Türkiyə və Suriya müdafiə nazirlikləri arasında görüş ola bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Röyters”ə müsahibəsində deyib. O xatırladıb ki, daha əvvəl oxşar formatda görüş Moskvada da olub: “Ortaq nöqtəyə gəldiyimiz məsələlərlə bağlı yenə görüşlər ola bilər”.
Read More »Rusiya ordusunun arsenalına yeni çoxfunksiyalı Su-30SM2 qırıcıları daxil edilib
İrkutsk Aviasiya Zavodunun istehsalı olan yeni çoxfunksiyalı Su-30SM2 qırıcıları Rusiya Müdafiə Nazirliyinə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) mətbuat xidməti məlumat yayıb. “Aviasiya texnikası lazımi yer və uçuş sınaqlarından keçərək xidmət yerinə yola düşüb”, – məlumatda bildirilib. Qeyd olunub ki, qırıcılar təkmilləşdirilmiş göyərtə radioelektron cihazları ilə təchiz olunub, aparılan modernləşdirmə sayəsində təyyarənin döyüş qabiliyyəti …
Read More »KİV: Aİ Macarıstanı rusiyalılara viza verməkdən imtinaya məcbur etməyəcək
Avropa İttifaqı (Aİ) çətin ki Macarıstana Rusiya və Belarus vətəndaşlarına “Milli kartlar” (faktiki olaraq ikiillik vizalar) verilməsini dayandırması üçün təzyiq göstərə bilsin. Boyukmillet.com xəbər verir ki, bu fikri “The Spectator” jurnalı irəli sürüb. “Macarıstan ilin sonunadək rotasiya əsasında Avropa İttifaqına sədrlik edir və bu müddətdə rəsmi Brüssel tərəfindən Budapeştə qarşı istənilən cəza tədbiri tətbiq edilməsi çox çətin məsələdir. Bu, Aİ …
Read More »Qazaxıstan Prezidenti: “Mərkəzi Asiyada ticarət-nəqliyyat əməkdaşlığını genişləndirməyə tərəfdarıq”
Qazaxıstan Mərkəzi Asiyada ticarətin və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət görüşündə çıxışı zamanı bildirib. Onun fikrincə, birgə infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsi 5 Mərkəzi Asiya ölkəsinin iqtisadiyyatının daha da inkişafına töhfə verəcək: “Regionun tranzit və nəqliyyat potensialının daha da inkişaf etdirilməsi, eləcə də …
Read More »Ermənistanın sabiq prezidentinin qardaşı və oğulları prokurorluğa çağırılıb
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan, həyat yoldaşı və oğulları qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı iş üzrə prokurorluğa dəvət ediliblər. Boyukmillet.com xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onlara məxsus əmlakın mənşəyini öyrəndikləri və müsadirə olunmasının zəruriliyi barədə xəbərdarlıq edib. Bununla belə, nəzarət qurumu konkret olaraq hansı əmlakın müsadirə edilməsinin planlaşdırıldığını və onun dəyərini açıqlamır. Bu qeyri-müəyyənliyin səbəbi …
Read More »Mərkəzi Asiya ölkələrinin liderləri VI Məşvərət görüşündə iştirak etmək üçün Akordaya gəliblər
Mərkəzi Asiya ölkələrinin liderləri dövlət başçılarının VI Məşvərət görüşündə iştirak etmək üçün Astanadakı Akorda iqamətgahına gəliblər. Bu barədə “Report”un Astanaya ezam olunmuş əməkdaşı xəbər verir. Bildirilib ki, ali qonaqları Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Read More »Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 9 nəfər ölüb, 26-sı yaralanıb
Türkiyənin paytaxtı Ankarada yol qəzası olub, 9 nəfər ölüb, 26-sı yaralanıb. Boyukmillet.com xəbər verir ki, paytaxtın Polatlı rayonunda sərnişin avtobusu körpünün dirəyinə çırpılıb. Qəzaya sürücünün sükan arxasında yuxulaması və əyləc sisteminin işləməməsinin səbəb olduğu ehtimal edilir.
Read More »Türkiyə terrorçuların təxribatının qarşısını alıb, xeyli silah-sursat ələ keçirilib
Türkiyə polisi PKK terror qruplaşmasının üzvlərinin yay aylarında təxribat törətmək məqsədilə silah-sursat gizlətdikləri mağara və sığınacaqlarda “Gürz-5” əməliyyatı keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, 76 mağara və sığınacaqda həyata keçirilən əməliyyat nəticəsində 102 raket, 132 minaatan və qumbaraatan sursatı, 191 RPG-7 reaktiv yaylım atəşi sursatları və yanacaq patronu, 165 …
Read More »Ərdoğan Qətər əmiri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Qeyd olunub ki, görüş Prezident İqamətgahında baş tutub. Tərəflər Yaxın Şərqdəki mövcud durum barədə danışıblar. Onlar həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Read More »Rusiya ABŞ-la keçirdiyi hərbi təlimlərə görə Yaponiyaya etiraz edib
Rusiya Yaponiya tərəfinə ölkənin Uzaq Şərq sərhədləri yaxınlığında təxribat xarakterli hərbi fəaliyyətin yolverilməzliyini qeyd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir. Qeyd olunub ki, avqustun 7-də Yaponiyanın Rusiyadakı səfirliyinə 18-26 iyul tarixlərində, o cümlədən Rusiyanın sərhədlərinə yaxın yerləşən Hokkaydo ərazilərində Yaponiya-Amerika birgə “Orient Shield” təlimi ilə əlaqədar sərt etiraz edilib. Moskvada Yaponiya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar