Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Eçmiadzin Kilsəsi (II Qaregin) antixristian, əxlaqsız, antimilli və antidövlət qrupu tərəfindən ələ keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkələrdə yazıb. N.Paşinyanın sözlərinə görə, o, Erməni Apostol Kilsəsinin azad edilməsinə şəxsən rəhbərlik etmək niyyətindədir.
Read More »Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
Rusiyanın qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası ikinci oxunuşda meşələrin bərpası məqsədilə Baykal ətrafındakı ayrı-ayrı ərazilərdə meşələrin tamamilə qırılmasına icazə verən qanunvericilik aktlarına düzəlişləri təsdiqləyib. Boyukmillet.com-un məlumatına görə, bu barədə “İzvestiya” hökumət mənbələrinə və sənədin mətninə istinadən xəbər verir. Düzəlişlərə görə, meşə qırılması yalnız “mühit formalaşdırıcı, su qoruyucu, sanitariya-gigiyena və digər faydalı funksiyalarını itirmiş meşə bitkilərinin” məhv edilməsi üçün mümkün olacaq. …
Read More »Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Türkiyənin Çorum və Amasya vilayətlərində dabaq xəstəliyi qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Məlumata əsasən, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların, habelə onlara aid …
Read More »Gürcüstan MSK: ATƏT-in qətnaməsindən seçki prosesini gözdən salmaq üçün istifadə olunur
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, bəzi maraqlı tərəflər ATƏT-in qətnaməsindən seçki administrasiyasını gözdən salmaq və ümumilikdə seçki prosesinin legitimliyinə xələl gətirmək məqsədilə istifadə edirlər. “Report”un Gürcüstan bürosu xəbər verir ki, MSK-nın yaydığı açıqlamaya görə, nə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) hesabatında, nə də ATƏT-in qətnaməsində seçki saxtakarlığından söhbət getmir. Buna baxmayaraq, bəzi şəxslər media …
Read More »Türkiyənin ana müxalifət partiyasının sədri barəsində araşdırma başlanılıb
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl barəsində araşdırmalara başlanılıb. Boyukmillet.com xəbər verir ki, Özgür Özəl Türkiyə Prezidentinə qarşı təhqir və təhdiddə ittiham olunur. Onun barəsində Ankara Baş Prokurorluğu tərəfindən araşdırma başlanılıb, hazırda istintaq aparılır.
Read More »İraqın şimalında şəhid olan türk hərbçilərinin sayı 8-ə çatıb
İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı 8-ə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, dünən İraqın şimalında mağarada axtarış tədbirləri zamanı 19 hərbçi zəhərlənib. Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
Read More »Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Rusiyanın Moskva ilə Sankt-Peterburq şəhərləri arasında hava əlaqəsi iflic olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (RTA) məlumat yayıb. “Günortadan sonra yerinə yetirilməli olan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib. Milli aviadaşıyıcı Moskvadan Sankt-Peterburqa sərnişinləri geniş gövdəli təyyarələrlə daşıyacağını vəd edib”, – təşkilatın saytında dərc olunan məlumatda bildirilir. Qeyd olunur ki, iyulun 5-də reyslərin gecikməsi və …
Read More »Rusiyada azərbaycanlılara qarşı polis zorakılığına etiraz: Azərbaycanda rus mədəniyyət tədbirləri ləğv edildi
Bu qərar təşkilatçısı Emin Ağalarovun olduğu “Dream Fest”ə də təsir edib Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq mühafizə orqanlarının azərbaycanlı ailələrin evlərinə basqın etməsi və nəticədə iki nəfər azərbaycanlının işgəncəyə məruz qalaraq öldürülməsindən sonra Azərbaycan hökuməti etiraz olaraq Rusiyadan gələn bütün mədəniyyət tədbirlərini dayandırmaq qərarı verib. Mədəniyyət Nazirliyindən verilən rəsmi açıqlamada bildirilib ki, son dövrlərdə Rusiya hüquq-mühafizə orqanları tərəfindən etnik mənsubiyyətinə …
Read More »Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülən azərbaycanlıların nəşləri “Ural Hava Yolları” vasitəsilə sabah Vətənə gətiriləcək. Bu barədə “Report”un Rusiya bürosu xəbər verir. Hazırda konsulluqda bununla bağlı işlər gedir. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış …
Read More »Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın internetdə yayılan saxta səs yazısı ilə bağlı cinayət işi açıb. Boyukmillet.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, səs yazısında Paşinyan Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin rəhbərlərinə tapşırıqlar verir. Cinayət Məcəlləsinin 364-cü maddəsinin 2-ci hissəsi ilə (bir qrup şəxs tərəfindən törədilən kompüter saxtakarlığı) cinayət iş açılıb. İstintaq aparılır, cinayətkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün tədbirlər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar