Bazar , 11 Yanvar 2026

Region

İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib

İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu məlumatı BRICS Media Sammitində Rusiyadakı səfir Kazım Cəlali təsdiqləyib. “İran İslam Respublikasının Prezidenti hörmətli cənab Pezeşkian Kazanda keçiriləcək sammitdə iştirak edəcək”, – o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun İran liderinin sammitdə iştirakının diplomatik kanallarla təsdiqlənməsini gözlədikləri barədə sözlərinə şərh verərkən bildirib.

Read More »

İran XİN başçısının müavini Ermənistana gedəcək

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat verib. Xarici işlər nazirinin müavini onu İrəvana səfərə dəvət edən erməni həmkarı Vaan Kostanyanla telefon danışığı apardığını bildirib. M.Rəvançi səfərinin tarixini dəqiqləşdirməyib.

Read More »

ABŞ 14 tarixi eksponatı Türkiyəyə qaytarıb

ABŞ Türkiyəyə məxsus olan 14 tarixi eksponatı geri qaytarıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “X”də yazıb.O bildirib ki, abidələr arasında iki bürünc heykəl başı və monumental nisbətlərdə bir bürünc qadın heykəli ilə yanaşı, müxtəlif dövrlərə aid sikkələr, bir zərgərlik nümunəsi, Osmanlı tarixinə aid iki xəncər var.Qeyd olunub ki, 14 arxeoloji və …

Read More »

Gürcüstan və Çin Orta Dəhlizin inkişafı ilə bağlı saziş imzalayıblar

Gürcüstan və Çin arasında Orta Dəhlizin inkişafı ilə bağlı saziş imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi Gürcüstanın İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşvili və Çinin İnkişaf və İslahatlar üzrə Milli Komissiyasının sədri Çao Çensin imzalayıb. “Memorandum bizə Çinlə daha sıx ticarət-iqtisadi əlaqələr qurmaq, əlavə investisiyalar cəlb etmək və Gürcüstan məhsullarının Çinə ixracını artırmaq imkanı verir. Biz, həmçinin dəhlizimizə daha çox yük …

Read More »

Bolqarıstan Ukraynaya nüvə reaktorlarının satışı ilə bağlı danışıqların vaxtını uzadıb

Bolqarıstan parlamenti Rusiyanın iki nüvə reaktorunun və müvafiq avadanlıqların Ukraynaya satışı ilə bağlı danışıqları başa çatdırmaq üçün hökumətə verilən vaxtın altı ay uzadılması ilə bağlı qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukraine” “Euractiv”ə istinadən məlumat yayıb. Bolqarıstan hakimiyyəti bu reaktorları altı ildən çox əvvəl Rusiyanın “Atomstroyeksport” şirkətindən alıb, lakin ölkə “Belene” AES-in tikintisindən imtina etdikdən sonra onlar …

Read More »

USAID Ermənistana 250 milyon dollar maliyyə yardımı ayıracaq

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox – 120 milyon dollardan 250 milyon dollara qədər artıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, vəsaitlər demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək.

Read More »

Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ ATƏT/DTİHB ilə birlikdə Gürcüstana qarşı plan hazırlayıb

ABŞ Dövlət Departamenti ATƏT/DTİHB rəhbərliyi ilə birlikdə Gürcüstana qarşı plan hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. “ATƏT/DTİHB-nin səsverməyə 10-20 gün qalmış ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaəti ilə aralıq hesabat dərc etməsi nəzərdə tutulur”, – məlumatda deyilib. Xidmətdən verilən məlumata görə, iradə ifadəsinin ilk nəticələri dərc edildikdən …

Read More »

Türkiyədə müəllimləri daşıyan avtobus aşıb, 10 nəfər yaralanıb

Türkiyədə müəllimləri daşıyan avtobus aşıb. Boyukmillet.com xəbər verir ki, hadisə Bitlis şəhərinin Adilcevaz rayonunda qeydə alınıb. Hadisə nəticəsində 10 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər. Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Read More »

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili geri çağırılıb

Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yeni rəhbəri Andrey Sibiqa Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişini geri çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, Ukrayna səfirləri və baş konsulları ilə görüş keçirdiyini bildirib və bunu “çox səmimi və məzmunlu dialoq” adlandırıb. A.Sibiqa qeyd edib ki, ilk kadr qərarları verilir, XİN strukturunda və səfirliklərin ştat cədvəlində …

Read More »

İraqın şimalında PKK-nın 21 mövqeyi dağıdılıb, çox sayda terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının 21 mövqeyini dağıdıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin havadan endirdiyi zərbələr nəticəsində İraqın şimalında yerləşən Metina, Qara, Hakurk və Kandil bölgələrində terrorçuların 21 mövqeyi dağıdılıb, çox sayda terrorçu öldürülüb.

Read More »