Türkiyə və Ermənistan xüsusi nümayəndələri – Ruben Rubinyan və Serdar Kılıç sabah sərhəddə görüş keçirəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Danışıqlar səhər Ermənistan, günorta Türkiyə tərəfdə aparılacaq. Xüsusi nümayəndələrin görüşü iyulun 3-dən planlaşdırılıb.
Read More »Yakutiya meşələrində yanğınların sahəsi 1 milyon hektarı ötüb
Hazırda Yakutiyada 132 meşə yanğını qeydə alınıb, onların sahəsi 1 milyon hektardan çoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğınların söndürülməsində 222 ədəd xüsusi texnika ilə 1960 xilasedici iştirak edir. Son bir gündə mütəxəssislər 23 min hektar sahədə altı yanğını söndürməyə, 15 min hektardan çox sahədə üç yanğını lokallaşdırmağa nail olublar. Qeyd olunur ki, …
Read More »Zelenski: Ukrayna noyabrın sonuna qədər ölkədə sülhə nail olmaq üçün plan hazırlamağı planlaşdırır
Ukrayna 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya ictimai televiziyasına (NHK) müsahibəsində bildirib. O, administrasiyası və diplomatik komandası qarşısında belə vəzifə qoyduğunu vurğulayıb. Zelenski Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ tərəfindən dəstək göstərilməsinin, eləcə də Rusiyaya qarşı beynəlxalq diplomatik təzyiqlərin münaqişəni …
Read More »Türkiyə ordusu İraqın şimalında terrorçulara aid çox sayda silah-sursatı ələ keçirib
Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında “Pəncə-Kilit əməliyyatı bölgəsində terrorçulara məxsus çoxlu sayda silah və sursatın ələ keçirildiyini bildirib. Boyukmillet.com xəbər verir ki, nazirliyin “X” hesabında paylaşılan açıqlamada bildirilib ki, əməliyyat bölgəsində təsbit edilən 6 mağara/tuneldə PKK terrorçularına aid çoxlu sayda silah və sursat ələ keçirilib. Məlumata görə, ələ keçirilənlər arasında 3 ədəd əl qumbarası, 2 ədəd RPQ-7 reaktiv yaylım atəşi, …
Read More »Qırğızıstanda MDB ölkələrindən birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Qırğızıstanda beynəlxalq terror təşkilatının üzvü saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) məlumat yayıb. N.R. adlı şəxs gizli qrup tərkibində MDB ölkələrindən birində terror aktı təşkil etməyə hazırlaşmaqda şübhəli bilinir. “O, teleqramda gizli hesablar vasitəsilə hərəkət edib. O, beynəlxalq terror təşkilatlardan birinin emissarları tərəfindən koordinasiya edilib. Cinayət törətməyə cəhd etməzdən əvvəl N.R. qrup rəhbərinə …
Read More »Peskov: ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ bərpa olunmayacaq
ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç bir əlaqə yoxdur. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Yeni Media Festivalı”nın iştirakçıları ilə görüşündə deyib. “Birləşmiş Ştatların Moskvadakı səfirliyinin fəaliyyəti bərpa olunmayıb və hələlik bu baş verməyəcək. Çünki de-fakto ikitərəfli münasibətlərimiz yoxdur”, – o bildirib. Qeyd edək ki, 2021-ci …
Read More »Türkiyənin iki vilayətində meşə yanır
Türkiyənin Adana və Balıkesir vilayətlərində meşə yanğını başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, yanğınların səbəbi məlum deyil. Hazırda hər iki yanğının söndürülməsi istiqamətində işlər görülür. Hadisə yerlərinə yanğınsöndürən maşınlar və helikopterlər cəlb olunub.
Read More »Türkiyə XİN Ərdoğanla Əsədin Moskvada görüşəcəyi ilə bağlı xəbərləri təkzib edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə “ANKA” nəşrinə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib. “Prezidentimizin Moskvada Suriya prezidenti Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil” ,- deyə o qeyd edib. Qeyd edək ki, “Daily …
Read More »AK Parti rəsmisi: Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək
Türkiyənin ən böyük sərhədi Suriya ilədir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndəsi Mustafa Elitaş “CNN Türk”ün efirində deyib. O bildirib ki, Türkiyə öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi üçün çalışır: “Bu, Türkiyənin haqqıdır. Türkiyə İŞİD-ə qarşı ciddi mübarizə aparır. Həmçinin YPG, PKK kimi terror təşkilatlarının “terroristan” adlı dövləti yaratmasına imkan verməməsi də Türkiyənin …
Read More »Sergey Markov: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır
ABŞ və Avropanın Cənubi Qafqazdakı geosiyasi strategiyası region ölkələrini tam asılı vəziyyətə salmağa yönəlib. Bunu “Report”a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib. Politoloq qeyd edib ki, Qərb ölkələrinin tarixində dünyanın müxtəlif yerlərində milyonlarla insanın ölümünə səbəb olan müstəmləkə təcrübələrinin çoxsaylı nümunələri var: “Bu ölkələr üçün böyük miqyasda insan itkisi mahiyyətcə əhəmiyyətli problem deyil. Onlar hər şeyə öz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar