Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Ukraynada vəziyyətlə əlaqədar Rusiya və Belarusda həyata keçirilən layihələrin maliyyələşdirilməsini dayandırıb . Boyukmillet.com xəbər verir ki, bu barədə Bankın internet səhifəsində bildirilir. Məlumatda deyilir ki, hazırda vəziyyət hərtərəfli araşdırılır, müharibədən birbaşa və yaxud dolayı yolla zərər çəkən üzv ölkələrə maliyyə vəsaiti ayrıla bilər. “Xammal qiymətlərinin kəskin artımı, maliyyə bazarlarında dalğalama və başqa amillər üzvlərimizin iqtisadiyyatına …
Read More »Ukrayna Silahlı Qüvvələri Rusiya sərhədinə çatıb
Ukraynanın Silahlı Qüvvələri Sum vilayəti istiqamətində Rusiya ilə dövlət sərhəd xəttinə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov feysbukda yazıb. “Rusiya ilə müharibənin yeddinci günündə Ukrayna Silahlı Qüvvələrinin bölmələri 5-ci önbölmə dəstələrimizin sərhədçiləri ilə birgə Sum vilayətində Ukraynanın dövlət sərhəd xəttinə çıxıb”, – o bildirib.
Read More »Ukrayna MN: “Rusiyanın 9 minə yaxın hərbçisi ölüb”
Ukraynanın Müdafiə Nazirliyi fevralın 24-dən martın 3-dək olan müddət ərzində Rusiyanın itkiləri barədə məlumat yayıb. Boyukmillet.com Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu müddətdə hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı qüvvələrinin 9 minə yaxın hərbçisi ölüb. Məlumata görə, Rusiya ordusu 217 tank, 900 Piyadaların Döyüş Maşını, 90 artilleriya qurğusu, 42 reaktiv atəş sistemi, 30 hərbi təyyarə, 31 hərbi …
Read More »Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
“Bütün istiqamətlərdə uğursuzluğa düçar olan işğalçı qüvvələr gecə saatlarında iri şəhərlərin yaşayış məntəqələrini atəşə tutmaq taktikasına əl atıblar”. Boyukmillet.com xərbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. “Ukrayna Silahlı Qüvvələri müəyyən sərhədləri əzmlə müdafiə edib və müxtəlif istiqamətlərdə işğalçı qüvvələrə qarşı əks-hücum etməyə, həmçinin işğalçı qüvvələrin əngəllənməsini davam etdirib. Volin istiqamətində dövlət sərhədi boyu düşmənin güc nümayişi davam edir. …
Read More »Rusiya hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinə aydınlıq gətirib
Rusiya Müdafiə Nazirliyi hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinin mənasını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi instaqramda paylaşım edib. Hərflərin mənasını təsviri formada izah verən qurum “Z”nin “Za pobedu” (“Qələbə uğrunda”), “V”nin isə “Sila v pravde” (“Güc həqiqətdədir”) və ya “Zadaça budet vıpolnena” (“Tapşırıq yerinə yetiriləcək”) mənasına gəldiyini bildirib. Qeyd edək ki, Ukraynanın işğalında istifadə …
Read More »Rusiya İzyum şəhərini bombalayıb, uşaqlar da daxil olmaqla bir neçə nəfər ölüb
Rusiya hərbçiləri Ukraynanın Xarkov əyalətinin İzyum şəhərini bombalayıb. “Boyukmillet.com”un UNİAN-a istinadən məlumatına görə, bu barədə şəhərin meri Volodimir Matsokin bildirib. O, Rusiya hərbçilərinin şəhərə növbəti hücumu barədə məlumat verib. Volodimir Matsokinin sözlərinə görə, atəş nəticəsində ölənlər var. Mer bildirib ki, hücum yerli vaxtla saat 23:59 radələrində başlanıb, hündürmərtəbəli binaya və fərdi yaşayış evinə zərbə endirilib. Fərdi evdə azı 6 mülki …
Read More »Ukrayna Prezidenti: “Rusiyanı Beynəlxalq Məhkəmə gözləyir”
“Rusiya vətəndaşları əmanətlərini itirir, eyni zamanda istənilən perspektivlərini itirmiş olurlar”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 2-də yayımladığı video-müraciətində bildirib. “Rusiya idman yarışları və dünya mədəniyyətini unuda bilər. Onu Beynəlxalq Məhkəmə gözləyir. Rusiya üçün bunun yekunu nədir? Bu ölkənin bayrağı idman yarışlarında görünməyəcək. Müasir dünya mədənəiyəti artıq onlar üçün bağlı olacaq. Rusiya istehsalı olan malları bütün …
Read More »Ermənistan müxalifəti prezident seçkisini boykot edib
Ermənistan parlamentindəki müxalifət fraksiyaları prezident seçkisi ilə bağlı keçirilən müzakirəni boykot edib. Boyukmillet.com xəbər verir ki, parlamentin spikeri vəzifəsini müvəqqəti icra edən Akop Arşakyan 65 deputatın Ermənistan prezidenti vəzifəsinə yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanı namizəd kimi təqdim etdiyini bildirib. Bundan sonra “Şərəf məndədir” və “Hayastan” fraksiyalarının üzvləri iclas zalını tərk ediblər. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının fraksiyasının rəhbəri Hayk Konjoryan …
Read More »Volodimir Zelenski dünya yəhudilərinə çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski dünya yəhudilərinə çağırış edib. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində danışıb. “Paytaxtımıza atılan raketlər göstərir ki, Rusiyadakı bir çox insana Kiyev tamamilə yaddır. Onlar paytaxtımız, tariximiz haqqında heç nə bilmirlər. Onlar bizim tariximizi, ölkəmizi silmək, hamımızı məhv etrmək barədə əmr alıblar. İndi dünya yəhudilərinin səssiz qalmaması, baş verənlərə reaksiya bildirməsi çox vacibdir”, …
Read More »Ukrayna MN: “Rusiyanın Ukraynadakı itkiləri 6 000-ə yaxınlaşır”
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, indiyədək 5 840 nəfər zərərsizləşdirilib, 211 nəfər əsir götürülüb. Bundan başqa, işğalçı qüvvələrin 30 təyyarə, 31 helikopter, 211 tank, 862 zirehli döyüş maşını, 85 artilleriya qurğusu, 9 hava hücumundan müdafiə sistemi, 40 reaktiv yaylım atəş sistemi, 60 yanacaq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar