Çərşənbə axşamı , 17 Fevral 2026

Region

İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır

İran hakimiyyəti mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində məcburi hicab qaydalarına əməl edilməməsi səbəbindən ona yaxın iş yeri bağlayıb. Boyukmillet.com “Azad İran”a istinadən xəbər verir ki, bu barədə Marağa şəhər polis idarəsinin rəisi Əhməd Farsi bildirib. Onun sözlərinə görə, daha 145 iş yerinə xəbərdarlıq edilib. Əhməd Farsi bildirib ki, yeddi iş yeri, kafe, restoran və toy salonu “hicab …

Read More »

Gürcüstan Prezidenti: Parlamentin iclası Konstitusiyaya ziddir

Parlamentin ətrafına çox sayda polis qüvvələri cəmlənib Gürcüstan Prezidenti Salome Zurabişvili 11-ci çağırış parlamentin ilk iclasını Konstitusiyaya zidd hesab edib. Bu barədə o, “X” platformasında yazıb. “Gürcüstan parlamentinin iclası Konstitusiyaya ziddir:Kütləvi seçki saxtakarlığı onun legitimliyini sarsıtdı; Mən birinci iclası çağırmaqdan imtina etdim, Konstitusiya isə əvəzedici kimi çıxış edə biləcək heç kəsi tanımır. Mənim müraciətimə Konstitusiya Məhkəməsi baxır”, – Zurabişvili yazıb. Parlamentin …

Read More »

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Kamal Kılıçdaroğluna qarşı 500 min lirə (14,5 min dollardan çox) məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyin Aydın “X” sosial şəbəkəsində hesabında paylaşım edib. “15 iyul 2016-cı il qanlı dövlət çevrilişi cəhdindən dərhal sonra Prezidentimiz siyasi müzakirələrimizdə minimum …

Read More »

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Radio Farda” yayıb. Bildirilib ki, o, 2023-cü ilin avqustunda elmi işinin müdafiəsi üçün universitetə hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozaraq gedib. Leyla Hüseynzadə “İnstaqram” səhifəsində ona qarşı ittiham aktının fotosunu yerləşdirərək yazıb: “İttihamlar və məhkəmə …

Read More »

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon bələdiyyəsinin sədri Mustafa Sarıgülün vəzifələrindən uzaqlaşdırıldıqlarını açıqlayıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə DİN sosial şəbəkədə açıqlama yayıb. “Tunceli Respublika Prokurorluğu tərəfindən Xalqların Bərabərlik və Demokratiya Partiyasından olan Tunceli bələdiyyə sədri Konak və Cümhuriyyət Xalq Partiyasından olan Ovacık bələdiyyə sədri Sarıgül haqqında “Silahlı terror təşkilatına üzv …

Read More »

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. O, 224 kilometrlik Qars-Iğdır-Aralıq-Dilucu yüksəkstandartlı dəmir yolu layihəsinin tenderinin keçirildiyini qeyd edərək gələn ilin ilk aylarında onun icrasına başlayacaqlarını ehtimal edib: “Buradakı sual bu marşrutun Ermənistandan, yoxsa İrandan keçəcəyi barədədir? Məsələn, Beynəlxalq Yol Federasiyasının Dünya Konqresini İstanbulda təşkil etmişdik. …

Read More »

Türkiyə ordusu Suriyada 5 PKK terrorçusunu öldürüb

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Fırat Qalxanı və Zeytun budağı bölgələrində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 5 üzvü öldürülüb. Vurğulanıb ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Read More »

ABŞ Rusiyanın ballistik raket buraxacağından xəbərdar olub

ABŞ administrasiyası son günlər Rusiyanın cavab zərbəsinə hazırlaşmaq üçün Ukrayna və müttəfiqləri ilə məsləhətləşib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib. Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynaya qarşı orta mənzilli ballistik raket buraxmasından xəbərdar idi: “Son günlər biz Ukrayna, yaxın müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşdik ki, onlara hazırlaşmaqda kömək etsinlər”. Eyni zamanda “CNN” adı açıqlanmayan amerikalı …

Read More »

Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb

Ermənistanda Təbriz sakini Azərbaycan türkü olduğuna görə döyülüb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Azad İran” yayıb. Bildirilib ki, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülüb. Məlumata görə, o, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini …

Read More »