İran Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Əkbər Əhmədiana hökumətdə vəzifə veriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Bildirilib ki, hökumət strukturunda yeni müavin vəzifəsi yaradılacaq. İran Prezidenti Məsud Pezeşkianın fərmanına uyğun olaraq Əli Əkbər Əhmədian hökumətdə xüsusi missiyalar üzrə müavin vəzifəsini tutacaq. Qeyd edək ki, ötən gün İran parlamentinin keçmiş sədri, ali rəhbər ayətullah Seyid Əli Xaməneinin …
Read More »İranda hakimiyyətə qarşı çıxan dörd gənc barəsində edam hökmü çıxarılıb
İranın Sistan və Bəlucistan əyalətlərində dörd yerli sakin barəsində edam hökmü çıxarılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “İran İnternational” yayıb. Bildirilib ki, Məhəmməd Dərvişnaravi, Yasin Kabadani, Fərhad Baranzehi və İmran Ağa hakimiyyətə qarşı siyasi və “Ceyşül Ədl” silahlı qruplaşması tərkibində mübarizə aparmaqda təqsirli bilinərək barələrində ölüm hökmü çıxarılıb. Məlumata görə, onlar 22-24 yaşlarındadır və işgəncəyə məruz qaldıqlarını etiraf ediblər. Vurğulanıb ki, …
Read More »KİV: ABŞ Türkiyənin icazəsi olmadan Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirə bilməz
ABŞ Montrö Konvensiyasına uyğun olaraq, Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirmək üçün Türkiyədən icazə almalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Türkiye” qəzeti beynəlxalq hüquq üzrə ekspertlərə istinadən yazıb. ABŞ Prezidenti Donald Tramp avqustun 1-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin aqressiv bəyanatlarından sonra iki nüvə sualtı qayığının müvafiq bölgələrə göndərilməsi barədə göstəriş verdiyini bildirib. Sonra o, …
Read More »Rusiya ordusu Donetskdə Çasov Yar şəhərini ələ keçirib
Rusiya ordusu Ukraynanın Donetsk vilayətində Çasov Yar şəhərini ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ukrayna tərəfi hələlik bu məlumatı təsdiqləməyib.
Read More »Ermənistana qarşı 1,5 milyard dollar məbləğində 4 iddia qaldırılıb
Hazırda Ermənistana qarşı 4 iddia arbitraj məhkəmələrindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli KİV-ləri Ermənistan hökumətinə istinadən məlumat yayıb. Söhbət, xüsusilə, “Walnort Finance Limited” (Zəngəzur mis-molibden kombinatının səhmdarı), “Amulsar Investor Ventures LLC” (“Lydian International”ın səhmdarı), “Sanitek S.a.r.l.”, “Sari Haddad” və “Elias Doumet” (İrəvanda zibil yığımı üzrə keçmiş operator) və “Air Arabia” (aviadaşıyıcı və “FlyArna” şirkətinin həmtəsisçisi) şirkətlərinin iddialarından gedir. …
Read More »Türkiyədəki meşə yanğınlarında 66-sı yaşayış evi olmaqla, ümumilikdə 132 obyekt zərər görüb
Türkiyədəki meşə yanğınlarında 7 şəhər üzrə 66-sı yaşayış evi olmaqla, ümumilikdə 132 obyekt zərər görüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum “X” sosial media hesabında məlumat verib. Nazirin sözlərinə görə, meşə yanğınlarının nəzarət altına alındığı ərazilərdə zərərin qiymətləndirilməsi işləri davam edir.
Read More »Qazaxıstan və Türkiyə əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə rəsmi səfəri zamanı birgə investisiya layihələri ilə bağlı bir sıra kommersiya sazişləri imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kazakh İnvest”in mətbuat xidməti məlumat yayıb. “İmzalanmış layihələrin ümumi investisiya həcmi 490 milyon ABŞ dollarından çoxdur. Bu təşəbbüslər kənd təsərrüfatını, əczaçılıq istehsalını və logistikanı əhatə edir ki, bu da Qazaxıstan-Türkiyə investisiya tərəfdaşlığının müxtəlifliyini və dərinliyini vurğulayır”, …
Read More »Türkiyədə yanğını söndürməyə gedən su maşını dərəyə aşıb, üç nəfər ölüb
Türkiyənin Bursa vilayətində Gürsü və Kestel rayonları arasındakı ərazidə ölümlə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, Bolu vilayətindən meşə yanğınını söndürməyə gedən su maşını dərəyə yuvarlanıb. Faciə nəticəsində 3 nəfər həlak olub. Məlumata görə, su maşını naməlum səbəbdən dərəyə yuvarlanıb. Sürücü hadisə yerində həlak olub, maşında olan digər iki nəfər ağır yaralanıb və xəstəxanaya …
Read More »Tiflisdə GƏRGİN ANLAR: Rusiya bayrağı yandırıldı, idmançılar təhqir olundu – VİDEO
Tiflisdə keçirilən qılıncoynatma üzrə dünya çempionatında iştirak etmək üçün Gürcüstana gələn rusiyalı idmançılar insidentlə üzləşiblər. Boyukmillet.com xəbər verir ki, yerli fəallar idmançıların yerləşdiyi hotelin qarşısında təxribat törədiblər. Onlar fişənglər yandıraraq səs-küy salıblar, rusiyalı idmançıları təhqir ediblər və üzərində “Bu gün atəşfəşanlıqdır, sabah isə Qradlar olacaq” yazılmış plakat açıblar. Digər bir fəal qrupu isə Rusiya bayrağını yandıraraq tapdalayıb. Hadisə sosial şəbəkələrdə və mediada …
Read More »Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: Paşinyan sözündən dönmür
Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşir. Yerli müşahidəçilərin fikrincə, baş nazir Nikol Paşinyan Apostol kilsəsinin rəhbəri, katolikosu vəzifədən kənarlaşdırmaq planından imtina etmək fikrində deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə “Alpha News” portalının baş redaktoru Tiqran Koçaryan “RT” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Paşinyan kilsənin idarəetmə nizamnaməsini dəyişdirməyi, sənədin müasir erməni dilində və sadələşdirilmiş şəkildə yenidən yazılmasını təklif edib. “Bundan əlavə, Paşinyan bu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar