Cümə axşamı , 2 Aprel 2026

Region

Ermənistanda keçmiş deputat hakimiyyətin devrilməsinə açıq çağırışlara görə həbs edilib

Ermənistan parlamentinin keçmiş deputatı, müxalifət olan Ruben Akopyan “hakimiyyətin devrilməsinə açıq çağırışlar” ittihamı ilə həbs edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan KİV yayıb. Bildirilib ki, uyğun qərar iyulun 19-da İrəvanın ümumi məhkəməsi tərəfindən qəbul edilib. Qeyd edək ki, iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi, rusiyalı erməni milyader …

Read More »

İranın dörd şəhərində son 24 saatda 51 dərəcə istilik qeydə alınıb

İranın dörd şəhəri son 24 saat ərzində dünyanın ən isti yeri kimi tanınıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, son 24 saat ərzində İranın cənubundakı Abadan, Omidiye, Əhvaz və Dezful şəhərləri dünyanın ən isti şəhərləri sırasına daxil olub. Məlumata görə, dünyanın ən isti 15 şəhərinin reytinqini təqdim edən hesabatda temperaturun müsbət 51 dərəcəyə qədər olan yerlər …

Read More »

Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb

Türkiyədə son iki həftə ərzində İŞİD-in üzvü ehtimal olunan 153 nəfər saxlanılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, şübhəlilər ölkənin 28 vilayətində, o cümlədən İstanbul, İzmir, Antalya və Bursa kimi böyük şəhərlərdə genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində saxlanılıblar. “Saxlanılanlar İŞİD-in fəaliyyətində iştirak etməkdə, onunla əlaqəli saxta humanitar qurumları maliyyələşdirməkdə və …

Read More »

Rusiyada 30 il axtarışda olan erməni qadın İrəvan aeroportunda saxlanılıb

İrəvanın “Zvartnots” hava limanında polis əməkdaşları Rusiyada 30 ildir axtarışda olan bir qadını saxlayıblar. Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Dələduzluqda ittiham olunan 53 yaşlı Armavir şəhər sakini 1997-ci ildən axtarışda idi. Qeyd olunub ki, o, İstanbuldan həyata keçirilən reyslə İrəvana gəlib.

Read More »

Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib. Boyukmillet.com-un erməni KİV-lərinə istinadən məlumatına görə, o bu barədə mətbuat konfransında bildirib. “Bəli, 2022-ci ildə mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu tanıdım. Bu qərar xeyli əvvəl qəbul edilməli idi”, – N.Paşinyan qeyd edib. Baş nazirin sözlərinə görə, o, başa düşüb ki, Ermənistan qonşularının …

Read More »

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğluna qarşı cinayət işi açılıb

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.  Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib. “Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib”, – agentliyin həmsöhbəti bildirib. Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib. Daha əvvəl güc strukturlarında bildirmişdilər …

Read More »

Mahaçqalada rusiyalı MMA döyüşçüsü güllələnib

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib. Boyukmillet.com bu barədə “Mash” teleqram kanalına istinadən xəbər verir. Atışma Mahaçqalanın Daniyalov küçəsində baş verib. Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum maskalı şəxsin arxadan idmançıya tərəf qaçaraq azı beş dəfə atəş açması görünür. Bundan sonra hücum edənlər ağ rəngli “Priora”da qaçıblar. Yaralının vəziyyəti stabildir, həyatı …

Read More »

Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür

Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günüdür. Boyukmillet.com xəbər verir ki, doqquz il bundan əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu. Demokratiya və Milli Birlik …

Read More »

Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib, bu, üç il ərzində 6-cı dəvətdir. Boyukmillet.com-un erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Paşinyanın Fransanın milli bayramı olan Bastiliyanın alınması Günü münasibətilə göndərdiyi məktubda deyilir. “Bu il sizi Ermənistanda dövlət səfəri ilə qəbul etmək imkanını böyük ümidlə gözləyirəm”, – məktubda qeyd olunub. N.Paşinyan qeyd edib …

Read More »