Cümə axşamı , 19 Fevral 2026

Region

Ermənistan Fələstinin müstəqilliyini tanıyıb

Ermənistan Fələstinin müstəqilliyini tanıyıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. “Ermənistan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, yəhudi və Fələstin xalqları arasında davamlı sülhün bərqərar olunmasında səmimi maraq göstərir. Müxtəlif beynəlxalq platformalarda biz hər zaman Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləmişik”, …

Read More »

Gürcüstanın səhiyyə nazirinə yeni müavin təyin edilib

Gürcüstanın səhiyyə nazirinə yeni müavin təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə nazirliyi məlumat yayıb. Yeni müavin Giorgi Tsaqareişvili 2022-ci ildən bu günə qədər Gürcüstan parlamentinin onuncu çağırış deputatı və “Gürcü arzusu” fraksiyası sədrinin birinci müavini olub. Bu illər ərzində o, Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin, Hüquq Məsələləri və Avropa ilə İnteqrasiya Komitəsinin üzvü olub.

Read More »

Ermənistan TŞ-nin katibi Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Xarici İşlər Nazirliyinin Kontinental Avropa şöbəsinin müdiri, ATƏT-in Minsk qrupunun həmsədri Bris Rokfeyl ilə ikitərəfli münasibətləri müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb. “İyunun 19-da katib Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Fransa Xarici İşlər Nazirliyinin Kontinental …

Read More »

Ukraynanın Azərbaycandakı səfiri serbiyalı həmkarı ilə əməkdaşlığı müzakirə edib

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev və serbiyalı həmkarı Draqan Vladisavlyeviç ölkələri arasında əməkdaşlığı müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə ukraynalı diplomat sosial şəbəkədə bildirib. “Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviçlə görüşdüm. Ukrayna –Serbiya əməkdaşlığı, xüsusən də bir-birimizi dəstəkləmək məsələlərini müzakirə etdik”, – Ukrayna missiyasının rəhbəri qeyd edib.

Read More »

Ermənistan Fransadan 36 “Caesar” özüyeriyən silah alıb

Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson “X” sosial şəbəkəsində yazıb. “Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır”, – Buisson qeyd edib. İrəvan və Parisin “Caesar” özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı. Qeyd …

Read More »

Ermənistan və Fransa CAESAR haubitsalarının tədarükünə dair müqavilə imzalayıb

Ermənistan və Fransa ikincinin istehsalı olan CAESAR özüyeriyən haubitsaların tədarükünə dair müqavilə imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsində yazıb. “Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam edirik. Həmkarım Suren Papikyanla CAESAR haubitsalarının tədarükünə dair məhsuldar söhbətimiz oldu. CAESAR haubitsalarının tədarükü yeni mühüm mərhələdir”, – paylaşımda deyilir. Qeyd edək ki, CAESAR – …

Read More »

Paşinyan: Delimitasiyanın növbəti mərhələsi Sünikdə başlaya bilər

Delimitasiyanın növbəti mərhələsinin Sünikdən (Zəngəzur-red.) başlaması istisna olunmur, lakin bu, istənilən başqa ərazidə də baş verə bilər. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Hazırda reqlament layihəsi üzərində işləyirik. İlkin razılığa əsasən, onun təsdiqlənməsindən sonra qərar veriləcək. Dünəndən Sünik vilayətindəyəm, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Göründüyü kimi, sülh gündəliyi, real Ermənistanın …

Read More »

Ermənistanda etirazçıların kütləvi həbsinə başlanılıb

Səhər saatlarında Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan məlumat verib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Martuni, Qavar, Vanadzor, Ucan və İrəvanda etiraz hərəkatının tərəfdarlarını saxlayırlar. Ötən gün “Daşnaksütyun”un Vayk və Yeqnadzordakı ofislərində axtarışlar aparılıb və bu partiyanın üzvləri saxlanılıb. Amma saxlanılanların dəqiq sayı hələ ki dəqiq məlum deyil.

Read More »

Zaxarova: Rusiya-Ermənistan münasibətlərinin pozulmasına çox cəhdlər olub

Çoxları Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətləri pozmaq istəyir. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. “Çoxları onları yıxmaq istəyir. Bir çoxları onlara zərər vermək üçün çox şey edib”, – o bildirib. M.Zaxarova əlavə edib ki, Rusiya bəzən ona ünvanlanan təhqiredici bəyanatlara baxmayaraq, bu cəhdlərin nəticəsiz qalması üçün hər şeyi edib.

Read More »