb

Ermənistanda hüquq-mühafizə orqanları Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Vardan Arutyunyanı saxlayıblar. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb. O, qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda və çirkli pulların yuyulmasında ittiham olunur. Hazırda Antikorrupsiya Məhkəməsi Arutyunyanın həbsi ilə bağlı vəsatətə baxır. O, 2016-2018-ci illərdə vergi qurumuna rəhbərlik edib, bundan əvvəl “Qazprom Ermənistan”ın baş direktoru olub.

Read More »

Ermənistanda icmanın sabiq başçısı dövlətə 454 min dollar ziyan vurmaqda ittiham edilir

Ermənistanın Kotayk vilayətinin Ptqni icmasının sabiq başçısı Arakel Virabyan 2000-2021-ci illər arasında 22 torpaq sahəsinə qanunsuz sahib olmaqda və dövlətə 182 milyon dram (454 min dollar) məbləğində ziyan vurmaqda ittiham olunur. Boyukmillet.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb. O, xüsusilə böyük məbləğdə pulların yuyulması və əmlakın mənimsənilməsində ittiham olunur. Bundan əlavə, beş nəfərə qarşı …

Read More »

Ərdoğanın Ukraynaya səfərinə dair yayılan məlumat təkzib olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda Ukraynaya gedəcəyinə dair yayılan iddialar təkzib olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hələ ki, Ərdoğanın gündəliyində belə bir plan yoxdur: “Belə bir məsələ olarsa, xəbər veriləcək”. Qeyd edək ki, daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal …

Read More »