Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında “Pəncə-Kilit əməliyyatı bölgəsində terrorçulara məxsus çoxlu sayda silah və sursatın ələ keçirildiyini bildirib. Boyukmillet.com xəbər verir ki, nazirliyin “X” hesabında paylaşılan açıqlamada bildirilib ki, əməliyyat bölgəsində təsbit edilən 6 mağara/tuneldə PKK terrorçularına aid çoxlu sayda silah və sursat ələ keçirilib. Məlumata görə, ələ keçirilənlər arasında 3 ədəd əl qumbarası, 2 ədəd RPQ-7 reaktiv yaylım atəşi, …
Read More »Qırğızıstanda MDB ölkələrindən birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Qırğızıstanda beynəlxalq terror təşkilatının üzvü saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) məlumat yayıb. N.R. adlı şəxs gizli qrup tərkibində MDB ölkələrindən birində terror aktı təşkil etməyə hazırlaşmaqda şübhəli bilinir. “O, teleqramda gizli hesablar vasitəsilə hərəkət edib. O, beynəlxalq terror təşkilatlardan birinin emissarları tərəfindən koordinasiya edilib. Cinayət törətməyə cəhd etməzdən əvvəl N.R. qrup rəhbərinə …
Read More »Peskov: ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ bərpa olunmayacaq
ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç bir əlaqə yoxdur. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Yeni Media Festivalı”nın iştirakçıları ilə görüşündə deyib. “Birləşmiş Ştatların Moskvadakı səfirliyinin fəaliyyəti bərpa olunmayıb və hələlik bu baş verməyəcək. Çünki de-fakto ikitərəfli münasibətlərimiz yoxdur”, – o bildirib. Qeyd edək ki, 2021-ci …
Read More »Türkiyənin iki vilayətində meşə yanır
Türkiyənin Adana və Balıkesir vilayətlərində meşə yanğını başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, yanğınların səbəbi məlum deyil. Hazırda hər iki yanğının söndürülməsi istiqamətində işlər görülür. Hadisə yerlərinə yanğınsöndürən maşınlar və helikopterlər cəlb olunub.
Read More »Türkiyə XİN Ərdoğanla Əsədin Moskvada görüşəcəyi ilə bağlı xəbərləri təkzib edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə “ANKA” nəşrinə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib. “Prezidentimizin Moskvada Suriya prezidenti Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil” ,- deyə o qeyd edib. Qeyd edək ki, “Daily …
Read More »AK Parti rəsmisi: Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək
Türkiyənin ən böyük sərhədi Suriya ilədir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndəsi Mustafa Elitaş “CNN Türk”ün efirində deyib. O bildirib ki, Türkiyə öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi üçün çalışır: “Bu, Türkiyənin haqqıdır. Türkiyə İŞİD-ə qarşı ciddi mübarizə aparır. Həmçinin YPG, PKK kimi terror təşkilatlarının “terroristan” adlı dövləti yaratmasına imkan verməməsi də Türkiyənin …
Read More »Sergey Markov: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır
ABŞ və Avropanın Cənubi Qafqazdakı geosiyasi strategiyası region ölkələrini tam asılı vəziyyətə salmağa yönəlib. Bunu “Report”a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib. Politoloq qeyd edib ki, Qərb ölkələrinin tarixində dünyanın müxtəlif yerlərində milyonlarla insanın ölümünə səbəb olan müstəmləkə təcrübələrinin çoxsaylı nümunələri var: “Bu ölkələr üçün böyük miqyasda insan itkisi mahiyyətcə əhəmiyyətli problem deyil. Onlar hər şeyə öz …
Read More »Xəzəryanı ölkələr birgə təlim keçirir
İyulun 22-də Xəzərdə “CASAREX24” birgə axtarış və xilasetmə təlimləri başlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” xəbər agentliyi yayıb. Bildirilib ki, təlimdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiya iştirak edir. Məlumata görə, təlimin məqsədi regional əməkdaşlığı gücləndirmək və iştirakçı ölkələrin axtarış-xilasetmə əməliyyatlarının aparılmasına hazırlığını artırmaqdır. İnformasiyaya əsasən, Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan, İran və Rusiya nümayəndələri təlimin müxtəlif mərhələlərində monitorinq aparacaq.
Read More »Belqorod vilayətinin kəndi atəşə tutulub, 9 nəfər yaralanıb
Rusiyanın Belqorod vilayətinin Şebekino kəndinin atəşə tutulması nəticəsində doqquz nəfər yaralanıb. Boyukmillet.om xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib. “Şebekinoda vəziyyət kəskin ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır”, – vilayətin rəhbəri qeyd edib. Qladkovun sözlərinə görə, Şebekinoda səkkiz çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib. “Evlərdən …
Read More »Ermənistanda İraq vətəndaşı özünü və iki polisi güllələyib
Ötən gecə əcnəbi şəxs Ermənistanın Kotayk vilayətində polis bölməsində avtomat silahından atəş açıb, nəticədə iki polis əməkdaşı yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb. Qeyd edilib ki, həmin şəxs daxil olan siqnal əsasında bölməyə gətirilib. O, bölmədə polis əməkdaşlarından birinin avtomat silahını götürərək özünü güllələmək istəyib. Nəticədə həm özü, həm də iki polis nəfəri yaralanıb. Hazırda faktla bağlı …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
