Bazar , 11 Yanvar 2026

Region

Haniyə sabah Tehranda dəfn olunacaq

Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi sabah Tehranda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Read More »

İran Prezidenti HƏMAS liderinin ölümü ilə bağlı terrorçulara xəbərdarlıq edib

İranın Prezidenti Məsud Pezeşkian HƏMAS lideri İsmayıl Haniyənin qətli ilə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb. O bildirib ki, İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq: “Bu gün əziz İran öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və şərəfli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Haniyə üçün matəmdədir. Dünən onun qalib …

Read More »

Danimarka Gürcüstana hərbi yardımı dayandırıb

Danimarka “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstana 4 illik hərbi yardımı dayandırıb. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin üzvü Teona Akubardia Danimarka Xarici İşlər Nazirliyinin məktubuna əsasən bildirib. Krallıq 2023-cü ildə Gürcüstana hərbi yardım göstərməyə başlayıb, büdcə 71,5 milyon Danimarka kronu (təxminən 10,376 milyon ABŞ dolları) təşkil edib. Məktubda bildirilir ki, Danimarka Gürcüstan hökumətini Avro-Atlantik məkana qayıtmağa və …

Read More »

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin sərhəddə görüşü keçirilir

Ermənistan və Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın beşinci görüşü keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Xatırladaq ki, daha əvvəl danışıqların səhər Ermənistan, günorta isə Türkiyə tərəfində aparılacağı bildirilmişdi. Qeyd edək ki, xüsusi nümayəndələrin iyulun 3-dən görüşünün keçiriləcəyi barədə xəbər yayılmışdı.

Read More »

TBMM sədri parlament müxalifəti ilə konstitusiya dəyişikliklərinin müzakirəsinə başlayıb

Türkiyə parlamentinin rəhbərliyi ölkə konstitusiyasına nəzərdə tutulan dəyişikliklərlə əlaqədar TBMM-də təmsil olunan müxalifət partiyaları ilə məsləhətləşmələrə start verib. Boyukmillet.com xəbər verir ki, Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş parlamentdəki müxalifət partiyaları ilə müzakirələrə başlayıb. Məlumata görə, başlanan müzakirələr parlamentin tətildə olduğu müddətdə də davam etdiriləcək. Qeyd edilir ki, müzakirələrin yekununda əldə olunan nəticələr dəyərləndiriləcək və “yol xəritəsi” hazırlanacaq. Bildirilib …

Read More »

Gürcüstanda xaricdən maliyyələşən QHT və media orqanı xüsusi reyestrdə qeydiyyata alınacaq

Gürcüstanda xaricdən maliyyələşən QHT və media avqustun 1-dən etibarən xüsusi reyestrdə qeydiyyata düşməyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Rati Breqadze deyib. Onun sözlərinə görə, “Xarici təsirin şəffaflığı haqqında” qanun çərçivəsində təşkilatların qeydiyyatı üçün texniki baza artıq yaradılıb.

Read More »

İran sahillərində qaçaqmalçılıq yolu ilə 700 min litrdən çox neft daşıyan tanker saxlanılıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə 700 min litrdən çox neft daşıyan tankeri saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi SEPAH-ın məlumatına istinadən bildirib. Qeyd edilib ki, Toqo bayrağı altında üzən “Pearl G” tankeri iyulun 26-da “Araş” yatağı ərazisində saxlanılıb. Gəminin göyərtəsində olan doqquz ekipaj üzvünün hamısı Hindistan vətəndaşıdır. Agentlik qeyd …

Read More »

Türkiyə və Ermənistan xüsusi nümayəndələri sərhəddə görüşəcəklər

Türkiyə və Ermənistan xüsusi nümayəndələri – Ruben Rubinyan və Serdar Kılıç sabah sərhəddə görüş keçirəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Danışıqlar səhər Ermənistan, günorta Türkiyə tərəfdə aparılacaq. Xüsusi nümayəndələrin görüşü iyulun 3-dən planlaşdırılıb.

Read More »

Yakutiya meşələrində yanğınların sahəsi 1 milyon hektarı ötüb

Hazırda Yakutiyada 132 meşə yanğını qeydə alınıb, onların sahəsi 1 milyon hektardan çoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğınların söndürülməsində 222 ədəd xüsusi texnika ilə 1960 xilasedici iştirak edir. Son bir gündə mütəxəssislər 23 min hektar sahədə altı yanğını söndürməyə, 15 min hektardan çox sahədə üç yanğını lokallaşdırmağa nail olublar. Qeyd olunur ki, …

Read More »

Zelenski: Ukrayna noyabrın sonuna qədər ölkədə sülhə nail olmaq üçün plan hazırlamağı planlaşdırır

Ukrayna 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya ictimai televiziyasına (NHK) müsahibəsində bildirib. O, administrasiyası və diplomatik komandası qarşısında belə vəzifə qoyduğunu vurğulayıb. Zelenski Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ tərəfindən dəstək göstərilməsinin, eləcə də Rusiyaya qarşı beynəlxalq diplomatik təzyiqlərin münaqişəni …

Read More »